Ölkəmizin turizm imkanları


Ünvan:  Bakı şəh., S.Vurğun küç. 88;  E-mail



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix31.12.2021
ölçüsü0,94 Mb.
#81719
1   2   3   4   5   6   7   8   9   ...   37
Ünvan:

 Bakı şəh., S.Vurğun küç. 88; 

E-mail:

 info@clb.az. 



 

 

 

 

 

 

 

 

 

 

 



 

“Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” 



elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması 

haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

“Azərbaycan  Respublikasında  2011-ci  ilin  “Turizm  ili”  elan 

edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-

ci  il  15  fevral  tarixli  1320  nömrəli  Sərəncamına  uyğun  olaraq 

qərara alıram: 

1. “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan 

edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur). 

2.  Bu  Sərəncamın  1-ci  hissəsində  nəzərdə  tutulmuş  Tədbirlər 

Planının  icrasının  təşkilində  əlaqələndirici  orqan  Azərbaycan 

Respublikasının  Mədəniyyət  və  Turizm  Nazirliyi  müəyyən 

edilsin. 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

3.1.  nəzərdə  tutulmuş  tədbirlərin  maliyyələşdirilməsini  təmin 

etsin; 


3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 

İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 20 iyul 2011-ci il 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə