Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə31/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   27   28   29   30   31   32   33   34   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

65 


 

4. OĞUZLARIN DİNİ İNAMLARI  

  

X  əsrin  əvvəllərində  uyğurlar  müstəsna  olmaqla  digər  türk  elləri  kimi 



oğuzlar da qövmi dini inamlarını davam etdirirdilər. İslam aləminə türklərin 

Allahı  tanıdıqları  və  ona  tanrı  dedikləri  məlum  idi

2

.  Türklərin  yaradıcını 



Uluğ-Bayat  adlandırdıqları  da  müsəlman  alimləri  tərəfindən  bilinirdi

3

.  An-



caq  oğuz  din  xadimlərinin  tanrının  vəsfləri  ilə  bağlı  təsəvvürləri  haqqında 

dəqiq  məlumat  yoxdur.  Hər  halda  sadə  oğuzların  bu  xüsusda  təsəvvürləri 

çox da zəngin deyildi və onlar tanrıya insani vəsflər verirdilər. Oğuzlardan 

biri ibn Fədlandan tanrının arvadı olub-olmamasını soruşmuş, müəllif bu su-

alı eşitcək bir xeyli tövbə və istiğfar etmiş, oğuz da onun kimi hərəkət elə-

mişdi


4

.  


Əbu  Düləf  səyahətnaməsində

5

 oğuzların  bir  məbədi  olduğunu  söyləyir 



və məbədin içində büt olmadığını bildirir. İbn Fədlan isə nə məbəd gördüyü, 

nə  də  ruhani  ilə  söhbət  etdiyi  barədə  açıq  heç  nə  yazmır.  Ancaq  oğuzların 

hakimləri olduğu məlumdur. Oğuzlar bu mənəvi şəxsiyyətlərə böyük hörmət 

bəsləyirdilər

6

.  Hətta  onların  oğuzların  davaları  və  qanları  üzərində  hökm 



sahibi olduqları bildirilir ki,  bu ifadədən mənəvi  şəxsiyyətlərin el  üzərində 

nə  qədər  əhəmiyyətli  təsir  və  nüfuzları  olduqları  ortaya  çıxır

7

.  Elə  bizim 



Qorqud  Ata  (Dədə  Qorqud)  da  bu  hakimlərdən  biri  idi.  Təbiblik  edən,  gə-

ləcəkdən xəbərlər verən, hər hansı bir təşəbbüsün uğurlu olub-olmayacağını 

bildirən, dini mərasimləri idarə edən bu mənəvi şəxsiyyətlərə oğuzların qam, 

yoxsa başqa bir ad (məsələn, ata) verdikləri bilinmir. Ata sözü onlar haqda 

hörmət ifadə edən söz idi, yoxsa onlar üçün xüsusi bir ad idi? - Bu cəhət tam 

aydın deyil.  

                                                                                                                                                    

1

 İbn Fədlan (s. 8) soyuq günlərin birində Xarəzmdə bir evin içində qurulmuş türk keçəsin-



dən bir çadırda oturduğunu yazır. 

2

 İbn Fədlan. Z.V.Toğan nəşri, s. 10; S. əd-Dehxan nəşri, s. 92: Məqdisi. Kitab ül-bəd vət-



tarix. K.Huartın nəşri və tərcüməsi. Paris, 1907, IV, mətn s. 63, tərcümə s. 57. 

3

 Məqdisi. Göstərilən yer. Fəxrəddin Mübarəkşahın əsərində Bayat tanrının adı kimi göstə-



rilir (Tarixi-Fəxrəddin Mübarək şah. E.D.Ross nəşri. London, 1927, s. 43). 

4

 Z.V.Toğan nəşri, s. II; S. əd-Dehxan nəşri, s. 93. 



5

 S.  44.  Ancaq  bu  səyahətnamədəki  məlumatların  çoxunun  inanılmağa  dəyər  mahiyyətdə 

olmadığı məlumdur. 

6

 Hüdud ül-aləm, s. 87: Minorski, 100. Buradakı «nəmaz borənd» ibarəsi ilə onların başları-



nı və bədənlərini əyərək təzim etdikləri bildirilir. 

7

 Göstərilən əsər. Göstərilən yerlər. Beyhakinin bildirdiyinə görə (Tarixi-Beyhaki. Qani və 



Fəyyaz  nəşri.  Tehran,  1324  ş.,  s.  627-628),  səlcuqlu  bəylərinin  yanında  ulduzlar  elminin 

(elmi-nücum) bilən bir mövlanəzadə vardı. Onun söylədiyi bəzi sözlər doğru çıxmışdı. Bu 

mövlanəzadə Dəndənakan vuruşması zamanı səlcuqlulara tez-tez «bir az dözün, zəfər sizin 

olacaqdır»  demiş,  günorta  qəznəvi  ordusu  tar-mar  olanda  Toğrul,  Bəyğu,  Musa  və  Cağrı 

bəylər atlarından düşərək ona səcdə, yəni təzim etmişlər. 



FARUQ SÜMƏR 

66 


 

 Ölü  basdırmaq  adətlərinə  gəlincə,  onlar  ölülərini  göytürklər  kimi,  pal-

tarlı, silahlı və yanlarında digər şəxsi əşyaları ilə birlikdə dəfn edirdilər. Ölü 

ev  şəklində  qazılmış  məzarda  oturdulur,  əlinə  içki  dolu  (hər  halda  qımız)

1

 

bir çamçax verilir, qabağına da içki dolu bir qab qoyulurdu. Məzar bir otaq 



biçimində  qazılır,  tavanı  düzəldilir,  sonra  onun  üstünə  palçıqdan  qübbəyə-

bənzər  bir  hissə  əlavə  edilirdi.  Bu  oğuz  məzarları  ilə  Türkiyədə  ələlxüsus 

səlcuqlu  dövründə  kütləvi  şəkildə  müşahidə  edilən  və  mütəxəssislər  tərə-

findən türk çadırına bənzədilən günbəzlər

2

 arasında yaxın bir oxşarlıq vardır. 



Xəzərarxası  türkmənlərin  də  qəbrlər  üzərinə  dümsək  kimi  şəkillər  çəkdik-

lərini və buna yozka dediklərini bilirik

3

.  


Dəfndən  sonra  ölünün  atları  kəsilərək  yeyilirdi  ki,  bu  da  bütün  türk 

qövmlərində görünən yuğ aşı və ya ölü aşı (ehsan) adəti idi

4

. Türkiyədə bu 



adət  yüzilliklər boyunca  davam etmiş, indi də mahiyyəti dəyişmədən kənd, 

qəsəbə, hətta şəhərlərdə yaşayır. Ölən adam sağlığında bəzi kimsələri öldür-

müşdüsə,  onların  rəsmləri  taxta  üzərində  oyulub  məzara  qoyulurdu.  İnama 

görə, ölünün öldürdüyü adam və ya adamlar cənnətdə onun xidmətçiləri ola-

caqlar

5

.  Bu  isə,  göründüyü  kimi,  göytürklərdəki  balbal  adətindən  başqa  bir 



 

şey deyildir

6

.   


Oğuzlar eyni zamanda əsas türk ellərində olduğu kimi, yuğ aşında yeyi-

lən  atların  başlarını,  ayaqlarını  və  dərilərini  məzarın  üstündəki  payalardan 

asırdılar

7

. Onların inamına görə, ölü cənnətə ətləri yeyilən, dəriləri payalar-



dan asılan bu atlarla gedəcəkdir. Belə olmadığı təqdirdə, ölü cənnət səfərini 

piyada başa vurmaq məcburiyyətində qalacaqdır

8

. Oğuzlar dini inamın təsiri 



altında suya girmir, əcnəbilərin suda çimməsinə mane olurdular. Çünki suya 

girməklə  özlərinin  tilsimə  düşəcəyindən  qorxur,  bu  qaydanı  pozanlara  pul 

cəriməsi kəsirdilər

9

. Bütün türklərin dərin inamına görə, su müqəddəs və arı 



idi, çimmək isə müqəddəs və arı olan suyu çirkləndirmək və beləliklə, bö-

yük  bir  günah  işləmək  deməkdi.  Bu,  uğursuzluq  və  fəlakət  gətirirdi.  Yenə 

dini  inamlarla  əlaqədar  olaraq  onlar  köhnəlməyənə  qədər  paltarlarını  əyin-

                                                           

1

 İbn Fədlanda bu içkiyə nəbiz (xurma və ya quru üzüm arağı) deyilir. (Z.V.Toğan nəşri, s. 



14; S. əd-Dehxan nəşri, s. 90). İbn Fədlan qımızı hər halda bu mahiyyətdə bir içki hesab et-

mişdi. 


2

 E.Dits. Türk sənəti. İstanbul, 1946, s. 84 (O.Arslanapa tərcüməsi). 

3

 A.Vamberi. Mərkəzi Asiyaya səyahət, London, 1864, s. 56, 71, 324. 



4

 Əbdülqadir İnan. Tarixdə və  bu gün şamanizm.  Ankara, 1954, s. 189 və davamı.  Ayrıca 

olaraq III hissəyə bax. 

5

 İbn Fədlan. Z.V.Toğan nəşri, s .14: s. əd-Dehxan nəşri, s. 100. 



6

 Əbdülqadir İnan. Göstərilən əsər, s. 178, 180. 

7

 İbn Fədlan. Z.V.Toğan nəşri, s. 14; S. əd-Dehxan nəşri, s. 99. 



8

 Yenə orada. 

9

 Göstərilən əsər. Z.V.Toğan nəşri, s. 10, 12; S. əd-Dehxan nəşri, s. 92-94. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə