Petrofizika fənnindən muhazirə mövzuları Süxurların qeyri-bircinslilik xassələrinin öyrənilməsi



Yüklə 0,57 Mb.
səhifə10/13
tarix16.06.2022
ölçüsü0,57 Mb.
#89603
1   ...   5   6   7   8   9   10   11   12   13
Petrofizika fənnindən muhazirə mövzuları

Süxurların elastiklik xassələri
İstismar prosesində layların deformasiyaya məruz qalması lay təzyiqinin azalması və ya artması (süni təsir nəticəsində) ilə izah olunur. Lay təzyiqi ( P1 ), süxura düşən dağ təzyiqinin (P2) müəyyən qədər azaldır . Onda süxura düşən effektiv təzyiq (P3) aşağıdakı kimi tapılır: P3 = P2 - P1
İstismar prosesində lay təzyiqinin azalması ilə süxura düşəneffektiv təzyiq artır və məsamələrin həcmi azalır. Qey etmək lazımdır ki, süxurun hissəcikləri arasında olan sementləyici maddələr, məsamələr həcminin azalmasına mənfi təsir göstərir . lakin, məsamələrin həcminin azalmasını təyin edən əsas amil, süxura düşən effektiv təzyiqdir. Tədqiqatlar göstərir ki, neft yataqlarında layların məsamə həcminin lay təzyiqindən asılı olaraq dəyişməsi Huk qanununa tabedir.


Süxurların keçiricilik əmsalının məsaməlikdən asılılığının öyrənilməsi
Təcrübədə kollektorların keçiricilik əmsalın təyin etmək üçün Kkeç.nüm=f (km.nüm) asılılığından istifadə edilir. Məlumdur ki , keçiriclik təzyiq düşgüsündə süxurların maye, qaz və onların qarışığını keçirmə xüsusiyyətinə deyilir.
Keçiricilik fiziki (mütləq), fazalı (effektiv) və nisbi olur. Fiziki keçiricilik süxurların eyni cinsli maye və ya qazı keçirmə xüsusiyyətinə deyilir. Təmizlənmiş süxur nümunələrinin qaz keçiriciliyi mütləq keçiricilik adlanır. Süxurların qeyri-cinsli mayeləri: qaz-su, neft-su və qaz-neft-su qarışığından ibarət fazalar qarışığını keçirmək xüsusiyyətinə faza keçiriciliyi və ya effektiv keçiricilik deyilir. Təcrübədə faza keçiriciliyi adətən faza keçiriciliyi əmsalının fiziki keçiricilik əmsalına olan nisbəti kimi götürülür. Bu nisbət nisbi keçiricilik əmsalı adlanır.Süxurların keçiricilik əmsalına əsasən məsamələrin quruluşu və filtrasiya kanallarının xüsusi səthi təsir edir. Kəmiyyətcə keçiriciliyin məsaməlikdən asılılığını statistik əlaqələr timsalında göstərmək olar.


Süxurların elektrik və sıxlıq xassələri arasındakı korrelyasiya əlaqəsinin öyrənilməsi

Petrofiziki tədiqatların aparılmasında məqsəd süxurların fiziki xassələri ilə quyuda ölçülmüş geofiziki parametrlər arasındakı əlaqənin müəyyənləşdirilməsidir.


Süxurların petrofiziki xassələrinin tədqiqi zamanı kəmiyyətcə qiymətləndirmə apardıqda riyazi statistik dəyərləndirmə ilə müxtəlif kəmiyyətlər arasındakı qanunauyğunluqları aşkar etmək olur. Statistik dəyərləndirmə aşağıdakı mərhələlərdən ibarət olur:

  • Statistik xarakteristikaların hesablanması;

  • Variasiya əyrilərinin qurulması;

  • Süxurların müxtəlif fiziki kəmiyyətləri arasında, yaxud digər xarakteristikaları arasındakı əlaqənin öyrənilməsi, o cümlədən:

  • reqressiya tənliyinin müəyyənləşdirilməsi;

  • korelyasiya əmsalının təyini və səhihliyinin qiymətləndirilməsi.



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə