Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə186/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   182   183   184   185   186   187   188   189   190

 

 

770 



 

haqq  bizi  qorxaq  eləyəcək,  axıra  qədər  gedə 

bilməyəcəyik.  ġeytana  uyub,  axıra  qədər  gedib, 

bütün  keçmiĢə  xəyanət  eləyib,  üslub  və  firəng 

tərzində Ģəxsiyyət qazanmağa can atsaq, mənim bu 

öz  rəsmimi  çəkməyə  qabiliyyətimin  və  biliyimin 

yetmədiyi kimi bunu heç cür bacara bilməyəcəyik. 

Çəkdiyim rəsmin ibtidailiyindən, onu doğru-dürüst 

özümə  belə  oxĢada  bilməməyimdən  firəng 

ustadlarının bacarığının əsrlərlə öyrənilməli bir Ģey 

olduğunu  –elə  çoxdan  hamımızın  əhəmiyyət 

vermədən bildiyimizi– bir kərə də öyrəndim. ƏniĢtə 

əfəndinin  kitabı  da  baĢa  çatdırılıb  onlarla 

yollansaydı,  venesiyalı  ustad  rəssamlar  bizə  gülər, 

onların gülüĢü Venesiya doçuna keçərdi, vəssalam. 

«Osmanlı  Osmanlı  olmaqdan  əl  çəkir»  deyərdilər, 

artıq  bizdən  qorxmazdılar.  Qədim  ustadların 

yoluyla  getsən,  nə  yaxĢı  olardı!  Amma  bunu 

PadĢahımız  həzrətləri  də,  ġəkurəciyinin  portreti 

olmadığına görə kədərlənən Qara əfəndi də, heç kəs 

istəmir.  Onda  burada  oturub  firəng  üsullarını 

yüzillərlə 

yamsılayın! 

Təqlid 

rəsmlərinizə 



yekəxanalıqla  imza  atın.  Heratlı  qədim  ustadlar 

aləmi Allahın gördüyü kimi nəqş eləməyə çalışanda 

şəxsiyyətləri  olduğunu  gizlətmək  üçün  imza 

atmazdılar. 

Sizsə 


Ģəxsiyyətiniz 

olmadığını 

gizlətməkdən  ötrü  imza  atacaqsınız.  Amma  çıxıĢ 

yolu  da  var,  bəlkə  sizin  də  bir-bir  qapınızı  döyüb, 




 

 

771 



 

məndən  gizlədirsiniz:  hind  padĢahı  Əkbər  qızıl  və 

sevgi 

paylaya-paylaya 



cahanın  ən  bacarıqlı 

nəqqaĢlarını  öz  ətrafına  yığır.  Artıq  məlum  oldu, 

burada,  Ġstanbulda  yox,  Ağradakı  nəqqaĢxanada 

Ġslamın  mininci  ili  üçün  baĢa  çatdırılan  kitabı 

yetiĢdirəcəyik». 

         «Özünü  çəkməkdən  ötrü  nəqqaĢ  sənin  kimi 

əvvəlcə qatilmi olmalıdı?» – Leylək soruĢdu. 

         «Ən qabiliyyətli, ən bacarıqlı olmaq bəs elər», 

– ona əhəmiyyət vermədən dilləndim. 

          Uzaqlarda  məğrur  bir  xoruz  iki  dəfə 

banlamıĢdı.  Boğçamı,  qızıllarımı  yığdım,  nümunə 

dəftərlərimi,  rəsmlərimi  cildbəndimə  qoydum. 

Ağlımdan  keçirdi  ki,  iti  ucunu  Qaranın  xirtdəyinə 

doğru  tutduğum  xəncərlə  onları  bir-bir  öldürə 

bilərəm, amma həm də lap Ģəyirdlik illərindən bəri 

birgə  olduğum  uĢaqlıq  yoldaĢlarımı,  gözümə  tuğ 

iynəsi soxan Leyləyi belə indi çox sevirdim. 

          Ayağa qalxan Kəpənəyi qıĢqıraraq, qorxudub 

yerində  oturtdum.  Bu,  mənə  təkkədən  sağ-salamat 

çıxa  biləcəyimə  inam  verəndə  tələsdim,  düz 

qapıdan  çıxanda  deməyi  nəzərdə  tutduğum  o 

dəbdəbəli sözü səbirsizliklə söylədim: 

          «Ġstanbuldan  bu  çıxmağım  Ġbn  ġakirin 

monqol  iĢğalı  altındakı  Bağdaddan  çıxmağına 

oxĢayacaq», – dedim.  



 

 

772 



 

          «Onda  Doğuya  yox,  Batıya  getməlisən»,  – 

Leylək qısqanclıqla dedi. 

«Doğu  da,  Batı  da  Allahındı»,  –  rəhmətlik  ƏniĢtə 

kimi ərəbcə dedim. 

          «Amma Doğu doğuda, Batı batıdadı», – Qara 

dedi. 


          «NəqqaĢ  özünü  dartmamalıdı»,  –  Kəpənək 

dedi.  «Doğunun  və  Batının  dərdini  çəkməkdənsə, 

yalnız içindən gəldiyi kimi nəqĢ eləməlisən».  

          «Bu  çox  doğru  sözdü»,  –  sevgili  Kəpənəyə 

dedim. «Səni öpmək istədim». 

           Amma  ona  doğru iki  addım  atmamıĢdım  ki, 

Qara  özünü  göstərən  tərzdə  üstümə  atıldı.  Bir 

əlimdə  içi  camaĢır  və  qızıl  dolu  boğçam, 

qoltuğumun  altında  da  da  rəsmlərlə  dolu  cildbənd 

vardı.  Onları  qorumaq  istəyəndə  ehtiyatı  əldən 

verdim.  Xəncər  tutan  qolumu  ələ  keçirdi.  Ancaq 

onun  da  bəxti  gətirmədi,  ayağı  rəhləyə  iliĢdiyinə 

görə bir  anlığa  müvazinətini itirəndə qolumu  tutan 

əli  boĢaldı.  Bir  yandan  var  gücümlə  təpikləyə-

təpikləyə  barmaqlarını  diĢləyib  onu  silkələdim. 

Canı  ağrıdığına  görə  uladı.  Bu  dəfə  əzab  verib, 

ayağımı  əlinin  üstünə  basdım,  xəncəri  o  birilərə 

tutub qıĢqırdım: 

         «Oturun oturduğunuz yerdə!» 

         Oturdular. 

Xəncərin 

ucunu 


əfsanədə 

Keykavus  elədiyi  kimi,  Qaranın  burun  deĢiyinə 




 

 

773 



 

soxdum. 


Qanamağa 

baĢlayanda 

yalvaran 

gözlərindən acı yaĢlar axdı.  

         «Ġndi  de  görək,  –  soruĢdum,  –  mən  kor 

olacağammı?»  

         «Əfsanəyə  görə,  qan  bəzilərinin  gözündə 

laxtalanır,  bəzilərinin  gözündə  laxtalanmır.  Allah 

nəqĢindən məmnundusa, səni yanına aparmaq üçün 

öz  möhtəĢəm  qaranlığını  verəcək.  Onda  bu  səfil 

dünyanı  yox,  onun  gördüyü  misilsiz  mənzərələri 

görəcəksən.  Yox,  nəqĢindən  məmnun  deyilsə, 

indiki kimi görməyə davam eləyəcəksən».  

          «Mən  əsl nəqĢi  diyari-hinddə  çəkəcəyəm»,  – 

dedim. «Allahın məni ittiham eləyəcəyi rəsmi hələ 

çəkməmiĢəm».  

          «Firəng  üsullarından  qaçmağına  artıq  çox  da 

ümid  bəsləmə»,  –  dedi.  «Əkbər  xanın nəqqaĢlarını 

öz  rəsmlərini  imzalamağa  təĢviq  elədiyini 

bilirsənmi? Portəgizli iezuit keĢiĢləri firəng rəsm və 

üsullarını  ora  çoxdan  aparıblar.  Onlar  artıq  hər 

yerdədilər».  

          «HəmiĢə  saf  qalmaq  istəyənin  görməli  iĢi, 

qaçmalı yeri var», – dedim. 

          «Əlbəttə,  kor  olmaq  və  mövcud  olmayan 

ölkələrə qaçmaq», – Leylək dedi. 

          «Bütün  ömürləri  boyu  Ģəxsi  üslubları 

olmasına  görə  firəngləri  təqlid  eləyəcəklər»,  – 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə