10
qıĢı, isti və yandırıcı yayı vardır. Onun yarpaqları tökən və ağacları quru
budaqlara bənzədən payızı vardır. Sonra bahar gəlir. Yer yaĢıl və səfalı olur.
Adəm (ə) cənnətin gözəl yaĢayıĢı barədə fikirləĢirdi. Adəm (ə) ağlayırdı. O,
yenə də cənnətə və oradakı xoĢ həyata qayıtmaq istəyirdi.
Onlar yaĢamaq üçün yerin gözəl bir nöqtəsini seçdilər. Orada quruda bitən
bə`zi bitkilər və müxtəlif meyvəli ağaclar vardı.
Cənnətin gözəl və Ģad günləri sona çatdı. Orada nə isti və nə soyuq vardı.
Orada aclıq və yorğunluq da yox idi. Ġndi Adəm (ə) və Həvva çalıĢmalı və
iĢləməlidirlər. Ġndi onlar özlərini qarĢıdan gələn qıĢa və onun soyuq küləklərinə
hazır etməlidirlər. Onlar ağac budaqlarından düzəltdikləri evi tikib qurtarana
qədər mağarada yaĢamalı idilər.
Adəm (ə) həmiĢə çalıĢıb, zəhmət çəkirdi. Gündüzlər iĢləməkdən tərləyirdi.
Onlar acından ölməmək üçün əkinçilik etməli, öz məhsullarını biçməli, un
üyütməli, xəmir yoğurmalı və sonra özləri üçün iki tikə çörək biĢirməli idilər.
Onlar arxada qalan xoĢ günlərini yada salır və yenidən cənnətə, onları yaradan
Allahın yaxınlığına qayıtmaq istəyirdilər.
Onlar öz günahlarını yada salıb, ağlayır və Allahdan bağıĢlanmaq diləyirdilər.
Beləliklə onların yaĢayıĢı iĢ, ibadət və övladlarının gələcəyi barədə fikirlə
keçirdi.
Günlər ötdü. Həvvadan bir qız və bir oğlan doğuldu. Sonralar o, yenidən bir
oğlan və bir qıza sahib oldu. Beləliklə yer üzərində sakin olan insanların sayı
altı nəfərə çatdı. Adəm (ə) və Həvva övladları olduğu üçün çox sevinirdilər.
Onların övladları günbəgün böyüyürdülər.
Onlar böyüyüb, cavanlıq yaĢına çatdılar. Qabil və qardaĢı Habil həmiĢə ataları
ilə çölə gedər və ondan iĢləmək öyrənərdilər: yer Ģumlamaq, qoyun otarmaq.
Eqlima və Luza isə ev iĢlərində, aĢpazlıqda, ev süpürməkdə və dərzilikdə
analarına kömək edirdilər. YaĢamaq iĢ və zəhmət tələb edirdi.
Günlər və illər beləcə ötürdü.
QABİL VƏ HABİL
Qabil daĢ ürəkli, kobud və bəd xasiyyətli bir insan oldu. Əksinə Habil isə çox
sakit, mülayim və mehriban idi.
Qabil həmiĢə qardaĢına əziyyət verirdi. Onun özünə qul olmasını və gecə-
gündüz ona xidmət göstərməsini istəyirdi. Ġstəyirdi ki, Habil qoyun otarmaqdan
əlavə, həm də onun üçün yer Ģumlasın. Özü isə tənbəllik və vaxtını boĢ yerlərə
sərf etsin.
Qabil qardaĢı Habilə nə qədər kötək vurmuĢdur! Amma, Habil dözərək səbir
edirdi, çünki, Qabil onun qardaĢı idi. Habil Allahdan qardaĢı Qabili hidayət
etməsini, onu pis iĢlərdən çəkindirməsini istəyirdi. Onun yaxĢı insan olmasını
arzulayırdı.
Adəm (ə) də narahat idi. O dəfələrlə oğlu Qabilə nəsihət etmiĢdi ki, pis
iĢlərindən əl çəksin. Bir dəfə ona dedi:
-Ey Qabil, sən də qardaĢın kimi saleh və yaxĢı insan ol!
BaĢqa bir vaxt ona xatırlatdı:
11
-Ey Qabil, pisliklərindən əl çək! Allah-təala pis iĢlər görən vəfasız insanları
sevməz.
Qabil atasının nəsihətlərini eĢitmirdi. O, Habildən üstün olduğunu güman
edirdi. Çünki, o, qardaĢından dəfələrlə güclü idi. Onun güclü qolları vardı. BaĢı
Habilin baĢından böyük, boyu isə uca idi. Adəm (ə) oğluna deyirdi:
-Kim daha imanlıdırsa, daha da üstündür. Ey Qabil, Allah ürəklərə baxır.
Üstün və hörmətli insan ən imanlı və ən təqvalı olandır.
Qabil özbaĢına bir adam idi. O qıĢqırırdı:
-Mən Habildən böyüyəm. Mən ondan güclüyəm.
Bir gün Qabil qardaĢı Habilə çox möhkəm bir Ģillə vurdu. Habil onun bu
iĢinin qarĢısında heç nə etmədi və qardaĢının bu hərəkətinə səbir etdi. Habilin
ürəyi çox mehriban idi. O öz qardaĢını çox istəyirdi. Bilirdi ki, o anlamır,
nadandır. Özü isə Allahdan qorxur və qardaĢı kimi fasiq olmaq istəmirdi.
Atası Qabilin pisliklərinə son qoymaq istədi. Allahın yaxĢı insanları sevdiyini
və pis iĢ görənləri xoĢlamadığını ona baĢa salmaq istəyirdi. Bu məqsədlə onlara
dedi:
-Sizin hər biriniz Allahın dərgahına bir qurban təqdim edin. Allah kimin
qurbanını qəbul etsə, üstün Ģəxs odur. Çünki, Allah-təala yalnız imanlı Ģəxslərin
qurbanını qəbul edir.
Qabil buğda tarlasına sarı yollanıb, təzə və dəyməmiĢ sünbüllərdən bir dəstə
düzəltdi. Habil isə qoyun sürüsünə tərəf gedib, onların içindən eyib və
nöqsansız bir qoyun seçdi: çox yaxĢı və gözəl bir qoç. Çünki, tezliklə onu Allah
dərgahına qurban və hədiyyə edəcəkdi.
Adəm (ə) övladlarına dedi:
-Bu təpələrə doğru gedin!
Qabil buğda dəstəsini qucağına alıb, təpənin baĢına getdi. Habil də öz gözəl
qoçunu ona tərəf sürdü. Habil qoçunu təpənin baĢında buraxdı. Qabil də buğda
dəstəsini onun yaxınlığında yerə atdı. Habil Allaha səcdə etdi.Onun
qorxusundan ağladı. O, təmiz səmaya baxır və Allahdan qurbanını qəbul
etməsini istəyirdi. Amma, Qabil çox həyəcanlı idi. O tərəf bu tərəfə baxır, elə
bil nə isə axtarırdı. O, Allahı görmək istəyirdi. Onun hansı formada və necə
olmasını bilmək istəyirdi.
Bir saat keçdi. Hələ heç bir hadisə baĢ verməmiĢdi. Habil oturub, sakitcə göyə
baxırdı. Göydə bir qədər bulud topası göründü. Get-gedə səma buludla doldu.
Hava sakitləĢdi.
Habil Allahı çağırırdı. Qabil isə bir daĢ parçasını götürüb, qəzəblə atırdı və
daĢ qayalara dəyərək parça-parça olurdu. O, əsəbiləĢmiĢdi və nigaran idi.
Bilmirdi nə etsin. Birdən göydə bir ildırım çaxdı. Göy guruldamağa baĢladı.
Qabil qorxdu. Amma, Habil həmiĢə Allahı çağırırdı. YağıĢ yağmağa baĢlayıb,
Habilin üzünü yudu, göz yaĢlarını sildi. Qabil isə bir qayanın altına sığındı. Bir
neçə dəfə ildırım çaxdı. Qəflətən çox güclü bir ildırım çaxıb, qoça dəydi və onu
çox uzaq bir yerə apardı. Habil ürəkdən sevindi. Sevincindən ağladı. Onun
qurbanı qəbul olunmuĢdu. Həqiqətən Allah Habili sevirdi, çünki, Habil Allahı
sevirdi.
Dostları ilə paylaş: |