Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   20   21   22   23   24   25   26   27   ...   83

 
76
qurdlar  uşağın  mədə-bağırsağında  məskən  salıbdır  –  helmintoz  xəstəliyidir. 
Uşaq  müalicə  olunur,  əvvəlki  normal  vəziyyətə  qaytarılır;  щявясля  oxumağa 
başlayır.  
Şagirdlərin  fəaliyyətində  müşahidə  olunan  bir  sıra  digər  psixoloji  hallar 
da  təcrübəli  sinif  müəlliminin  diqqətindən  yayınmır.  Müəllim  bir  də  hiss  edir 
ki,  hansısa  şagird  narahatlılıq  keçirir,  özünü  nədənsə  qorumağa  çalışır,  artıq, 
yersiz əl hərəkətinə yol verir. Müəllim həmin şagirddən soruşur: 
-Nə olub, niyə belə narahatsan? 
Şagird yarı ciddi, yarı inamla cavab verir: 
-Arı məni sancmaq istəyirdi, qoymadım. 
-Oğlum, axı burda arı-zad yox idi?! 
-Mən onu gördüm, başımın ətrafında fırlanırdı. 
Müəllim bir qədər fikrə gedir, öyrənmiş olduğu hallyusinasiya hadisəsini 
xatırlayır: bəzi yoluxucu və zəhərlənmə xəstəliklərinin nəticəsində baş beyninin 
hansı  hissəsindəsə  pozuntu  əmələ  gəlir.  Bunun  nəticəsi  olaraq  adam  real 
olmayan şeyi elə bil görür, səsi elə bil eşidir, nəyisə elə bil tutur. 
 
Xəyaldan  ayrılan  sinif  müəllimi  həmin  şagirdin  valideyni  ilə  görüşüb 
məsləhətləşir, müşahidəsi barədə ona danışır və ondan soruşur: 
 
-Uşağınız infeksiya və ya zəhərlənmə xəstəliklərinə tutulmamışdır ki? 
 
Valideynlə qərara gəlirlər ki, psixiatra müraciət etsinlər. Psixiatr uşağa 
yuxu  və  sakitləşdirici  dərmanlar  yazır;  o,  uşaqla  son  dərəcə  mülayim  və  sakit 
rəftar  etməyi  məsləhət  görür.  Çox  çekmir  ki,  şagird  hallyusinasiya 
xəstəliyindən yaxa qurtara bilir. 
 
Burada nümayiş etdirdiyimiz faktlardan irəli gələn  nəticə belədir: Sinif 
müəllimi  təlim-tərbiyə  işində  tam  uğur  qazanmaq  üçün,  digər  tədbirlərlə 
yanaşı,  hər  bir  şagirdin  halını  daim  müşahidə  etməli,  azacıq  da  olsa 
dəyişiklikləri  duymalı,  təcili,  gecikmədən  tədbir  görməli,  valideynlərlə 
məsləhətləşməlidir.  Hər  bir  şagirdə  valideyn  qayğısı  göstərən  sinif  müəllimi 
təlim-tərbiyə işində yüksək göstəricilərə nail olacağına bel bağlıya bilər. 
 
2.Şagirdlər arasında ruhdandüşmə və məyusluq halları və onların aradan 
qaldırılması təcrübəsi. 
 
Ruhdandüşmə və məyusluq halları haqqında ayrıca danışmaq xüsusilə 
zəruridir.  Çünki  psixoloji  durumun  bu  şəraitdə  vəziyyəti  müstəsnasız  olaraq 
hər bir şagirddə müşahidə edə bilər.  


 
77
 
İnsan  həyatı  üçün,  xüsusən  təlim  üçün  xoşagəlməz  olan  bu  psixoloji 
durumun  təzahür  əlamətləri  sinif  müəllimliyinə  hazırlaşan  tələbəyə  məlum 
olmalıdır.  Ruhdandüşmə  və  məyusluq  hallarını  keçirən  uşaqlarda  bədən 
hərəkətləri, əl-ayaq hərəkələri ləngiyir, düşünmə halları yavaşıyır, fəallığı aşağı 
düşür,  təşəbbüskarlığı  heçə  enir,  danışığa,  söhbətə  meyli  sönür,  özü  söhbətə 
qarışmır, soruşanda həvvəsiz olraq bir kəlmə ilən cavab verir, sifətində kədər, 
qüssə əlamətləri aydın duyulur, iştahası pozulur, dərsdə yuxusu gəlir, yaşamaq 
həvəsi  sönür,  bu  dünyadan  küsür,  hətta  özünü  öldürüb  canını  qurtarmaq 
qərarına da gələ bilir. 
Sinif  müəllimi  olacaq  tələbə  uşağın  düşdüyü  bu  psixoloji  pərişanlığın 
səbəblərini  də  öyrənməlidir.  Tələbə  bilməlidir  ki,  uşaqda  pərişanlığa, 
ruhdandüşməyə  və  məyusluğa  müxtəlif  amillər  səbəb  ola  bilir.  Amillər 
arasında yaxın, istəkli şəxsin ölümünü, valideynlər arasında baş verən çəkişmə 
və  dedi-qoduları,  ailənin  dağılmasını,  şagirdin  anadangəlmə  fiziki  və  əqli 
çatışmazlığı,  müalicəsi qeyri müəyyən vaxtadək uzanan xəstəliyi, yoldaşlarının 
ehtiyatsızlıq  üzündən işlətdikləri söz və ifadələr, müəllimin laqeydliyi,  özünün 
uğursuz fəaliyyəti və s. amilləri qeyd etmək olar. 
Bu  amillərdən  hər  hansının  uşağa  təsiri  uzun  müddət  davam  etdikdə, 
qarşısı  alınmadıqda,  tədbir  görülmədikdə  onun  şəxsiyyətində  ciddi  patoloji 
pozuntulara  səbəb  ola  bilir.  Odur  ki,  bu  cür  uşaqlara  diqqət  xüsusən 
artırılmalıdır:  yoluxucu  xəstəliklərdən  qorumalı,onun  normal  psixoloji  və 
fiziki inkişafı  üçün zəruri olan şərait yaradılmalı, normal  ailə mühiti ilə təmin 
edilməli,  tərbiyəsində  insani  üsullarda  istifadə  olunmalı,  sinifdəki  bütün 
şagirdlərin  ona  qayğısı  ön  plana  çəkilməlidir.  Belə  şagirddə  hissiyat 
yaradılmalıdir ki, o, tənha deyil, onun haqqında düşünənlər var, hər şey onun 
xeyrinə  dəyişir.  Əmələ  gələn  yeni  psixoloji  əhval,  ab-hava,  nəhayət,şagirddəki 
ruhdandüşmənin  ruhlandırılması  ilə,  məyusluğun  sevinc  hissi  ilə  əvəz 
olunmasına  gətirib  çıxarır.  Onda  yaşamaq,  oxumaq  həvəsi  baş  qaldırır; 
tədricən  təlimdə  geriləmənin  qarşısı  alınır.  Müəllim  də,  sinifdəki  şagirdlərdə 
sevinirlər, düşünürlər ki, müəllimlərinin müdrik rəhbərliyi ilə həyatdan bezmiş, 
ətrafdakılardan küsmuş olan bir uşağı həyata qaytarmaq, adamlara inam hissi 
yaratmaq mümkün imiş. 
3.Fiziki  və  əqli  cəhətdən  məhdud  imkanlı  uşaqlarla  aparılan  təlim-tərbiyə 
təcrübəsi. 


 
78
Azərbaycan  Respublikasında  normal  inkişafdan  kənar  olan  uşaqların 
təlim və tərbiyəsini təmin etmək üçün zəruri olan hər cür şərait yaradılır. Bu iş 
iki  istiqamətdə  aparılır:  anormal  uşaqların  təlim-tərbiyəsi  ilə  məşğul  olan 
xüsusi tədris müəssisələri yaradılır. Bundan əlavə, anormal uşaqların psixoloji 
və  fiziki  xüsusiyyətləri  öyrənilir,  fiziki  və  psixoloji  çatışmazlıqların  qismən  də 
olsa əvəz edilməsi üçün təkliflər verilir. 
Sinif  müəllimliyinə  hazırlaşan  tələbə  bilməlidir  ki,  anormal  uşaqların 
kateqoriyaları, təəssüf ki, genişdir; kor uşaqlar, zəif görən uşaqlar, kar uşaqlar, 
sonralar  karlaşan  uşaqlar,  nitqində  zəif  pozuntular  olan  uşaqlar,  lal  uşaqlar, 
əqli  cəhətdən  geri  qalan  uşaqlar,  kor-lal-kar  uşaqlar,  əqli  qüsurlu-kor-kar 
uşaqlar, hissi-iradi cəhətdən qüsurlu uşaqlar və s. 
Tələbələrin  xəbəri  olmalıdır  ki,  anormal  uşaqların,  yəni  fiziki  və 
psixoloji qüsurlu uşaqların həyat və fəaliyyətlərini təmin edən, onların təlim və 
tərbiyəsi  ilə  məşğul  olan  xüsusi  tədris  müəssisələri  var.  Həmin  xüsusi  tədris 
müəssisələrində  uşaqların  təlim-tərbiyəsinin  özünəməxsus  xüsusiyyətlərini 
öyrənən  ayrıca  elm-defektologiya  və  onun  da  sahələri  mövcuddur: 
tiflopedaqogika, surdopedaqogika, oliqofrenopedaqogika, loqopediya. 
Tiflopedaqogika-  kor  uşaqlarлa  və  zəif  görən  uşaqlarla  aparılan  təlim-
tərbiyə  problemlərini  öyrənir;  surdopedaqogika-  kar  uşaqların  və  zəifeşidən 
uşaqların  təlim  və  tərbiyə    məsələlərini  araşdırır;  oliqofrenopedaqogika-  əqli 
cəhətdən  geri  qalan  uşaqların  təlim  və  tərbiyə    məsələlərini  tədqiq  edir; 
loqopediya  isə  nitqi  qüsurlu  olan  uşaqlarla  aparılan  tərbiyə  və  təlim 
problemlərini öyrənməklə məşğuldur. 
Bəs  fiziki  və  əqli  cəhətdən  məhdud  imkanlı  uşaqların    təlim  və  tərbiyə   
problemləri  ilə  tədris  müəssisələrində  bilavasitə  məşğul  olan  mütəxəssislərin 
hazırlanması nə vəziyyətdədir? Tələbə bilməlidir ki, anormal uşaqların təlim və 
tərbiyəsi ilə məşğul olmaq, onlara müəllimlik etmək, tərbiyəçi olmaq nə qədər 
çətin  olsa  da,  bir  o  qədər  xeyirxah  insani  peşədir;  fərəhli  haldır  ki,  ölkəmizdə 
həmin sahələr üzrə ali təhsilli mütəxəssislər hazırlanmağa başlanmışdır. 
Nəzərə  alınmalıdır  ki,  fiziki  və  əqli  cəhətdən  qüsurlu  övladları  olan  heç 
bir valideyn bu vəziyyətlə heç cür barışmır, çalışır ki, necə olursa- olsun, övladı 
təhsil  alsın,    cəmiyyətimizin  faydalı  vətəndaşına  çevrilsin.  Gözəl  istək,  gözəl 
arzudur.  Bu  arzu  ilə    anormal  uşaqların  xeyli  hissəsi  məktəbə-birinci  sinfə 
gətirilir.  Məktəbdə  xeyli  problem  ortaya  çıxır.  Sinif  müəllimlərindən  böyük 
səbr,  pedaqoji  takt  tələb  olunur  ki,  belə  valideynlərin  istəklərinə  və  o  cür 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə