P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə94/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   90   91   92   93   94   95   96   97   ...   103

339 
 
İstinadla  kifayətlənib,  məzmuna  diqqət  yetirmək  –  bu  ki 
tədqiqatçı  alimlərimizin  rədd  etdikləri  qəribəliklərə  qapı 
açmaqdır! 
Yuxarıda  dərc  etdiyimiz  fitvadan  məlum  olur  ki,  hər  şey-                
dən  qabaq  Quranı  dəlil  seçmək  lazımdır.  Onu  da  dedik  ki,            
əqidə  mövzularında  “ahad”  hədislər  təkbaşına  dəlil  rolunu 
oynaya  bilmir.  
Bir  şeyi  tövsiyə  edək  ki,  Quranı  düşünərək  oxuyub,  on-                
dakı  məlumatları  uzun-uzadı  təhlil  etməklə  yanaşı,  hədisləri                
də  ayələr  kontekstində  araşdırmaq  lazımdır.  
O  kəslər  ki,  ayələrin  üstündən  ötəri  keçir,  bəzi  hədislərdə                
isə  dərinə  dalırlar,  onların  bu  yanaşması  qəbuledilməzdir. 
Quran  qarşısında  kor,  hədislər  qarşısında  isə  dirigözlü  ol-             
maq  doğru  deyildir.  Bəzilərinin  ağzından  çıxmış  belə  bir                 
iyrənc  söz  eşitmişdim:  “Quranın  hədislərə  ehtiyacı  hədislə-                 
rin  Qurana  ehtiyacından  daha  çoxdur”...  Bax  buna  deyərlər 
tərəflərin  yerini  səhv  salmaq! 
Biz  həm  Qurana,  həm  də  hədislərə  (Sünnəyə)  inanırıq. 
İnanırıq  ki,  Quran  kökdür,  Sünnə  –  budaq  (və  ya:  Quran             
əsasdır,  Sünnə  ikinci  dərəcəlidir)!  Biz  əmin  olmalıyıq  ki,  bu                      
və  ya  digər  hədis  Peyğəmbərin  dilindən  səslənib,  ya  yox!                   
Bunu  da  ki  həm  istinadı,  həm  də  məzmunu  birlikdə  götür-             
məklə  müəyyən  etmək  mümkündür... 
Elmdə  söz  sahibi  alimlərin,  mötəbər  kişilərin  yolu  məhz 
budur!  Bu  yoldan  qeyrisinə  etibar  edilməz!  
İslam  elmləri  bir  dəryadır:  həqiqətlərə  əsaslandıqda  möh- 
təşəm  mədəniyyət  yaratmışdır;  xurafat  və  xülyalar  onu  çul-              


340 
 
ğayıb  “dayazlatdığı”  zaman  ümmət  də  əldən  getmiş,  mədəniy-   
yəti də!  
Peyğəmbərin  ailəsinə  axirət  cəzasını,  qəbir  mükafatı  və             
əzabını  xatırlatmış(!)  yəhudi  qadının  əhvalatına  qayıdaq.  Sən 
demə,  Peyğəmbər  bundan  qabaq  heç  nə  bilmirmiş!!! 
Görəsən,  yəhudi  qadın  bunu  haradan  öyrənmişdi?  Mu-               
sanın  Əhdi-ətiqdəki  Beş  Kitabındanmı?  Söhbət  Tövratdan             
gedir.  Tövratda  isə  cənnət  və  cəhənnəm,  savab  və  cəzalan-             
dırma  haqda  heç  nə  deyilmir! 
Tövrat  dünya  həyatını  amal  bilib,  başqalarından  seçilməyi 
düşünən  bir  xalqın  maddiyyat  kitabına  çevrilib. 
Bu  xalq  xeyir  işləməklə,  şərdən  əl  çəkməklə  axirət  həyatı-                 
na  can  atmır,  savabın  da,  cəzalandırılmanın  da,  az  qalsın  ki,                  
bu  dünyada  olduğuna  inanır! 
Yəhudilər axirətə o qədər də can atmayan xalqdır. 
Düzdür,  bəzi  “kitablar”da  (Musanın  Beş  Kitabından  söh-                
bət  gedir  –  mütərcim)  cənnət,  cəhənnəm,  ruhlar  aləmi  haq-                 
da  cüzi  məlumat  vardır.  Amma,  dediyimiz  kimi,  bu  məlumat               
çox  cüzidir... 
Bu  səbəbdən  mən  qəbir  mükafatı  və  əzabı  haqda  deyilən-             
lərin  bu  yəhudi  qadının  ağzından  çıxdığına  şübhə  edirəm... 
Məlum  hədis  məna  baxımından  Qurana  və  “mənaca  mü-
təvatir”  adlandırıla  biləcək  hədislərə  ziddir. 
Həmçinin,  bu  hədisin  bir  yəhudi  qadın  tərəfindən  rəva-                    
yət  edilməsi  Böyük  Səhradan  suyun  axıb-keçməsinə  oxşayır,                     
–  bu  ki  xariqüladə  şeydir!  Buna  baxmayaraq,  hələ  bir  de-                   
yirlər:  “Hədisin  istinadı  Buxari  və  Müslimin  səhihlik  şərt-              


341 
 
lərinə  görə  səhihdir.  Amma  onlar  bu  hədisi  rəvayət  etməyib-              
lər”. 
Buxari  və  tələbəsi  Müslim  bu  hədisi  rəvayət  etməyəcək                
qədər  ağıllı  adamlar  olmuşlar.  Məzmun  ziddiyyətlidirsə,  sə-                
hih  istinad  heç  bir  işə  yaramır... 
Xülasə,  Sünnə  Quranın  açıqlamasıdır,  ondakı  yaxın  və                    
uzaq  mənalarla  səsləşən  açıqlamadır!  Elə  isə  hədislərin  Qu-              
rana  zidd  məzmun  daşımağı,  əks  hökm  ifadə  etməyi  qeyri-
mümkündür.  
 
 


342 
 
 
 
Onuncu fəsil 
ƏRƏB DİLİ VƏ ƏDƏBİYYATININ GƏLƏCƏYİ 
 
 
Son  əsrlərdə  islam  coğrafiyasına  hücum  çəkmiş  səlibçi 
müstəmləkəçiliyin  planları  hamıya  məlumdur.  
Bu  müstəmləkəçiliyin  ən  mühüm  və  açıq-aşkar  məqsədi 
müsəlmanların  dini  kimliyini  (şəxsiyyətini)  yox  etmək,  onları 
ərəb  dilinə  bağlayan  “ip”ləri  tədricən  kəsmək  idi.  Hər  hansı                  
bir  toplumda  islam  və  ərəb  dili  ortadan  qaldırılarsa,  o  top-            
lumu  əsarət  altına  almaq  üçün  o  qədər  də  zəhmət  çəkmək             
lazım  gəlməyəcəkdir.  
İmanı  və  dilindən,  yaxud  da  mənəvi-linqvistik  prinsiplərin- 
dən  məhrum  qalmış  bir  insanı  “itirilmişlər”  siyahısına  yaza 
bilərik.  Amma  müstəmləkəçiləri  heç  bu  da  qane  etmir;  onlar             
əsla  dayanmayacaqlar! 
Müstəmləkəçilər  belə  insanları  növbəti  nəslin  yetişdirilmə-
sində  “gübrə”  sayırlar.  O  nəslin  ki,  başqa  əqidəyə  qulluq              
edəcək,  fərqli  adətlərlə  yaşayacaqdır.  Bu  prosesi  biz  hey-            
vanların  artıqlarına  da  oxşada  bilərik.  Belə  ki,  peyin  torpağa 
çevrilir  və  bu  torpaqda  yaxın  və  uzaq  keçmişi  ilə  əlaqəsi  kə-             
silmiş  canlı  orqanizmlər  yetişir... 
Bu  məkrli  müstəmləkəçiliyin  planlaşdırdığı  siyasət  heyrət 
doğurur:  ingilis  Spenks  Paşa  Misir  ordusuna  komandan  təyin 
olunur;  ingilis  Rassel  Paşaya  Qahirə  polisi  idarəsinin  şefi            


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə