iqtisadi mərkəzə çevrilməyə başlamışdı. Şəddadilərin paytaxt şəhərinə olduqdan sonra
Gəncə daha da sürətlə inkişaf etmiş, təkcə Azərbaycanın deyil, regionun iri iqtisadi-
ticari, həmçinin elm və mədəniyyət mərkəzinə çevrilmişdi. Bunu Gəncədə yetişmiş
alimlərin təvəllüd və vəfat tarixlərinə diqqət yetirərək də görmək mümkündür.
Gəncənin tanınmış elm xadimlərinin böyük əksəriyyəti XI-XIII əsrlərdə yaşamışdılar.
Bu da onu göstərir ki, bu əsrlərdə Gəncə özünün ən parlaq dövrünü yaşamışdı. 1053-cü
ildə Şəddadi hökmdarı I Əbü’l-Əsvar Şavur ibn Fəzl (1049-1067) Gəncənən ətrafında
möhkəm qala divarları tikdirmiş, ona dəmir darvazalar qoydurub qalanın ətrafında
dərin xəndək qazdırmışdı
159
. Beləcə Gəncə alınmaz qalaya çevrilmişdi. Gürcü çarlığının
güclənməsi fonunda Gəncənin əhəmiyyəti daha da artmışdı. Çünki Gəncə artıq sadəcə
Azərbaycanın deyil, bütün İslam dünyasının şimalının təhlükəsizliyinin təminatında
mühüm rol oynayırdı. Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə Gəncə tez-tez
gürcülərin hücumuna məruz qalırdı. H. 534-cü (1139) ildə baş vermiş güclü zəlzələ
Gəncədə böyük dağıntı və insan tələfatına səbəb olmuşdu. İbnü’l-Əsir bu zəlzələ vaxtı
Gəncədə 230 mindən çox insanın öldüyünü yazır
160
. Gəncənin düşdüyü ağır
vəziyyətdən sui istifadə edən gürcü çarı Demetre şəhərə hücum edərək sağ qalan
insanların bir qismini öldürüb bir qismini əsir aparmışdı. Onlar dağıntılar altında qızıl
və gümüş axtararaq çoxlu qənimət ələ keçirmişidlər. Lakin ailəsi də bu zəlzələdə vəfat
etmiş Böyük Səlcuqluların Arran canişini Qara Sunqur ordusu ilə yetişib Gəncə
yaxınlığında gürcü ordusunu ağır məğlubiyyətə uğratmışdı. O, bununla da
kifayətlənməyib arxa-arxaya Gürcüstana iki hərbi yürüş etmiş, bol qənimət və əsirlə
geri qayıtmışdı. M. Qoş yazır ki, Qara Sunqur gürcüləri dəhşətə gətirib tir-tir əsməyə
məcbur etdi
161
. Vali 2-3 il ərzində təbii fəlakətin bütün ziyanını aradan qaldırmış, Gəncə
əvvəlki gözəlliyi ilə bərpa edilmişdi
162
. 1220-ci illərdə moğollar bir çox şəhər və ölkələri
tutub dağıltıqları halda Gəncəyə hücum etməyə cəsarət etməmişdilər. İbnü’l-Əsir yazır
ki: ‚moğollar Gəncə əhalisinin qəhrəmanlığını, gürcülərə qarşı apardıqları müharibələri
eşitmiş, onların xarici hücumlara necə şiddətli müqavimət göstərdiklərini
159
GÖYÜŞOV, həmin əsər, s. 141.
160
Kamil fi’t-Tarix, C. XI, s. 75-76. Mxitar Qoşa görə bu zəlzələ 30 sentyabr 1139-cu ildə şənbə günü baş vermişdi.
Alban Salnaməsi, (Trc. Z. Bünyadov), s. 245, Bakı 1993.
161
QOŞ,
həmin əsər, s. 246; BÜNYADOV,
həmin əsər, s. 188-189.
162
Yenə orada.
öyrənmişdilər. Həqiqətən Gəncə son dərəcə möhkəm qala divarlarına sahib idi və
buranı ələ keçirmək asan deyildi. Bunu bacarmayacaqlarını anlayan moğollar Gəncəyə
xəbər göndərərək pul və paltar tələb etmişdilər. Gəncəlilərin onların istədiklərini
vermələrində sonra moğollar oradan getmişdilər‛
163
. Azərbaycan Atabəyləri Dövlətinin
süqutundan (1225) ölkənin moğolların istilasına uğramasına (1239) qədərki dövrdə
Gəncə Cəlaləddin Xarəzmşahın (öl.1231) hakimiyyəti altında olmuşdu.
Antik mənbələrdə adı Fraata kimi çəkilən Marağa orta əsrlərdən etibarən indiki adı ilə
tanınmağa başlamışdı. Marağa
[
ُ حَؿا َهَُٔا
]
ərəb dilində heyvanların ağnaşdıqları yer
mənasını ifadə edir
164
. Güman ki, Əhməd əl-Bəlazurinin nəql etdiyi rəvayət də buna
əsaslanır. Müəllif bu yerin əvvəllər Əfrahrud
[
قٝهٛاهكا
]
adlandığını yazır. Azərbaycan və
Ərməniyyə valisi Mərvan ibn Muhəmməd burada hərbi düşərgə salmış, orduya məxsus
heyvanların ağnaşdığı yer olduğu üçün buranın adı Marağa olaraq qalmışdı
165
. Yaqut
əl-Həməvi də eyni rəvayəti öz əsərində qeyd etmişdir
166
. X əsr səyyahı əl-İstəxri bu
şəhəri bəyənmiş və onun həqiqətən gözəl şəhər olduğunu, orada bol məhsul yetişdiyini
qeyd etmişdir
167
.
Əcaibü’d-Dünya müəllifi (XIII əsr) Marağadakı Azər Quşəsp adlı
atəşgahının məcusilərin ziyarətgahı olduğunu yazır. Çibanı olanlar mehrigan (novruz)
günü oraya gedib küldən bir az götürüb bənövşə yağı ilə qarışdırıb yaralarına
sürtürlərmiş
168
. İbn Xordadbeh Azər Quşəsp adlı od məbədinin Şiz şəhərində olduğunu
yazmışdır
169
. Ehtimal ki, bu Şiz ilə Marağanın bir-birinə çox yaxın olması səbəbiylədir.
Əbdürrəşid Bakuvi də Marağa haqqında məlumat verərkən ‚Orada qədimdən
məcuslardan qalan mədrəsələrin (təlim yerləri-E.N) və başqa binaların xarabalıqları
var‛ yazır
170
. Sözü gedən məbəd atəşpərəstlər üçün dinlə yanaşı siyasi əhəmiyyət də
kəsb edirdi. Belə ki, taxta yeni oturan Sasani şahları paytaxt Mədaindən piyada gələrək
bu məcusi məbədini ziyarət etmək məcburiyyətində idilər
171
.
163
Kamil fi’t-Tarix, C. XII, s. 337-339.
164
SARI,
Arapça-Türkçe Lugat, s. 1429.
165
BƏLAZURİ,
Fütuhü’l-Büldan, s. 461.
166
Mu’cəmü’l-Büldan, C. VI, s. 152.
[
اٜ٤ك ؽهٔرذ ٚتاؽصأ باٝق ٝ ٚتاٝق دٗاٌك
]
. Həmçinin bax: VƏLİXANLI, həmin əsər, s. 96.
167
Məsalik, s. 73.
168
Əcaibü’d-Dünya, s. 159.
169
Məsalik, s. 38. يٞعُٔا ك٘ػ
]
[
نكوُا ْ٤ظػ ٞٛٝ ًَْ٘شُظنَلأ ناٗ د٤ت اٜتٝ ى٤شُاٝ
170
Təlxisü’l-Asar, s. 105.
171
Vasiliy BARTOLD, ‚Azerbaycan ve Ermenistan‛, (Trc. İ. Aka),
AÜTAD, VIII/14, Ankara 1963, ss. 77-87.