908) Onkoloji xəstələrin kliniki qruplara bölünməsi
A) III qrup – spesifik müalicə almış xərçəngli xəstələr
B) Yazılanlar hamısı doğrudur
C) II qrup – xərçəng diaqnozu dəqiqləşmiş, lakin spesifik müalicə almamış xəstələr
D) I qrup – xərçəng diaqnozu tam dəqiqləşməmiş xəstələr və xərçəngə qədər
mərhələdə olanlar
E) IV qrup – spesifik müalicə qeyri-mümkün olan simptomatik müalicə alan ağır
formada olan xəstələr
Ədəbiyyat: Г. Черенков «Клиническая онкология» М., 1999, 380 с.
909) Dəri xərçəngi olan xəstələrin dispanserizasiyanın müddəti və qaydası
A) Sayılanlar doğru deyil
B) Onkoloji xəstələr ömür boyu dispanserdə nəzarətdə olmalıdır
C) Dəridə bədxassəli şişlər olan xəstələr 5 il nəzarətdə olmalıdır
D) Onlarda residiv və metastaz olmadıqda qeydiyyatdan azad olunurlar
E) Dəridə bədxassəli şişlər olan xəstələr 10 il nəzarətdə olmalıdırlar
Ədəbiyyat: Ш.Х. Ганцев «Онкология» Москва, 2004
910) Mədə xərçənginin, qaraciyərə metastazlarının diaqnostikasında, daha
informativ müayinə metodu hansıdır?
A) Qaraciyərin skaner-radioizotop müayinəsi
B) Laparaskopiya
C) USM
D) KT
E) Angioqrafiya
Ədəbiyyat: Ə.T.Əmiraslanov. “Abdominal onkologiya”, Bакы, 2004, 320 с
911) Maliqnizasiya uğramış mədə poliplərində cərrahiyi müalicə taktikası necə
olmalıdır?
A) Kimya – şüa müalicəsi
B) Mədənin müxtəlif növ rezeksiyası
C) Polipin gastrotomiya yolla kəsilməsi
D) Mədənin pazvari rezeksiyası
E) Endoskopik polipektomiya
Ədəbiyyat: Ш.Х.Ганцев. «Онкология». Москва, 2004, с. 487
912) Kor bağırsağın xərçəngində cərrahiyə əməliyyatın həcmi necə olur?
A) Sağ tərəfli hemikolektomiya
B) Qalxançənbər bağırsağın rezeksiyası
C) Kor bağırsağın şişlə birgə rezeksiyası
D) Kor bağırsağın və nazik bağırsağın rezeksiyası
E) Kor bağırsağın rezeksiyası
Ədəbiyyat: A.М.Ганичкин. «Рак толстой кишки». Л., Медицина, 1970, с. 398
913) Yoğun bağırsağın xərçəngi ən çox hansı üzvə metastaz verir?
A) Sümüklərə
B) Qaraciyərə
C) Ağciyərlərə
D) Böyrəküstü vəzilərə
E) Dalağa
Ədəbiyyat: A.М.Ганичкин. «Рак толстой кишки». Л., Медицина, 1970
914) Peritonarxası qeyri-üzvü mənşəli şişlərin çıxarılması ən çox hansı cərrahı
kəsik yolla aparılmalıdır?
A) Qarın – aralıq yolu ilə
B) Laparotomiya yolu ilə
C) Ekstraperitonal yolu ilə
D) Torako-abdominal yolu ilə
E) Bergiman – İzrael kəsiyi ilə
Ədəbiyyat: Ш.Х.Ганцев. «Онкология». Москва, 2004, с. 487
915) Yoğun bağırsağın hansı nahiyəsində leyomiosarkoma daha çox rast gəlinir?
A) Düz bağırsaqda
B) Qalxançənbər bağırsaqda
C) Kor bağırsağda
D) Enən çənbər bağırsaqda
E) “S”-vari bağırsağda
Ədəbiyyat: Ш.Х.Ганцев. «Онкология». Москва, 2004, с. 487
916) Qaraciyərin birincili xərçəngi ən çox hara metastaz verir?
A) Sümüklərə
B) Peritonarxası limfa vəzilərinə
C) Agciyərlərə
D) Divararalığı limfa vəzilərinə
E) Baş-beyinə
Ədəbiyyat: Ш.Х.Ганцев. «Онкология». Москва, 2004, с. 487
917) Peritonarxası qeyri - üzvi şişlərin topik diaqnostikası hansı müayinələrə
əsasən qoyulur?
A) Rentgenoloji müayinə əsasında
B) Bütün sadalananlar əsasında
C) USM əsasında
D) KT əsasında
E) Angioqrafiya əsasında
Ədəbiyyat: Ш.Х.Ганцев. «Онкология». Москва, 2004, с. 487
918) Yoğun bağırsağın xərçəngində hansı morfoloji struktura daha çox üstünlük
təşkil edir?
A) Yastı hüceyrəli xərçəng
B) Adenokarsinoma
C) Üzükvari xərçəng
D) Qarışıq vəzili yastı hüceyrəli xərçəng
E) Differensə olunmayan xərçəng
Ədəbiyyat: Энциклопедия клинической онкологии. Москва, 2004, с. 46
919) Histomorfoloji strukturadan asılı olaraq hansı hallarda sfinkter saxlayıcı
cərrahiyə əməliyyatı etmək olmaz?
A) Yastı hüceyrəli xərçəng
B) Vəzili xərçəng
C) Adenokarsinoma
D) Sarkoma
E) Solid və kolloid xərçəngində
Ədəbiyyat: A.Н.Рыжик. Aтлас операций на прямой и толстой кишках. Москва,
1968, с. 334
920) Maliqnizasiya uğramış polip mədənin kardial hissəsində yerləşərsə, cərrahi
əməliyyatın həcmi?
A) Qastrektomiya
B) Polipektomiya
C) Mədənin pazvari rezeksiyası
D) Mədənin subtotal rezeksiyası
E) Qastrotomiya, polipektomiya
Ədəbiyyat: Ш.Х.Ганцев. «Онкология». Москва, 2004, с. 487
921) Mədə xərçəngində cərrahi əməliyyatın həcmi ən çox nədən asılıdır?
A) Şişin mədənin antral hissəsində yerləşməsindən
B) Şişin histomorfoloji xüsusiyyətlərindən
C) Şişin böyük əyrilikdə yerləşməsindən
D) Şişin mədə cismində yerləşməsindən
E) Şişin mədənin kiçik əyrilikdə yerləşməsindən
Ədəbiyyat: Ш.Х.Ганцев. «Онкология». Москва, 2004, с. 487
922) “Kurvuazye” simptomu zamanı ağrı sindromu nə cür ifadə olunur.
A) daimi
B) “xəncərvari”
C) artma amplitudası ilə
D) tutma şəklində
E) olmur
Ədəbiyyat: Ədəbiyyat: Кубышкин В.А., Вишневский В.А. Рак поджелудочной
железы, Moskva, 2003, s. 275.
923) Hansı patologiya zamanı mexaniki sarılıq çox vaxt ilk simptomlardan biri
olur?
A) mədəaltı vəzin baş hissəsinin şişləri
B) mədəaltı vəzin quyruq hissəsinin şişləri
C) öd kisəsinin şişləri
D) mədəaltı vəzin cism hissəsinin şişləri
E) qara ciyərin VI seqmentinin şişləri
Ədəbiyyat: Ədəbiyyat: Кубышкин В.А., Вишневский В.А. Рак поджелудочной
железы, Moskva, 2003, s. 275.
924) Klatskin şişi hansıdır
A) sağ qara ciyər axarının şişi
B) sağ və sol qara ciyər axarlarının birləşmə zonasının şişi
C) ümumi qara ciyər axarının şişi
D) mədəaltı vəzin boyun hissəsinin şişi
E) mədəaltı vəzin qarmağvari çıxıntısının şişi
Ədəbiyyat: Ədəbiyyat: Богуслав Н. и др. Хирургия желчных путей. Praqa, 1982,
s.492.
Dostları ilə paylaş: |