27
Bizim Ġstanbul küçələrində sürülərlə, dəstələrlə
sərbəstcə gəzən itlər olmağımız, ağa – sahib
tanımadan lazım gələndə yol kəsməyimiz, kefimiz
istəyən isti guĢədə qıvrılıb, kölgəyə uzanıb mıĢıl-
mıĢıl
yatmağımız,
istədiyimiz
yerə
sıçıb,
istədiyimizi qapmağımız gavurların ağıllarına
sığıĢan Ģeylər deyil. Görəsən, bu səbəbdənmi
ərzurumlu heyranlarının Ġstanbul küçələrində
sədəqə üçün dua oxuna-oxuna itlərə ət atılmasına,
bunun üçün vəqflər qurulmasına qarĢı olduqları
barədə düĢünmədim. Əgər bunların niyyəti itlərə
düĢmənçilikdən baĢqa xüsusi gavurluq eləməkdisə,
it millətinə düĢmənçiliyin elə gavurluğun özü
olduğunu xatırladım. Həmin rəzillərin, ümidvaram
ki, uzaq olmayan edamları vaxtı cəllad dostlar –
bəzən ibrət olsun deyə elədikləri kimi – bizi də
parçalayıb yeməyə çağırarlar.
Axırda da deyək ki, bundan əvvəlki sahibim
çox ədalətli adam idi. Gecə soyuğuna çıxanda iĢi
bölüĢürdük. Mən hürməyə baĢlayan kimi o,
qurbanını boğazlayar, beləcə, hərifin fəryadı
eĢidilməzdi.
Əvəzində
də
cəzalandırdığı
günahkarları doğrayır, qaynadır, mənə verirdi,
yeyirdim. Mən çiy ət sevmirəm. Ərzurumlu vaizin
cəlladı, yəqin, inĢallah, artıq bu barədə də düĢünər,
o yaramazın ətini çiy-çiy yeyib mədəmi pozmaram.
30
4. MƏNƏ QATİL DEYƏCƏKLƏR
Mənə o ağlıkəmi öldürməzdən bir azca qabaq
belə kiminsə canını alacağımı desəydilər,
inanmazdım. Buna görə tutduğum iĢ bəzən üfüqdə
gözdən itən yad gəmi kimi məndən getdikcə
uzaqlaĢır. Bəzən özümü heç bir cinayət iĢlətməmiĢ
təki də hiss eləyirəm. Yazıq Zərif qardaĢımı heç
istəmədən gəbərtdiyimin üstündən dörd gün keçib,
vəziyyətə də indi-indi bir az alıĢmıĢam.
QarĢılaĢdığım
iyrənc
məsələni
adam
öldürmədən həll eləməyi çox istərdim, amma dərhal
da başqa bir yol olmadığını baĢa düĢdüm. ĠĢi elə
oradaca bitirdim; bütün məsuliyyəti üstümə
götürdüm. Bir ağılsızın iftirası üzündən bütün
nəqqaĢlar cəmiyyətinin təhlükəyə atılmasına izin
vermədim.
Bununla belə, qatilliyə alıĢmaq çətindi. Evdə
durammıram, küçəyə çıxıram, küçədə durammıram,
o birinə gedirəm, sonra o küçədən sonrakına
gedirəm, insanların üzlərinə baxdıqca görürəm ki,
əllərinə
hələ
cinayət
iĢlətmək
fürsəti
keçirmədiklərinə görə adamların çoxu özünü
günahsız hesab eləyir. Bu kiçik tale və qədər
məsələsi üzündən adamların çoxunun məndən daha
əxlaqlı, daha yaxĢı olduğuna inanmaq çətindi. Olsa-
olsa, hələ cinayət iĢlətmədikləri üçün bir az hələ
31
sadəlövh görkəmli olur, bütün səfehlər kimi yaxĢı
niyyətli görünürlər. Gözündə zəka iĢıltısı, üzündə
ruhundan boy verən kölgə gördüyüm hər kəsin gizli
qatil olduğunu baĢa düĢmək üçün o yazığı
öldürəndən sonra Ġstanbul küçələrində dörd gün
gəzməyim mənə bəs elədi. Təkcə səfehlər
günahsızdılar.
Bu axĢam, məsələn, Əsir bazarının
arxasındakı qəhvəxanada isti qəhvəmlə qızınır,
arxadakı it rəsminə baxıb, itin danıĢdıqlarına
hamıyla birgə özümü unudub güləndə yanımda
oturan bir hərifin də mənimtək qatil olduğu hissi
içimi bürüdü. O da mənim kimi məddaha gülə
bilərdi, amma qolunun mənim qolumun böyründə
məhrəm-məhrəm durmasındanmı, fincanı tutan
titrək barmaqlarının rahatsızlığındanmı, nədənsə
bilmirəm, onun da mənim soyumdan olduğu
qərarına gəldim və birdən dönüb üzünə dik-dik
baxdım. Dərhal qorxdu, sifəti qıpqırmızı qızardı.
Qəhvə dağılanda bir tanıĢı onun qoluna girdi:
«Artıq Nüsrət Xocanın tərəfdarları bura
basqın eləyir», – dedi.
Həmin adamı qaĢ-göz iĢarəsiylə susdurdu.
Onların qorxusu mənə də sirayət elədi. Kimsə
kimsəyə
etibar
eləmir,
hamı
hər
an
qarĢısındakından alçaqlıq gözləyir.
32
Hava daha da soyumuĢ, küçələrin künc-
bucağında, divar diblərində əməlli-baĢlı qalın qar
qalmıĢdı. Zil qaranlıqda bədənim dar küçələri hiss
eləyə-eləyə yolunu tapır. Bəzən də pərdələri kip
çəkili, pəncərələri qapqara taxtayla örtülü evlərin
bir yerindən içəridə hələ yanan qəndilin solğun iĢığı
eĢiyə sızıb, qarda bərq vurur, çox vaxtsa heç bir
iĢıq, heç bir Ģey görə bilmirəm. Gözətçilərin
dəyənəklərini daĢlara vurmasına, qəzəbli it
sürülərinin ulamasına, evlərin içindən gələn
iniltilərə qulaq verib yolumu tapıram. Bəzən
gecəyarısı Ģəhərin dar və qorxulu küçələri qarın
sanki öz içindən sızan möcüzəli iĢıqla iĢıqlanır,
mənə elə gəlir ki, qaranlıqda, xarabalıqlar və
ağaclar arasında yüz illərdir Ġstanbulu bənzərsiz
eləyən qarabasmaları görürəm. Bəzən də evlərin
içindən bədbəxtlərin uğultusu gəlir; ya xırhaxırla
öskürür, ya burunlarını çəkir, ya yuxularında
ağlayır, qıĢqırıb-bağırırlar, ya da böyürlərindəki
uĢaqlar
ağlayanda
ər-arvadlar
bir-birilərini
boğazlamağa giriĢirlər.
Qatil olmamıĢdan qabaqkı xoĢbəxt həyatımı
xatırlamaq, nəĢələnmək üçün bir-iki axĢam bu
qəhvəxanada məddahı dinləməyə gəldim. Bütün
ömrümü birgə keçirdiyim nəqqaĢ qardaĢlarımın
çoxu hər axĢam bura gəlirlər. Ta uĢaqlıqdan bəri
birgə nəqĢ elədiyimiz bir ağlıkəmə qıyandan bəri
Dostları ilə paylaş: |