Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   6   7   8   9   10   11   12   13   ...   83

 
31
müəyyənləşdirilmişdir. Təhsilin  hər  hansı  sahəsinin dövlət standartına  həmin sahə 
üzrə  kadr  hazırlığının  məzmununa  və  səviyyəsinə  qoyulan  minиmuм  dövlət 
tələbləri  kimi  baxılır.  Misal  olaraq  ali  təhsilli  sinif  müəllimi  hazırlığının 
məzmununa və səviyyəsinə qoyulan minиmum dövlət tələblərinə-standartına nəzər 
salaq. Bu sənəd 2006-cı ildə hazırlanmışdır. 
   
Müəllim  sənədi  tələbələrə  göstərir  və  onun  hissələrini  səciyyələndirir. 
Sənəдdə  əvvəlcə  ibtidai  təhsilin  pedaqogikası  və  metodikası  ixtisasının  ümumi 
xarakteristikası  verilir.  Sonra  həmin  ixtisas  üzrə  bakalavr  pilləsini  başa  vurmuş 
məzunun  hazırlıq  və  bilik  səviyyəsinə  qoyulan  tələblər  sadalanır.  Daha  sonra 
sənяddə  ibtidai  təhsilin  pedaqogikası  və  metodikası  ixtisası  üzrə  bakalavr 
hazırlığını təmin edən ali baza təhsil proqramı aşağıdakı cədvəl formasında verilir. 
 
İbtidai  təhsilin  pedaqogikası  və  metodikası  üzrəbakalavr  hazırlığını  təmin 
edən ali baza təhsil 
 
P R O Q R A M I 
 
1. İndeks 
2. Fənn bölümünün və fənlərin adı 
3.Auditoriya 
saatlarının 
miqdarı 
3105 
HF-B00 
Humanitar fənlər 
405 
HF-B01 
Azərbaycan tarixi  
90 
HF-B02 
Xarici dil  
150 
HF-B03 
Azərbaycan dili* (təlimi rus dilinдə olanlar 
üçün) 
75 
HF-B04 
Seçmə fənlər** 
90 
HF-B00 
İxtisasın ümumpeşə hazırlığı fənləri  
1965 
İÜHF-B01 
Azərbaycan dili(Təlimi rus dilində olanlar üçün Rus 
dili) 
270 
İÜHF-B02  Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları 
270 
İÜHF-B03  İnformatika 
60 
İÜHF-B04  Psixologiya 
105 
İÜHF-B05  Uşaq ədəbiyyatı 
120 
İÜHF-B06  Həyat bilgisi və onun tədrisi metodikası 
150 
İÜHF-B07  Uşaq anatomiyası, fiziologiyası və gigiyenası 
90 
İÜHF-B08  Azərbaycan coğrafiyası  
45 
İÜHF-B09  Musiqи və onun tədrisi metodikası 
135 
İÜHF-B010 
Pedaqogika  
90 
İÜHF-B011 
Nitq mədəniyyətinin əsasları 
60 
İÜHF-B012 
Əmək təlimi və onun tədrisi metodikası 
75 


 
32
İÜHF-B013 
Loqopediya  
45 
İÜHF-B014 
Fiziki tərbiyə və onun tədrisi metodikası 
60 
İÜHF-B015 
Təsviri incəsənət
 
və onun tədrisi metodikası
 
90 
İÜHF-B016 
Seçmə fənlər 
300 
İF-B00 
İxtisas fənləri 
420 
İF-B01 
Ana dilinin tədrisi metodikası 
120 
İF-B02 
Riyaziyyatın tədrisi metodikası 
120 
İF-B03 
İbtidai təhsilin pedaqogikası 
90 
İF-B04 
Seçmə fənlər 
90 
XF-B00 
Xüsusi fənlər bölümü 
315 
XF-B01 
Bədən tərbiyəsi 
120 
XF-B02 
Mülki müdаfiə 
45 
XF-B03 
Tibbi bilikлərin əsasları* 
150 
 
 
 
 
Bunun  arxasınca,  ali  baza  təhsili  proqramı  əsasında  həmin  ixtisas  üzrə 
tədris  müəssisəsiniн    ali  təhsil  proqramını  tərtib  etməyin  normaları  qeyd  edilir. 
Nəhayət,  sənədin  növbəti  hissəsində,  ibtidai  təhsil  pedaqogikası  və  metodikası 
ixtisası  üzrə  ali  baza  təhsil  proqramına  daxil  edilmiş  fənlərin  birər-birər  qısa 
məzmunu açılır. 
 
Bu  cür  dövlət  standartları  bütün  ixtisaslar  üzrə  hazırlanmışdır.  Hətta 
ümumtəhsil  məktəbləri,  ayrı-ayrı  fənlər  və  siniflər  üzrə,  şagirdlərin  hazırlığı  üzrə 
də dövlət standartları var. 
 
Hər  ixtisas  hazırlığına,  o  cümlədən  də  ibtidai  təhsilin  pedaqogikası  və 
metodikası  ixtisası  hazırlığına qoyulan  minimum dövlət tələblərini tələbələrimizin 
bilməsi iki cəhətdən zəruridir. Bir tərəfdən tələbə öyrənir ki, dövlət hansı minimum 
keyfiyyətlərə  malik  olmağı  ондан  tələb  edir.  İkinci  tərəfdən,  dövlət  ibtidai  sinif 
şagirdlərində hansı keyfiyyətləri görmək istəyir. Bu keyfiyyətləri əvvəlcədən ətraflı 
öyrənən  indiki  tələbə-  gələcəyin  müəllimi  həm  özünü  təkmilləşdirməyə,  həm  də 
şagirdlərdə həmin keyfiyyətləri ağılla formalaşdırmağa çalışacaq. 
 
 
Yönəldici və düşündürücü çalışmalar. 
1.  Təhsilin növləri barədə məlumatlı olmaq tələbəyə nə verir? 
2.  Azərbaycanda  təhsilin  formalarından  xəbəri  olmağın  tələbələr  üçün 
əhəmiyyətini sübut edin! 


 
33
3.  İbtidai  təhsilin  məzmununun  nədən  ibarət  olduğunu  tələbələr  nə  üçün 
bilməlidir? 
4.  İbtidai  təhsilin  pedaqogikası  və  metodikası  ixtisası  üzrə  dövlət 
standartlarını tələbənin bilməsinin əhəmiyyətini izah edin. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
34
 
FƏSİL 5. 
TƏHSİL САЩЯСИНДЯ ДЮВЛЯТ СИЙАСЯТИНИН ЯСАС 
ПРИНСИПЛЯРИ. 
Təhsil сащясиндя дювлят сийасятинин бязи prinsiпляри. 
 
1.  Hər bir vətəndaş üçün təhsilin müyəssərliyi. 
Bu  mövzuda  danışarkən  müəllilm  bildirir  ki,  təhsil  səhəsində  dövlət 
siyasətinin  əsasында  дуран  принсирпляр  çoxdur.  Vaxt  azlığından  burada  onlardan 
bəzilərini öyrənməyə çalışacağıq. 
Mövzunun  öyrənilməsinə  başlamaq  məqsədi  ilə  müəllim  auditoriyada 
tələbələrə belə bir sualla müraciət edir: 
-Bizim  respublikamızda  təhsilin  hər  bir  vətəndaş  üçün  müyəssər  olmasını 
necə başa düşürsünüz? 
Tələbələrdən  biri  suala  cavab  vermək  əvəzinə  müəllimdən  xahiş  edir  ki, 
müyəssərlik sözünün nə demək olduğunu izah etsin. Müəllim tələbəyə sualına görə 
minnətdarlıq edir və deyir: 
-Bəs  orta  məktəbdə  təhsil  haqqını  kim  ödəyir?  Texnikumlarda  və  ali 
məktəblərdə  uğurla  oxuyan  tələbələrə  kim  təqaüd  verir?  Laboratoriyalardan, 
kitabxanalardan  istifadə  edəndə  sizdən  haqq  alırlarmı?  Gündüz  əyani  şöbədə 
oxumaq  imkanı  olamayan  gənclərin  axşam  və  ya  qiyabi  təhsil  almaları  üçün  kim 
şərait yaradır? Gözdən, qulaqdan, dildən, əldən, ayaqdan, əqli cəhətdən şikəst olan 
uşaqlara, yeniyetmə və gənclərə kim və nə məqsədlə şərait yaradır? 
Müəllim təhsilin bu cəhətlərinə toxunduqca auditoriyada canlanma getdikcə 
güclənir, tələbələrin “mən deyim, mən deyim” sədaları artır. 
Nəhayət,  müəllim  sözü  tələbələrə  verir;  onlar  təhsilin  sadalanan 
məsələlərinin  hamısını əhatə etməyə can atsalar da,  müəllim onları saxlayır, digər 
tələbələrin  də  danışmasına  şərait  yaradır.  Tələbələri  dinləyəndən  sonra  müəllim 
onların fikirlərini ümumiləşdirir: 
-Dediyiniz  kimi,  hər  bir  vətəndaşın  təhsil  alamsını  təmin  etmək  üçün 
dövlətimiz  hər cür şərait  yaradır:  məktəb binaları tikdirir; orada  gənc  nəslə dövlət 
hesabına  təhsil  verir;  tədris  müəssisələrinin  maddi-texniki  bazasından  şagirdlərin 
və 
tələbələrin 
maneəsiz, 
təmяnnasız  istifadəsinə  verir;  dövlət  tədris 
müəssisələrində  oxuyan  və  ehtiyacı  olan  şagird  və  tələbələrə  maddi  yardım  edir; 
səylə  oxuyan  tələbələrə  təqaüd  verir;  ana  dilində  təhsil  almаğa  şərait  yarаdır; 
işləyən  gənclərin  təhsil  alması  üçün  axşam  və  ya  qiyabi  şöbələr  açır;  aspirantları 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə