Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə17/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   13   14   15   16   17   18   19   20   ...   63

 
51 
yadımdadır  ki,  bu  dəstələr  musiqi  sədaları  altında  bazarları  gəzir  və  sakitliyi 
qoruyurdu» (62, 534).  
Beləliklə,  İranda  ilk  polis  idarəsi  məhz  Azərbaycan  əncüməninin  əliylə 
Təbrizdə açıldı. Cəmiyyət bu orqanın daha  yaxşı idarə olunması üçün zabitlərin 
seçilməsinə və qanunların qəbul edilməsinə başladı. 
Polis  idarəsi  təşkilatının  qanunları  əmr  verən  tərəfindən  nizamlanan  gün 
cəmiyyətlə  müzakirə  edilir  və  polislərin  və  kəndxudaların,  gözətçilərin  maaşı 
barədə  söhbət  açılır.  Şəhər  başçısına  ayda  100  tümən  maaş  verilməsilə  çoxları 
razılaşır.  Şeyx  Səlim  deyirdi:  «Bunların  bəzisi  izafi  məvacib  xərclərinə  və 
dövlət  ənənələrinə  malikdir.  Belə  bir  təklif  verməzdən  əvvəl  şura  ilə  də 
məsləhətləşmək  lazımdır».  Başqa  nümayəndələr  inanırdılar  ki,  o  gün  polis 
işçilərinə  kifayət  qədər  maaş  verilməlidir  ki,  rüşvət  almasınlar.  Əks  təqdirdə 
ağır cəzaya məhkum edilməli və xidmətdən uzaqlaşdırılmalıdırlar. 
Xalq  tərəfindən  yaradılmış  polis  idarəsi  elə  xalqın  öz  əlində  idi.  Çünki 
axadlıqsevərlərin  və  inqilabçıların  əksəriyyəti  bu  orqanla  həmkarlıqlarını  elan 
etdilər.  Cəmiyyət  də  çalışırdı  ki,  polis  idarəsinin  mənsəb  sahiblərini 
mücahidlərin  arasından  seçsin.  Təbrizdəki  polis  idarəsinin  məsul  şəxsləri  kimi 
tanınmış  inqilabçılardan  Əmir  Həşəmətin  adlı-sanlı  mücahidlərindən  Əli 
Müsyonun  oğlu  Hacı  xan  rusların  Təbrizə  hücumu  zamanı  polis  rəisi  idi. 
Mücahidlər  adlı  dəstənin  rəhbəri  və  Təbrizin  dövlət  qüvvüləriylə  11  aylıq 
müharibəsində  mühüm  strateji  planın  sahibi  Məhəmməd  Əli  xan  Natiq  bir 
müddət bazar polisi başçısı vəzifəsində çalışmışdı. 
Biz artıq İranın ilk polis idarəsinin tarixçəsi ilə müxtəsər olsa tanış olduq. 
Bu polis idarəsinin mətbu orqanı «Nəzmiyyeyi Təbriz» adlı qəzet idi. Bu nəşrin 
ən mühüm cəhəti onun xalqa məxsusluğu və xalqla daimi ünsiyyəti idi.  
Edvard  Braun  «İran  mətbuatı  və  ədəbiyyatı  tarixi»  kitabında  bu  qəzet 
haqqındakı təəssüratlarını belə bölüşür: «Bu təsvirli qəzet həftəlik olaraq (1326 
h.q.)  və  ya  (1908  –09)  tarixində  Mahmud  İskəndaninin  rəhbərliyi  ilə  Təbrizdə 
nəşr olunurdu. İlk nömrəsində polis  rəisi İclal Əlmülkün  şəkli var idi.  
 


 
52 
Ġslamiyyə I 
1906-cı  ildə  (h.q.  1324)  Təbrizdə  nəşr  edilən  bu  qəzetin  redaktoru  Mirzə 
Əbülqasım  Ziyalü-üləma  Təbrizi  idi.  O,  Şəmsil-üləmanın  oğlu  idi.  Təbrizdə  
böyük və ziyalı ailə olan Mirzə  Əbülqasım şəhərin ilk məşrutəçilərindən olub, 
İngiltərə  konsulluğuna  toplanan  ziyalıların  məşrutə  elan  edilməsini  və 
M.Mirzənin imzasını tələb edən şəxslərdən idi.  O kamil təhsilə malik, fransız, 
rus dilləri ilə tanışlığı olan vətənpərvər bir şəxs və ictimai xadim Məm  mədəli 
Tərbiyətin yaxın dostu idi. 
İslamiyyə  qəzetinin  təsis  edilməsi  fikri  İngiltərə  konsulluğundakı 
toplantıda qəzet nəşri barədə söhbət gedərkən ortaya çıxmışdı. 
Mərhum  Ziyaül  üləma  özünü,  demək  olar  ki,  tamamilə  altıillik  məşrutə 
dövrünə  həsr  etmiş,  millətə  xidmət  göstərilmişdir.  Uzun  müddət  Təbriz  maarif 
cəmiyyətinin  üzvü  inqilab  zamanı  ədliyyə  naziri  son  dövrlərdə  isə  appelyasiya 
məhkəməsinin  rəhbəri  olmuşdur.  Milyonlarla  azadlıq  aşiqini  irticalara  qarşı 
apardığı  mübarizə  şəxsən  iştirak  etmişdir.  Bədbəxtlikdən,  Təbrizdə  çoxsaylı 
axadlıq  aşiqinin  kütləvi  qətliylə  nəticələnən  çar  Rusiyasının  dəhşətli    təcavüzü 
zamanı, yəni 1912-ci ildə onu 7 nəfər yoldaşı ilə birgə asırlar (60, 78). 
 
«ƏNCÜMƏN» QƏZETĠ 
 
Təbrizdə  Məşrutə  qanunu  elan  edildikdən  sonra  çıxan  1-ci  mətbu  orqanı 
«Ruznaməyi-milli»  («Milli  qəzet»)  olub.  Bir  müddət  sonra  bu  ad  da  dəyişilib 
«Cəridəyi-milli»  adı  ilə  çıxdı.  Qəzet  38  sayından  «Azərbaycan  əyalət 
əncüməni»nin  rəsmi  orqanı  kimi  fəaliyyət  göstərərək  «Əncümən»  adı  ilə 
yayıldı. 
Qəzet  1906-cı  ildə  oktyabr  ayının  19-da  Təbrizdə  Mirzə  Əli  Əkbər 
Vəkilinin  redaktorluğu  ilə  nəşr  olunub.  İlk  illərdə  həftədə  2  dəfə,  Mahmud 
Qənizadənin redaktoru olduğu illərdə isə həftədə 3 dəfə çap olunub. 
Qəzetin  adının  altında  bu  sözlər  yazılırdı:  «Xalqın  və  tacirlərin  istəyi 
üzərinə bu qəzet çox sadə bir dildə yazılır».  


 
53 
Qəzetin  titul  səhifəsində  XI-XIV  əsrdə  Azərbaycanın  Atabəylər  dövlətinə 
mənsub olan sonralar isə Qacarların rəsmi embleminə çevrilən Şir və günəş əks 
olunmuşdu. 
Qəzetin  nəşri  1911-ci  ilədək  davam  etmişdir.  Qeyd  etmək  lazımdır  ki, 
«Əncümən»  Məşrutə  inqilabı  dövründə  işıq  üzü  görən  ilk  milli  orqan  idi. 
Bununla  yanaşı,  o  dövrdə  qəbul  olunmuş  İran  və  Cənubi  Azərbaycan  mətbu 
orqanlarına  tətbiq  edilən  qaydalardan  yan  keçərək,  yəni  Mətbuat  Nazirliyinin 
icazəsi  olmadan  nəşrə  başlamışdı.  Bu  qəzet  o  dövrdə  İranda  azad  mətbuat 
anlayışının  ilk  qaranquşu  idi.  Qəzet  əsasən  Əncümənin  və  Milli  məclisin 
müdafiə  etdiyi  müzakirə  və  qərarları,  həmçinin  konstitusiyanın  həyata 
keçirilməsi ilə bağlı xalqın tələblərini ardıcıl şərh və çap edirdi. Bununla yanaşı 
qəzetdə  müxtəlif  şəhərlərdən  konstitusiyanın  qaydalarını  kobudcasına    pozan 
ünsürlərin əməllərini ifşa edən etiraz məktublarına yer ayrılırdı. 
Qəzet çarizmin və İngiltərənin İrana qarşı hərbi-siyasi müdaxilə planlarını 
aşkara çıxarmağı və xüsusilə 1907-ci il ingilis-rus sazişinin müstəmləkəçilik və 
işğalçılıq 
məqsədlərini 
açıb 
göstərməklə 
antiimperialist 
hərəkatın 
qüvvətlənməsinə  böyük  xidmət  göstərirdi.  Bu  cəhətdən  qəzetin  siyasi  şərhləri 
çox  təsirli  idi:  «İngiltərə  və  Rusiya  dövlətinin  bu  miüadəni  bağlamaqdan...  əsl 
məqsədlərini işğalçılıq müstəmləkəçilik, özlərinin siyasi, eyni zamanda iqtisadi-
ticarət mənafelərini təmin etməkdədir» (8, 246). 
Məşrutədən  sonra  ortaya  çıxan  əyalət  və  vilayət  əncümənləri  arasında  ən 
önəmli  və  güclü  mövqeyə  sahib  olan  «Təbriz  milli  əncüməni»  orqanı  olaraq 
yayınlanan, yalnız Təbriz və Azərbaycanda deyil, İranın hər tərəfində özəlliklə 
də Tehranda cərəyan edən Məşrutə xəbərlərini ehtiva etdiyindən çox önəmli bir 
yerə  sahibdi.  Məmmədrza  Heyət  qəzetdə  Azərbaycan  türkcəsinin  durumu  ilə 
bağlı  yazırdı:  Qəzetin  bəzi  saylarında  çıxan  bir  neçə  şeir  istisna  olmaqla 
tamamilə  farsca  nəşr  olunurdu.  Amma  qəzetə  verilən  elan  və  xəbərləri  nəzərə 
alsaq bəzi hallarda türkcə olurdu» (108, 1384, №138-139, 31). 
Tədqiqatçı M.Heyət «Əncümən» qəzetinin saylarını araşdıraraq ona ayrıca 
məqalə həsr etmişdir. Aşağıda cüzi dəyişikliklə onu təqdim edirik. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə