Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə78/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   74   75   76   77   78   79   80   81   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

159 


 

həsiz ki, qövmi duyğuları qüvvətli, inqilabçı olan bu böyük şəxsiyyəti qəflət 

içində olan Osmanlı dövlət adamları qiymətləndirə bilməmişdi.  

İranda siyasi birliyi həmin əsrin sonlarında qaçar (İran mənbələrində qa-

car)  xanədanı  qurdu.  1925-ci  ilədək  davam  edən  bu  xanədan  İrandakı  son 

türk sülaləsidir. Qacarlar özlərini həmişə türk saymış, türkcə danışmış və əc-

dadlarının İrana Hülakü xanla birlikdə gəldiklərinə inanmışlar. Yuxarıda da 

deyildiyi  kimi,  qacarlar  XV  əsrin  axırlarına  doğru  ağqoyunlular  dövründə 

Anadoludan  İrana  gəlmiş  və  Azərbaycanda  yurd  salmışdılar.  Onların  Ana-

doludakı  yurdları  isə  Boz-ox  (Yozqat)  bölgəsi  idi;-XVI  əsrdə  üç  əsas  oy-

maqdan  ibarət  idi:  şam  bayatı,  yıva  və  ağcaqoyunlu.  Belə  olduğu  təqdirdə 

xanədan bu üç oymaqdan birinə (yıva?) mənsub olmalıdır. Qacar adına gə-

lincə, onun bu üç oymağın başçısı olan bir bəydən nəşət etdiyi şübhəsizdir

1



Qacarları Anadoludan İrana gətirən bəlkə də bu bəy idi.  

 Malazgirt vuruşmasından (1071) sonra Anadoluya başlanan köçlər XIII 

əsrin  sonunadək  davam  etmişdir.  XIV  əsrdən  etibarən  köç  hərəkətləri  əks 

istiqamətdə, yəni Anadoludan İrana başlandı. Gördüyümüz kimi, bu ölkəyə 

XIV əsrdən etibarən Anadoludan gələn siyasi qüvvələr hakim olurdular. On-

lar başlıca olaraq oyrat Əli Padşah, cəlayir Böyük Şeyx Həsən və çobani Ki-

çik  Şeyx  Həsənin  rəhbərlik  etdiyi  monqollar,  qaraqoyunlu,  ağqoyunlu  və 

səfəvi  ailəsinin idarəsində  olmaq üzrə  türkmənlərdir.  Səfəvilərin  dövləti  də 

istinad  etdiyi  hərbi  zümrə  baxımından  qaraqoyunlular  və  ağqoyunlularınkı 

kimi,  Baburun  olduqca  gözəl  qiymətləndirdiyi  üzrə  bir  türkmən  dövlətidir. 

Əfşarların və qacarların dövləti də belədir. Xüsusilə qaraqoyunluların, ağqo-

yunluların  və  səfəvilərin  fəaliyyəti  nəticəsində  İrana  Anadoludan  o  qədər 

çoxlu türk getdi ki, XVI əsrdən etibarən Qərbi İran Rumeli kimi qövmi ba-

xımdan Anadolunun davamı mahiyyətini aldı.  

Beləliklə, biz Orta, Cənubi və Şərqi Anadoludakı türk oymaqlarının qol-

larını həmin əsrdən İranda da görürük. Bu gün də Şimali Azərbaycanda və 

İranın  Cənubi  Azərbaycanla  digər  bəzi  əyalətlərində  yaşayan  türk  ünsürü-

nün  çox  mühüm  bir  hissəsini  Anadoludan  gəlmiş  bu  kəndli  və  köçəri  oy-

maqlar təşkil etmişdir.  

  

3. MONQOL DÖVRÜNDƏ VƏ ONDAN SONRA ANADOLU 



  

Monqol istilası nəticəsində Anadoluya Türküstan, Xorasan və Azərbay-

candan  çoxlu  türkmən  gəldi  və  ölkənin  hər  tərəfi  onlarla  doldu.  XIII  əsrin 

ortalarında  xaricilərin  səlcuqlu  ölkəsinə  «Türkiyə»  və  «Türküstan»  adını 

vermələri  bununla  əlaqədardır.  Ancaq  Türküstandan  yalnız  köçəri  türk  ic-

maları deyil, onlarla birlikdə yarıköçəri və oturaq kəndli-şəhərli türk ünsür-

                                                           

1

 Qacarın  şəxs  adı  kimi  işlədildiyi  məlum  olan  Qaracarın  qısaldılmış  şəkli  olması  da  ehti-



mal edilir. 


FARUQ SÜMƏR 

160 


 

lərindən  çoxlu  əhalinin  Anadoluya  gəldiyi  bilinir

1

.  Monqol  istilası  nəticə-



sində Türküstanın yaşamağa əlverişsiz vəziyyətə düşməsi də bu işdə ən mü-

hüm  amil  idi. Üstəlik  İrandan ziyalı, tacir və sənətkarların xeyli hissəsinin 

də gəldiyi məlumdur. Anadoluya gələn türkmənlərin bir qismi burada öz ya-

şayışına uyğun  yer tapa bilməmiş, meşəlik və dağlıq  yerlərdə  yurd  salmaq 

məcburiyyətində qalmışdır. Onların Maraş bölgəsindəki meşələrdə yaşayan-

larına ağac ərləri (meşə adamı) adı verildi

2

. Bu yaşayış nəticəsində ağac ər-



ləri nəvələrinin bir hissəsi ağac emalı ilə məşğul oldular.  

Türkmənlər  özlərilə  şeyx  və  dərvişlərini  də  gətirmişdilər.  Onlarda  mü-

səlmanlıq səthi, əski türk dini inamları isə güclü idi. Bu şeyxlərdən biri olan 

Baba  İshaq  Malatyanın  Sumeysat  (Samsat)  yaxınlığındakı  türkmənlər  ara-

sında  yaşayırdı. Yanındakı bir neçə müridi ilə ibadət və riyazət ilə məşğul 

olan Baba İshaq yaşayışı və sözləri ilə türkmənlər üzərində böyük təsirə ma-

lik idi. Türkmənlərin belə şəxsiyyətlərə qədimdən bəri qorxu ilə qarışıq bir 

sevgi və hörmət, bağlılıq duyduqlarını bilirik. Baba İshaq zamanın hökmdarı 

II Qiyasəddin Key-Xosrov ilə bəzi dövlət adamlarının dini və əxlaqi qayda-

lara zidd həyat sürdüklərindən bəhs edərək türkmənləri üsyana qaldırdı. De-

yildiyi kimi, öz vəziyyətlərindən narazı olan və Baba  İshaqın peyğəmbərli-

yinə  inanan  türkmənlər  hərəkətə  gəldilər  və  üzərlərinə  göndərilən  səlcuqlu 

qoşunlarını  dalbadal  məğlubiyyətə  uğratdılar.  Baba  İshaq  Amasya  yaxın-

lığında  tutulub  öldürüldüyü  halda  onlar  peyğəmbərlərinin  kömək  gətirmək 

üçün göyə merac etdiyini söyləyərək hərəkətlərinə son vermədilər. Nəhayət, 

içində firəng cəngavərlərindən bir bölüyün də olduğu Ərzurum sərhədindəki 

səlcuqlu ordusu Qırşəhir yörəsində, Malye ovasında Baba İshaq türkmənlə-

rinin  çoxunu  məhv  elədi  (1240).  Bununla  birgə,  Baba  İshaqın  müridləri 

onun batini inamlarını davam etdirdilər.  

Görkəmli müridlərdən xorasanlı Hacı Bəktaş öz adını daşıyan bir təriqət 

qurdu. Bu üsyanın  əsil səbəbi  türkmənlərin iqtisadi sıxıntı içində olduqları 

və  onlara  ancaq  istismar  edilən  ünsür  gözü  ilə  baxılmasıdır.  Bu  düşüncə 

osmanlı dövründə də davam etmiş və dövlətin başına çox bəlalar açmışdır. 

Bu xanədanlar siyasi fəaliyyətlərinin ilk dövrlərində eldaşları türkmənlərdən 

yaxşıca istifadə edir, sonra qullardan ibarət seçmə orduya sahib olunca türk-

mənləri  xidmətdən  qovurdular.  Ancaq  müşkül  bir  vəziyyətə  düşdükləri  za-

man  yenidən  türk  oymaqlarından  istifadə  etmək  istəyir,  hətta  bəzən  onları 

«övladi-fatihan» kimi sözlərlə oxşayırdılar.  

1240-cı ildəki Baba İshaq üsyanı səlcuqlu dövlətinin mənən nə qədər zə-

if  bir  vəziyyətdə  olduğunu  göstərmişdi.  Bunu  başa  düşən  İrandakı  monqol 

qoşunları komandanı Baycu 1243-cü ildə səlcuqlu ölkəsinə yürüş etdi. Siva-

                                                           

1

 Bu haqda bax: F.Sümər. Anadoluya yalnız köçəri türklərmi gəldi? Belleten, XXIV, s. 567-



594. 

2

 Bu türk boyu haqda bax: F.Sümər. Ağac ərilər. Belleten. XXVI, s. 521-528. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə