Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 16,78 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix31.12.2021
ölçüsü16,78 Mb.
#81533
1   ...   6   7   8   9   10   11   12   13   ...   29
15 dekabr 2017-ci il

4   

OĞUZ YURDU

Artıq 11 ildir ki, Azər-

baycan 

Respublikası

Prezidenti    İlham  Əliye-

vin  imzaladığı  Sərən-

camla  hər  il  6  dekabr

Rabitə  və  Yüksək  Tex-

nologiyalar  sahəsi    işçi-

lərinin  peşə  bayramı  ki-

mi  respublikamızda ge-

niş  qeyd  olunur.  Builki

peşə  bayramı  Azərbay-

canda telefon rabitəsinin

yaranmasının 136 illiyi ilə

əlaqədardır.

Rabitə sahəsinin inkişafında Ulu öndər

Heydər Əliyevin böyük rolu olmuşdur. O,

1969-cu ildən Azərbaycana rəhbərlik et-

məyə başladıqdan sonra digər sahələrlə

yanaşı, rabitədə də davamlı inkişafa nail

olmuşdur. Respublikada rabitə evləri, ra-

yon mərkəzlərində rabitə qovşaqları üçün

binalar tikilmiş, ən müasir tipli EATS-lar

quraşdırılmışdır.

Hazırda  Ulu öndər Heydər Əliyevin bu

davamlı inkişaf yolunu Azərbaycan Res-

publikası Prezidenti İlham Əliyev yüksək

səviyyədə davam etdirir. 2006-cı ildə “Ra-

bitə və informasiya texnologiyaları sahəsi

işçilərinin  peşə  bayramı  gününün  təsis

edilməsi haqqında” dövlət başçısının Sə-

rəncam imzalaması rabitə sahəsinə olan

dövlət qayğısının göstəricisidir.

Peşə  bayramı  Azərbaycan  Respub-

likasının  hər  yerində  olduğu  kimi  Oğuz

rayon  Telekommunikasiya  Qovşağında

da qeyd edilmişdir. İlk öncə Oğuz TKQ-

nın işçiləri Ulu öndərin şəhərimizdə ucal-

dılmış  abidəsini ziyarət etmişlər. Daha

sonra isə Oğuz TKQ-da tədbir keçirilmiş

və tədbirdə görülən və görüləcək işlər ba-

rədə danışılmışdır. Yığıncaqda qeyd edil-

mişdir ki,1 yanvar 2017-ci il tarixdə Oğuz

rayonunda 6372 te-

lefon və 2262 inter-

net  istifadəçisi  ol-

muşdur.  İlin  11  ayı

ərzində  kollektivi-

miz  526,7  min  ma-

natlıq rabitə xidməti

göstərmişdir  ki,  bu

da  keçən  ilin  eyni

dövrü ilə müqayisə-

də  37,2  min  manat

çoxdur. Cari ilin de-

kabr ayının əvvəlinə

50 telefon və 386 in-

ternet çəkilmişdir ki, bu da 1 yanvar 2017-

ci il tarixlə müqayisədə 16 % artım de-

məkdir.  İnternet çəkilişinin artırılması və

əhaliyə  keyfiyyətli  xidmət  göstərilməsi

üçün optik kabelləşmə işləri sürətlə da-

vam  edir.  2017-ci  il  ərzində  Şirvanlı-

Xalxal kəndinə 10600 m,  Xaçmaz kən-

dinə  8400  m,  Xaçmazqışlaq  kəndinə

2300 m məsafədə optik kabel çəkilmişdir.

Ərmənət kəndinə isə 2300 m məsafədə

optik kabelləşmənin 2017-ci ilin dekabr

ayının sonunadək yekunlaşması nəzərdə

tutulmuşdur. Həmçinin, yeni ilədək rayo-

nun Xaçmazqışlaq kəndində yeni EATS

tikintisinin başa çatdırılması nəzərdə tu-

tulur.


TKQ-nın kollektivi rabitə və informasi-

ya texnologiyaları sahəsində həyata keçi-

rilən işlərin, əldə olunan uğurların və ya-

radılan münbit şəraitin ölkənin inkişafında

mühüm  rol  oynadığını  nəzərə  alaraq

2018-ci ildə də qarşıya qoyulan vəzifə-

lərin öhdəsindən layiqincə gəlmək üçün

səylərini daha da yüksəldəcəkdir.




Yüklə 16,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə