ُمُهَلَرَفْغَـتْساَو َهّللاْاوُرَفْغَـتْساَف َكوُؤآَج ْمُهَسُفنَأْاوُمَلَّظذِإ ْمُهَّـنَأْوَلَو
اًميِحَّر اًباَّوَـت َهّللاْاوُدَجَوَل ُلوُسَّرلا
“(Ey Peyğəmbər!) Əgər onlar özlərinə
zülm (günah) etdikləri zaman sənin yanına
gəlib Allahdan bağışlanmaq istəsəydilər və
Peyğəmbər də onlar üçün istiğfar etsəydi,
Allahın tövbəni qəbul edən, rəhmli
olduğunu mütləq bilərdilər.”
Qərib ərəb sonra dedi: “Ey Peyğəmbər! Bura
gəlmişəm ki, günahlarımın bağışlanmasını
Allahdan istəyəsən, səni Allah dərgahında şəfaətçi
edirəm.” Sonra göz yaşı axıdaraq bu şeiri oxudu:
“Ey bu yerdə dəfn olunanların ən xeyirlisi! Sənin
ətrindən təpələr və yamaclar xoş iyli olubdur.
Sənin sakin olduğun qəbirə canım fəda olsun!
Orada iffət, səxavət və kərəm dəfn olunubdur.”
1
(Bu şeirləri oxuyandan sonra istiğfar edərək qalxıb
getdi.) Bu ərəb pak fitrətlə, saf zehinlə Peyğəmbərin
(s) qəbrinin ziyarətinin məfhumunu dərk edib,
varlıq aləminin əzizinin ziyarətinə tələsmişdi.
Qohum-əqrəbanın, alimlərin, haqq yolunun
şəhidlərinin və din rəhbərlərinin ziyarətinin
tərbiyəvi və ictimai fəlsəfəsi budur. Ağıl, nəql və
məntiq də buna şahiddir.
1. Sünnü alimi Dar Qutni sənədli şəkildə
Abdullah ibni Ömərdən nəql edir ki,
Peyğəmbər (s) buyurmuşdur:
يِتَعاَفَش ُهَل ْتَبَجَو يِرْبَـق َراَز ْنَم
“Hər kəs mənim qəbrimi ziyarət edərsə,
1- Dar Qutni, Sünən, cild: 2, səh.278, hədis 192
mənim şəfaətim ona vacibdir.”
2
2. Sünnü alimi Təbərani “Möcəmul-kəbir”
kitabında və Qəzzali “Ehyaul-ülum” kitabında
nəql edirlər ki, Abdullah ibni Ömər deyir:
Peyğəmbər (s) buyurdu:
ْنَا َّيَلَع اًّقَح َناَك يِتَراَيِز َّلاِا ٌةَجاَح ُهُلِمْحَت َلا اًرِئاَز يِنَئاَج ْنَم
ِةَماَيِقْلا َمْوَـي اًعيِفَش ُهَل َنوُكَا
“Hər kəs başqa hacət üçün yox, yalnız
məni ziyarət etmək üçün ziyarətimə
gələrsə, Qiyamət günü ona şəfaətçi olmaq
mənə vacibdir.”
3
3. Dar Qutni, Abdullah ibni Ömərdən nəql
edir ki, Peyğəmbər (s) belə buyurmuşdur:
ِتاَيَح ِف ِنَراَز اََّنَأَكَف ِتاَفَو َدْعَـب يِْبَـق َراَزَـف َّجَح ْنَم
“Hər kəs həcc ziyarətindən sonra mənim
qəbrimi ziyarət edərsə, sanki sağlığımda
olduğum vaxt ziyarət etmişdir.”
4. Dar Qutni Abdullah ibni Ömərdən nəql
edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)
buyurmuşdur:
يِتاَيَح يِف يِنَراَز اَمَّنَأَكَف يِتْوَم َدْعَـب يِنَراَز ْنَم
“Hər kəs məni, vəfatımdan sonra ziyarət
edərsə, sanki məni sağlığımda ziyarət
etmişdir.”
4
Allah bizləri Peyğəmbərin (s) şəfaət və
ziyarətindən məhrum etməsin.
2- Vəfaul-vəfa, cild 4, səh. 1361, Əd-dürərüs-səniyyə, səh. 2
3- Dar Qutni, Əs-sünən, cild 2, səh. 278, hədis 194
4- Şəfaus-siqam, 12-16, Vəfaul-vəfa, 4-1340
Hörmətli Peyğəmbərimiz həzrət Məhəmməd
ibni Əbdillahın (s), yaxud onun pak, məsum
canişinlərinin hərəmində olmaq və onları
ziyarət etmək, ümmətin hidayəti yolunda
zəhmət və fədakarlıqlara qatlaşdıqları üçün
onlara təşəkkür və hörmətdən əlavə, bir növ
beyət hökmünü də daşıyır.
İmam Rza (ə) öz söhbətlərinin birində
məsumların (ə) qəbirlərinin ziyarəti
barəsində belə buyurur:
ِماَمَت ْنِم َّنِاَو ِهِتَعيِشَو ِهئ اَيِلْوَا ِقُنُع يِف اًدْهَع ٍماَمِا ِّلُكِل َّنِا
ْمِهِروُبُـق َةَراَيِز ِدْهَعْلاِب ِءاَفَوْلا
“Hər bir İmamın öz dost və şiələrinin
boynunda bir əhdi (haqqı) vardır ki,
onların qəbirlərini ziyarət etmək bu əhdə
əməl etmək yolundan biridir.”
1
Həqiqətdə, Peyğəmbərin (s) və İmamların
(ə) qəbirlərini ziyarət edən şəxs onlarla əhd-
peyman bağlayır ki, həyatında onların yol və
hədəflərindən başqa bir hədəfin davamçısı
olmasın. Peyğəmbəri-Əkrəmin (s) hərəmini
ziyarət edən şəxs öz əməli ilə belə deyir: “Ey
Allahın Rəsulu! Əgər mühacir və ənsar sənin
peyğəmbərliyini müdafiə etmək üçün
“Hüdeybiyyə”də sənə beyət etdilərsə,
2
Məkkənin imanlı qadınları günah və şirkdən
uzaq olmaq barədə səninlə beyət etdilərsə,
3
1- Vəsailuş-şiə, cild: 10, səh.346, hədis 2
2- Fəth surəsi, ayə 118
3- Mümtəhinə surəsi, ayə:12
günahkar möminlərə, sənin hüzuruna gəlib
onların günahlarının bağışlanması üçün dua
etməyini istəmələri əmr olunmuşsa,
4
mən də
ey Rəsulullah, ey ümmətin şəfaətçisi! Sizin
ziyarətinizdə olmaqla və torpağınızı öpməklə
sizin məqsədlərinizi qorumağa dair beyət
edirəm. Beyət edirəm ki, günah əməldən və
şirkdən uzaq olum. Bu işin əvəzində sizdən
istəyirəm ki, Allah dərgahında günahlarımın
bağışlanmasını istəyəsiniz.”
Müqəddəs qəbirlərin ziyarəti səyahət ilə
tamamilə fərqlənir və tam başqa məqsəd
daşıyır. Səyahətçilərin tarixi abidə və
mənzərələri müşahidə etməkdə əsas
məqsədləri ləzzət almaq, xoş güzəranlıq və
əyləncədir (əgər “ləhv və ləib” (haram
işlərdən) uzaq olarsa, İslam da onunla müxalif
deyildir.) Lakin müqəddəs hərəmlərin
ziyarətçiləri öz istəklərinə çatmaq və onlarla
əhd-peymanı yeniləmək məqsədi ilə hər cür
çətinliklərə sinə gərirlər.
Tarixdə yazırlar: Peyğəmbərin (s) vəfatından
sonra bir ərəb Mədinəyə gəldi, o həzrətin
qəbrinin kənarında əyləşərək bu ayəni tilavət
etdi:
4-
Nisa surəsi, ayə 6
Peyğəmbərimiz
həzrət Məhəmmədin (s) ziyarəti
Ziyarət
20
21