NAXÇIVAN MUXTAR RESPUBLİKASININ XARİCİ İQTİSADİ
ƏLAQƏLƏRİNİN İNKİŞAFI, TƏHLÜKƏSİZLİYİ VƏ
İXTİSASLAŞMA İSTİQAM
ƏTLƏRİ
963
çevrilmiş, muxtar respublikamızda iqtisadi və sosial sahədə makroiqtisadi
göstəricilər hər il yüksələn xətlə davam etmişdir. Bütün makroiqtisadi
göstəricilərin pozitiv meyilli yüksəlişi təmin olunmuş, hazırda ümumi daxili
məhsulun həcmi 1995-ci ilə nisbətən 38 dəfə, hər nəfərə düşən ümumi daxili
məhsulun həcmi 31 dəfə, sənaye məhsulunun həcmi 69 dəfə, əsas kapitala
yönəldilən investisiyalar 261 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 7 dəfə,
nəqliyyat sektorunda yük daşınması 18 dəfə, infor-masiya və rabitə
xidmətlərinin həcmi 90 dəfə, pərakəndə əmtəə dövriyyəsi 20 dəfə, əhaliyə
göstərilən pullu xidmətlər 30 dəfə, ixracın həcmi 142 dəfə, dövlət büdcəsinin
gəlirləri 26 dəfə, əhalinin gəlirləri 44 dəfə, hər bir nəfərə düşən gəlirlər 35
dəfə, orta aylıq əməkhaqqı isə 21 dəfə artmışdır. Bir sıra əsas göstəricilər
baxımından son 20 il ərzində yaradılmış iqtisadi potensial və qazanılmış
uğurlar muxtar respublikamızın yarandığı 1924-cü ildən 1995-ci ilədək-yəni
71 illik zaman məsafəsində əldə olunanları xeyli üstələyir (1, s. 114).
Mühüm bir fakt ondan ibarətdir ki, 1924-1995-ci illər ərzində muxtar
respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin maksimum sayı 56-ya
bərabər olmuş, ötən 20 il ərzində isə sənaye sahəsində reallaşdırılan
islahatların uğurlu nəticəsi kimi əlavə olaraq 373 yeni müəssisə işə başlamış
və hazırda bu göstərici 429-a çatmışdır. Analoji qaydada sənaye məhsullarının
sayı üzrə də müsbət meyillər özünü göstərməkdədir.
Əgər 1924-1995-ci
illərdə muxtar respublikada istehsal olunan sənaye məhsullarının sayı üzrə
maksimum göstərici 28-ə bərabər idisə, ötən 20 il ərzində əlavə olaraq 215
yeni sənaye məhsulunun istehsalına başlanıl-mış və bu göstərici ümumilikdə
243-ə çatmışdır. Sənayedə yerli kənd təsərrüfatı məhsulları-nın emalı və
faydalı qazıntı hasilatı xüsusi yer tutur (1, s. 48).
Xarici iqtisadi əlaqələrin təhlili göstərir ki, Naxçıvanın tarixən İran və
Türkiyə dövlətləri ilə əlverişli coğrafi mövqedə olması iqtisadi əlaqələrin
inkişafına müsbət təsir göstərmişdir. Bu əlaqələrin inkişafı və coğrafiyasının
genişlənməsində təbii ehtiyatlar, o cumlədən mineral sular, duz ehtiyatları
əhəmiyyətli rol oynamışdır. Yeraltı və yerüstü sərvətlərlə zəngin olan
Naxçıvanın təbii resurslarından olan Duzdağ yataqları Naxçıvan şəhərindən
12 kilometr aralı məsafədə, dəniz səviyyəsindən 1173 metr yüksəklikdə
yerləşir. Naxçıvan MR-dakı Duzdağ, Nehrəm və Püsyanın yer təkində bir–
birilə birləşən daş duz yataqları çoxdan məşhurdur. Araz zonasının duzdaşıyan
964
ASƏF Q
ƏRİBOV
hövzəsinin uzunluğu 300 km-ə, eni 15–20 km-ə və qalınlığı onlarca metrə
çatır. Naxçıvanda duz ehtiyatı bir neçə milyard tondan çoxdur (4, s. 72).
Qədim dövrlərdən başlayaraq duz ehtiyatları xarici iqtisadi əlaqələrin
yaranması və inkişafına təkan vermiş, eləcə də infrastruktur elementlərin
formalaşmasında xüsusi yer tutmuşdur. Naxçıvan duz mədənlərində istehsal
edilən məhsulların müxtəlif regionların isteh-lakçılarına göndərilməsi ən-ənə
halını almışdır. Məlumat üçün qeyd edək ki, Duzdağdan aşkar olunmuş
maddi-mədəniyyət nümunələri, xüsusilə daş çəkiclər qədim duzdağ
mədənlərindən hələ eramızdan əvvəl III-II minilliklərdə geniş istifadə
edildiyini göstərir. Primitiv üsulla çıxarılan duz məişətdə istifadə olunmaqla
yanaşı, mübadilə vasitəsi kimi Böyük İpək Yolu ilə Şərq və Qərb ölkələrinə
aparılmışdır. Duzdağ yatağından sənaye üsulu ilə duz çıxarılmasına ilk dəfə
1927-ci ildə başlanılmış, sovetlər dönəmində bu sənaye müəssisəsində istehsal
edilən daş duz İttifaq respublikalarına göndərilmişdir. 90-cı illərdə Naxçıvan
duz mədənlərində 100 min tondan çox duz hasil edilərək birbaşa vaqonlara
yüklənərək Baş-Başı stansiyası vasitəsi ilə İttifaq Respublikalarına
göndərilmışdir (6, s. 211).
Naxçıvanın hərbi-strateji və iqtisadi əhəmiyyəti qədim zamanlardan təbii
ehtiyatların iqtisadi əlaqələrə cəlb edilməsi ilə həmdə onu nəqliyyat qovşağına
çevirmişdi. XIX-XX əsrin başlanğıcında Şimali Azərbaycanda nəqliyyatın
inkişafına dair tədqiqatın müəllifinin yazdığı kimi “Naxçıvan xanlığından
keçən başlıca karvan yolları İrana və Təbrizə doğru uzanırdı. Bu yollar tranzit
ticarətində mühüm rol oynayırdı. Azərbaycanın şimal torpaqlarına İran
malları, əsasən Naxçıvan vasitəsilə daxil olurdu. Eyni zamanda xanlığın
daxilində də Naxçıvanı və Ordubadı ayrı-ayrı yerlərlə birləşdirən karvan
yolları mövcud idi. XIX əsrin başlanğıcında burada daxili ticarətin illik
dövriyyəsinin 160.000 manata çatması həmin yolların kifayət qədər işlək
olduğunu göstərirdi” (6, s. 124).
Nəqliyyatın vəziyyəti ticarətin inkişafı ilə sıx bağlı idi. Naxçıvanda
xanlığın son dövründə baş verən siyasi hadisələr və 1826-1828-ci illər Rus–
İran müharibəsi ticarət həyatına mənfi təsir göstərmişdi. Bu özünü daxili
ticarətdə daha kəskin şəkildə birüzə verirdi. Tədqiqatçıların yazdığına görə
“Daxili ticarətdən fərqli olaraq Naxçıvan xanlığında gəlmə tacirlərin hesabına
xarici ticarətdə nisbətən canlanma hiss olunurdu. Xarici ölkələrdən, xüsusilə