8
Tehrana hakimiyyət başına gələndə vəziri Tağı xanı İran hərbi qüvvələrinin baş
komandanı və özünün birinci naziri təyin edir. Tutduğu vəzifəyə görə, əmir-
nizam ləqəbi sonralar ölkədə apardığı mütərəqqi islahatlardan sonra Əmir
Kəbirlə əvəzlənir.
Tarixçi-alim F.Adamiyyət qeyd edir ki, onun şəxsi təşəbbüsləri nəticəsind ə
İranda ilk xəstəxəna yaradılmış, ilk dəfə olaraq dövlət büdcəsi tərtib olunub,
maliyyə və vergi işlərində islahatlar aparılmışdı. O dəmir yolu çəkdirmək
işləmiş, sənaye sahəsində böyük işlər görmüşdü. Toxuculuq fabrikləri və bir
sıra zavodlar onun şəxsi səyi ilə təsis olunmuşdu. O ölkənin mədənlərini işə
salmaq, əkinçiliyi inkişaf etdirmək və s. məsələlərlə bağlı mütəxəssislər
hazırlamaq məqsədilə Moskva və Peterburq şəhərlərində olan sənaye
mərkəzlərinə onlarla tələbə göndərmişdi. O ruhanilərin hökumət işlərinə
qarışmasını məhdudlaşdırmaq istəyirdi.
Təbrizdə hərbi-siyasi fəaliyyəti illərində (1829-1848) Mirzə Tağı dəqiq
elmlərə aid tərcümə və nəşrə təşəbbüs göstərir. F.Adamiyyət Əmir Kəbirin baş
nazir olduğu illərdə yeni elmlərə aid müxtəlif kitabların çap olunub,
yayılmasına böyük rəğbət göstərdiyini və səylə çalışdığını, bir çox kitabların
onun fərmanı ilə yazılıb çap edildiyini yazır (57, 45).
Bu kitabların içərisində vaxtilə vəliəhd Abbas Mirzənin sərəncamı ilə
tərcümə edilib və 1846-47-ci illərdə çap olunmuş «Böyük Pyotrun tarixi»
(1846), «XII Karl» (1847), «Böyük İskəndər» kitabları kimi tarixi kitablar,
Sədinin «Gülüstan»ı, Firdovsinin «Şahnamə»si, Xosrov Nasirinin «Divan»ı
kimi Şərq poeziyası nümunələri var idi. Dahi Azərbaycan şairi M.Füzulinin
«Divan»ı ilk dəfə 1850-ci ildə Təbrizdə nəşr olunur. Bundan başqa 1852-ci ildə
XIX əsr Azərbaycan şairi Nəbatinin, 1855-ci ildə XVI əsrin məşhur din xadimi
Ə.F.Ərdəbilinin yazdığı «Əqideyi-İslam» adlı dini-tarixi əsərinin çap olunması
ilə Azərbaycan dilində nəşr olunan kitabların əsası qoyulur.
Artıq XIX əsrin II yarısında Azərbaycanda çoxlu çapxanalar mövcud
olmasına baxmayaraq, onlar Avropa ölkələrindəki mətbəələrdən texniki
baxımdan çox geri qalırdı. Əl əməyi ilə işləyən litoqrafiya çapxanalarının
9
çoxunun avadanlığı köhnəlmişdi. Çap dəzgahlarında çap olunan məhsulun tirajı
yüksək olanda (adətən tiraj 500-600-dən çox olmurdu) onun keyfiyyəti çox pis
olurdu, mətn çətin oxunurdu.
Təsadüfi deyil ki, Eduard Braun özünün 1914-cü ildə çapdan çıxmış
məşhur kitabında aşağıdakıları yazırdı: «İran mətbuat tarixi ilə bağlı çox qəribə
hallardan biri o idi ki, mətbəənin İranda çox erkən yaranmasına baxmayaraq, o
çox qısa müddətdən sonra «dəbdən» düşdü». Uzun müddət çap işi litoqrafiya
üsulu ilə aparıldı. Bu hal XIX əsrin 70-ci illərinə qədər davam etdi. (4,6)
E.Braunun bu fikri ilə razılaşmamaq mümkün deyil. Və onun İran mətbuat
tarixindəki qəribə saydığı halın səbəbi yəqin ki, əsrin əvvəlində Abbas Mirzənin
təməlini qoyduğu ölkəyə gətirdiyi çap dəzgahı avadanlıqlarının çoxunun
köhnəlməsi, gücdən düşməsi ölkəyə yeni texturanın gətirilməməsi ilə bağlı idi.
1871-ci ildə Nəsrəddin şahın göstərişi ilə İranda çap və tərcümə işlərini
mərkəzləşdirən «Mətbuat və tərcümə evi» yaradılır. Oraya onun təşəbbüskarı
Məhəmmədhəsən xan rəhbərlik etməyə başlayır. Artıq 70-ci illərin sonu 80-ci
illərin əvvəllərində, İranda və Azərbaycanda kitab çapının yeni mərhələsi
başlanır. Nəşriyyat işində, istər kitabların, istərsə də mətbuat nümunələrinin,
həm texniki cəhətdən, həm də məzmun baxımından keyfiyyəti dəyişib, müasir
dövrün tələblərinə uyğunlaşırdı.
Bu dönüşü doğuran amillər, yaranmaqda olan burjuaziya ziyalılarının
maarifçi fəaliyyətlərinin qüvvətlənməsi, habelə Qəriblə, ilk növbədə Rusiya ilə
mədəni əlaqələrin genişlənməsi idi.
1851-ci ildə Tehranda Avropa tipli ilk darülfününyu (universitetinin) əsası
qoyulur. O, hərbi iş, tibb, musiqi və digər sahələr üzrə mütəxəssislər, məmur və
dünyəvi məktəb müəllimləri hazırlamalı idi. Bu mərkəzdə dərs demək üçün
müəllimlər əsasən Avropadan dəvət edilmişdilər. Bunun üçün dövlət
büdcəsindən xeyli pul vəsaiti ayrılmışdı. Təbrizdə isə bu cür tədris ocağı 1877-
ci ildə yaradılır.
Sovet dövrünün tədqiqatları Qacarlar barəsində yazdıqları əsərlərdə bu
sülaləyə məxsus hökmdarların İranı viran qoymuş bir müstəbid, Azərbaycanı da
10
zorla ələ keçirmiş bir işğalçı kimi təqdim edirdilər. «Qacarın Azərbaycanı işğal
edən bir şəxs kimi qələmə verilməsi, habelə parçalanaraq daxili feodal
müharibələri, məngənəsində boğulan bir məmləkətdə, Azərbaycan Səfəvi
dövlətini, yenidən dirçəldib onun tarixi sərhədləri daxilində inkişafına nail
olmaq istəyən bir azərbaycanlı sərkərdəsinə işğalçı damğası vurmaq ən azı
ədalətsizlik idi» (30, 415).
Maraqlıdır ki, artıq müasir tədqiqatçılar Qacarları İran dövlətçiliyinin,
dirçəldilməsi və inkişaf etdirilməsində oynamış olduğu tarixi rol möqeyindən
yanaşıb, araşdırırlar.
XIX əsrin 80-ci illərində İranda kitab nəşrinin yeni mərhələsi başladı.
Ölkədə ziyalıların maarifçi fəaliyyətləri və Avropa ilə əlaqələrin qurulması
nəticəsində bir çox sahələrə mütəxəssis kadrlar hazırlamaq üçün elmi biliklər
tədris edən kitabların tərcüməsinə və nəşrinə böyük ehtiyac vardı. O dövrdə
tərcümə və nəşriyyat naziri Məhəmmədhəsən xan Etimadülsəltənənin bu sahədə
böyük xidmətləri olmuşdur.
Müqəddəm Məhəmmədhəsən xan Etimadülsəltənə dövrünün mütərəqqi
şəxsiyyətlərindən idi. İctimai xadim adını qazanmış Məhəmmədhəsən xan
tarixçi-alim idi. Qacarların rəsmi tarixçisi olmuş, sonralar mətbuat və çap işləri
naziri təyin olunmuşdu. O, İranda və Cənubi Azərbaycanda maarifin, o
cümlədən elmin, kitab çapı və qəzet nəşrinin inkişafında əvəzsiz xidmətlər
göstərmişdir. Layiqli qiymətini almamış, xalqı tərəfindən az tanınmış istedadlı,
cəfakeş ziyalı Məhəmmədhəsən xan haqqında daha ətraflı məlumat vermək
yəqin ki, yerinə düşərdi.
Məhəmmədhəsən xan Cənubi Azərbaycanın qədim və sənət ocaqlarından
olan Marağa şəhərində əsl-nəcabətli ziyalı ailəsində doğulmuşdu. Gənc
yaşlarında orduda xidmət etmiş, sonra sarayda diplomat kimi çalışmışdı.
Məhəmmədhəsən xan Müqəddəm Tehran darülfünunun ilk məzunlarından
olmuş, istedadlı tələbə kimi qızıl medalla təltif olunmuşdu. 1863-67-ci illərdə
Fransada təhsilini davam etdirməklə yanaşı, İran səfirliyində attaşe kimi
çalışmışdır. Məhəmmədhəsən xan bir çox Şərq və Avropa dillərini yaxşı bildiyi
Dostları ilə paylaş: |