Paralel. –
2019. – 26 dekabr. - № 267-268. – S. 14.
Azərbaycançılıq və multikulturalizm
Hüseynova Sevda Fuad qızı,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi
Azərbaycançılıq İdeyası - Azərbaycan xalqının siyasi, iqtisadi, sosial və mədəni yüksəlişinə yönələn bir
ideyadır. Bu ideyanın əsasında Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi durur. Azərbaycan xalqının
milli azadlıq uğrunda mübarizəsi tarixi Azərbaycançılıq ideyasının formalaşması prosesi ilə bağlıdır. Bu proses
XIX əsrin ikinci yarısında başlamışdır. Məlum olduğu kimi, o vaxt Azərbaycan Çar Rusiyasının bir əyaləti idi.
Çar Rusiyasının millətlərarası münasibətlər siyasəti milli azlıqların ruslaşdırılması, diskriminasiyası və
istismarına əsaslanırdı. Qeyd olunan vaxt Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi Azərbaycançılıq
ideyasının formalaşmasının əsas hərəkətverici qüvvəsi idi.
XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycan ədəbiyyatının, incəsənətinin və maarifçilik hərəkatının
görkəmli xadimləri “mədəni Azərbaycançılıq” hərəkatına başçılıq edirdilər. Onlar Mirzə Fətəli Axundzadənin
başladığı ənənəni davam etdirərək dini fanatizmi, xalqın inkişafına mane olan köhnə adət-ənənələri tənqid edir,
xalqı elmə və təhsilə yiyələnməyə çağırırdılar. O zamankı Azərbaycançılıq ideyasının nəzəri əsasını üç inkişaf
istiqamətinin birliyi təşkil edirdi:- türkləşmək, islamlaşmaq və müasirləşmək. Bu ideyanı ilk dəfə Əli bəy
Hüseynzadə “Həyat” jurnalında 1905-ci ildə irəli sürmüşdür. Sonradan bu ideya Azərbaycan Demokratik
Respublikasının rəsmi doktrinasına çevrildi və öz əksini onun üçrəngli bayrağında tapdı. Siyasi Azərbaycançılıq
ideyası mühüm transformasiyaya uğradı. Belə ki,1918-ci ilədək bu ideyanın tərəfdarları federativizm mövqeyində
durur və Azərbaycan ilə Rusiya arasında siyasi münasibətlərin federativizm prinsiplərinə əsaslanmasını
istəyirdilər. Lakin 1918-ci il Mart qırğınlarından sonra onlar federativizm mövqeyindən imtina etdilər:
Azərbaycançılıq ideyasını Azərbaycanın siyasi müstəqilliyinin əldə olunmasına yönəltdilər.
Müasir dövrdə Azərbaycan xalqının milli azadlıq hərəkatının bir kütləvi hərəkat kimi meydana çıxmasında
Dağlıq Qarabağ problemi müstəsna rol oynamışdır. Azərbaycan xalqı böyük milli azadlıq hərəkatının əsas
məqsədini Dağlıq Qarabağ probleminin həll olunmasında görürdü. Əbdulrrəhman Vəzirovun, Ayaz Mütəllibov
və Əbülfəz Elçibəyin xalqın təkidi ilə hakimiyyətdən getmələrinin əsas səbəblərindən biri məhz onların
Azərbaycanın ərazi bütövlüyünü qoruya bilmədikləri olmuşdur. Azərbaycan xalqı ölkənin ərazi bütövlüyünü
təmin edə biləcək və ümumiyyətlə müasir dövrdə Azərbaycanı bu durumdan çıxara biləcək yeganə şəxs kimi
Ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi
Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının
gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına
nail olmuşdur.
Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycançılıq ideyasının
inkişafına, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinə güclü təsir göstərdi. Belə ki, Ümummilli lider
Heydər Əliyev Azərbaycançılıq ideyasını əsas tutaraq onun bütün sahələrdə inkişafını təmin etdi. Ümummilli
lider Heydər Əliyev ilk dəfə olaraq multikulturalizmi Azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi.
Akademik Ramiz Mehdiyev “Qlobal transformasiyalar dövründə Azərbaycanın milli ideyası” adlı
kitabında 1828-ci ildən müasir dövrədək Azərbaycanın milli ideyasının meydana gəlməsinin və formalaşmasının
tarixində səkkiz mərhələnin olduğunu göstərir. Hər bir mərhələnin başlanğıcını mühüm bir tarixi hadisə təşkil
edir. Azərbaycanın milli ideyasının formalaşması tarixinin yeddinci mərhələsi 1993-2003-cü illəri Ümummilli
lider Heydər Əliyevin hakimiyyəti illərini əhatə edir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan milli
ideyasının formalaşması sahəsində gördüyü işi yüksək qiymətləndirən akademik Ramiz Mehdiyev yazır: