Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
səhifə37/57
tarix26.03.2018
ölçüsü27,34 Kb.
#33785
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

 
 
A) Aparılmır 
B) Regionar zonalar 45-50 Qr dozada 
C) Süd vəzisi və regionar zonalar 45-50 Qr dozada 
D) Süd vəzisi və regionar zonalar 45-50 Qr dozada, sonra şişin yatağı əlavə 10-15 Qr 
60 Qr qədər 
E) Şişin yatağı 10-15 Qr 40 Qr 
 
Ədəbiyyat: İ.H.İsayev Bədxassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 
287-288 
 
590) Süd vəzisi xərçəngində süd vəzisinin şüalanma sahəsinə hansı sahələr daxil 
edilir? 
 
A) Süd vəzi 
B) Döş qəfəsi divarı 
C) Döş əzələləri və döş qəfəsi divanı 
D) Süd vəzi+ döş əzələləri 
E) Süd vəzi, döş əzələləri və döş qəfəsi divarı 
 
Ədəbiyyat: İ.H.İsayev Bədxassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 
284 
 
591) Braxiterapiya sözü nə deməkdir? 
 
A) Yalnız toxumadaxili şüa müalicəsi 
B) Radionuklid kapsulların şişlə uzaq məsafədə terapevtik istifadəsi 
C) Yalnız applikasion şüa müalicəsi 
D) Yalnız boşluqdaxili şüa müalicəsi 
E) Radionuklid kapsulların şişlə təmasda və ya yaxın məsafədə terapevtik istifadəsi                
 
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 1-6. 
 
592) Aşağıdakılardan hansının şüa müalicəsi zamanı effekt daha az alına bilər? 
A) Qırtlağın yastı epitel xərçəngi 
B) Dərinin yası epitel xərçəngi 
C) Hoçkin limfoması 
D) Dərinin bazal hüceyrəli xərçəngi 
E) Mədənin adenokarsinoması 
 
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 1-6. 
 
593) Uşaqlıq boynu xərçənginin müştərək şüa müalicəsinə əksgöstərişlər 
hansıdır ? 
 
A) Hamiləlik 


 
 
B) İltihabi proseslər, uzaq metastazlar, xarici cinsi orqanların inkişaf patologiyası,  
uşaqlıq və yumurtalığın şişi, hamiləlik 
C) İltihabi proseslər, uzaq metastazlar 
D) Xarici cinsi orqanın inkişaf patologiyası 
E) İltihabi proseslər, hamiləlik 
 
Ədəbiyyat: İ.İsayevin Bədxassəli şişlərin şüa müalicəsinin əsasları Bakı 2001.səh. 
317-318. 
 
594) Uşaqlıq cismi xərçənginin müalicəsində radikal şüa terapiyası nə zaman 
tətbiq edilir? 
 
A) Uşaqlıq cismi xərçənginin lokal və qeyri-operabel formalarda 
B) Ümumi somatik əksgöstəriş olduqda, cərrahi əməliyyatdan imtina edildikdə 
C) İstifadə edilmir 
D) Cərrahi əməliyyata ümumi somatik əksgöstəriş olduqda, qeyri-operabel 
formalarda, cərrahi əməliyatdan imtina edildikdə 
E) Ümumi somatik əksgöstəriş olduqda, qeyri-operabel formalarda 
 
Ədəbiyyat: Рак шейки и тела матки ,Л.А.Марьина , М.И.Нечушкин 2004.стр.272-
273 
 
595) Uşaqlıq yolu xərçənginin 1-ci mərhələsində şüa müalicəsinin hansı 
metodundan istifadə edilir? 
 
A) Distansion qamma terapiya 
B) Distansion, rentgenterapiya 
C) Distansion qamma terapiya, braxiterapiya 
D) Rentgenterapiyа 
E) Braxiterapiya 
 
Ədəbiyyat: Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, İ.İsayev 2001.səh 303-308 
 
596) Sümüklərin radiohəssas şişləri aşağıdakılardan hansılardır? 
 
A) Osteoma 
B) Osteosarkoma 
C) Osteoblastoklastoma 
D) Xondroma 
E) Limfoma(retikulosarkoma) 
 
Ədəbiyyat: İ.H.İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 
195 
 
597) Aşağıdakılardan hansı qida borusu xərçənginin  şüa müalicısi zamanı  tez-
tez rast gələn şüa reaksiyasıdır? 


 
 
A) Ezofagit 
B) Faringit 
C) Epiteliit 
D) Dermatit 
E) Laringit 
 
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, 
Москва 1996, стр. 206 
 
598) Qida borusu xərçənginin şüa müalicəsi zamanı radikal doza sayılır: 
 
A) 45-50 Qr 
B) 75 Qr 
C) 30-40 Qr 
D) 55 Qr 
E) 60-70 Qr 
 
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, 
Москва 1996, стр. 197 
 
599) Qida borusu xərçəngində palliativ məqsədlə şüa müalicəsi zamanı CMD 
məsləhətdir: 
 
A) 35 Qr 
B) 30 Qr 
C) 40 Qr 
D) 45 Qr 
E) 50 Qr 
 
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, 
Москва 1996, стр. 198 
 
600) Sidik kisəsi xərçəngi olan xəstələrə postoperativ şüa terapiyası nə vaxt 
başlanmalıdır? 
 
A) Əməliyyatdan 2 həftə sonra 
B) Əməliyyatdan 1 həftə sonra 
C) Əməliyyatdan 8 ay sonra 
D) Əməliyyatdan sonra 1 ay ərzində 
E) Əməliyyatdan 18 həftə sonra 
 
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, 
Москва 1996, стр. 206 
 
601) Qida borusu xərçəngi olan xəstələrdə şüa terapiyasının ən ağır ağırlaşması 
sayılır: 


 
 
 
A) Ümumi zəiflik 
B) Ezofagit 
C) Epidermit 
D) Qanaxma ilə nəticələnən şişin dağılması 
E) Hiperemiya 
 
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, 
Москва 1996, стр. 206 
 
602) Qida borusu xərçənginin şüa müalicəsinin effektliyini qiymətləndirmək 
üçün əsasən aşağıdaki müayinə metodları istifadə olunur: 
 
A) Rentgen müayinə 
B) USM 
C) Endoskopiya müayinəsi 
D) KT müayinə 
E) Rentgen və endoskopiya müayinələri 
 
Ədəbiyyat: İ.H.İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 
185 
 
603) Qida borusu xərçəngində morfoloji strukturuna görə daha radiohəssas şiş 
sayılır: 
 
A) Mukoepidermoid xərçəng 
B) Differensiasiya olunmayan xərçəng 
C) Adenokarsinoma 
D) Yastıhüceyrəli xərçəng 
E) Vəzili kistoz xərçəng 
 
Ədəbiyyat: İ.H.İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 
186 
 
604) Süd vəzisi xərçəngi olan xəstələrin qoltuqaltı limfa düyünlərinin 
şüalanmasının radikal dozası sayılır: 
 
A) 60 Qr 
B) 20 Qr 
C) 30 Qr 
D) 50 Qr 
E) 40 Qr 
 
Ədəbiyyat: İ.H.İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 
287 
 


Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə