280
əmələ gəlir. Bu əməliyyatın bir müsbət tərəfi ondan ibarətdir ki, tənəkdə yük
normadan çox olduqda əlavə yarpaq səthi yaratmaqla tənəyin məhsulunu və
zoğlarını normal yetişdirmək olur.
Gilələri seyrəldilmiş salxımlarda payızı yağmurlu olan illərdə çürümə getmir
və yaxud az gedir. Bundan başqa gilələrin seyrəldilməsi salxımda gilələrin eyni
vaxtda rəng almasına şərait yaradır. Süfrə sortlarında yaxşı rəng almamış
salxımları yığmaq məsləhət deyil, onları bir qədər gec yığmaq tələb olunur.
Ikinci yığım aparmaq üçün salxımlarda gilələri seyrəltmək tələb olunur.
Üzüm sortlarının hamısında salxımda gilələr eyni sıxlıqda olmur. Eyni kəsmə
tətbiq edilən üzüm sortlarının bir qismində salxım seyrək, bir qismində normal,
başqa bir qismində isə çox sıx olur.məhsulun keyfiyyətinin maksimum dərəcədə
yaxşılaşdırılması üçün generativ orqanların seyrəldilməsinin mümkünlüyünün üç
üsulunu işləyib hazırlamışdır.
1.
Çox seyrək və seyrək salxımlı sortlarda çiçək topası seyrəldilir.
2.
Çox salxım olan tənəklərdə salxım seyrəldilir.
3.
Çox sıx salxımlı sortlarda isə gilə seyrəldilir.
Çiçək topalarının seyrəldilməsi çiçəkləməyə qədər aparılır. Bu əməliyyatda
yarpaqların miqdarı dəyişmədən çiçək topaları azalır. Qalan çiçək topaları çoxlu
miqdarda qida maddələri alınır və çiçəklərin inkişafı güclənir, nəticədə erkəkcik
və dişicik yaxşı inkişaf edir və normal gilələr əmələ gəlir. Çiçək topası nə qədər
tez qoparılarsa, bir o qədər yaxşıdır.
Çiçək topalarının optimal qoparılma vaxtı yaşıl zoğlar 12-13 sm-ə çatdığı
dövr hesab olunur. Çiçək topası qoparıldıqdan sonra yerdə qalan barlı zoğların
ucu mütləq qoparılmalıdır ki, sonradan çiçək və gilələr tökülməsin.
Salxımların seyrəldilməsi gilələr əmələ gəldikdən sonra aparılır. Bu
əməliyyat salxımda gilənin miqdarına təsir etmir. Salxımların seyrəldilməsində
məqsəd normal irilikdə və normal sıxlıqda salxım almaqdır. Deməli, bu əməliyyat
zamanı xırda və normal sıxlığa malik olmayan salxımlar qoparılır. Qeyri-normal
salxımların bu mərhələdə qoparılması nəticəsində qalan salxımlarda qidalanma
yaxşı olduğundan gilələr iri olur.
Generativ orqanların seyrəldilməsi gilələrin seyrəldilməsi ilə başa çatır.
Gilələrin seyrəldilməsinə çiçəklərin tökülməsinin ikinci dalğasından sonra
başlamaq lazımdır. Gilələrin seyrəldilməsi işi mayalanmış yumurtalıqlar
töküldükdən sonra aparılarsa, onda qalan gilələrin həcmi 30%-ə qədər böyüyür.
Bu işin vaxtı gecikdikdə onun səmərəsi azalır, lakin tamamilə təsirsiz olmur.
Kişmişi sortlarında gilələrin seyrəldilməsi yuxarıda göstərildiyi kimi
aparılmır, çünki bu əməliyyatın gilələrin həcminin artmasına təsir olmur.
Toxumsuz sortlarda gilənin həcmcə artmasına təsir göstərən amillər əsasən
həlqələmə və boy nizamlayıcı maddələrin tətbiqidir.
281
Göstərilən generativ orqanlarla yanaşı yarpaqlar da seyrəldilir. Üzümçülükdə
yarpaqların
seyrəldilməsi
bir
fitotexniki
tədbir
kimi
çoxdan
məlumdur.Üzümçülük üzrə bir sıra ədəbiyyatda hər zoğda bir-iki saralmiş
yarpağın qoparılması göstərilir.
Bu əməliyyatı aparmazdan əvvəl onun nə məqsədlə aparılması aydın
olmalıdır.Şimal rayonlarında istilik və günəş şüası azlıq etdiyindən yarpaqlar
seyrəldilir ki, gilələrdə yetişmə və rəngalma normal olsun.Çox yagmurlu yerlərdə
və illərdə tənəkdə yarpaqlar seyrəldilir ki, havalanma yaxşı getsin və gilələr
şürüməsin.
Bu əməliyyat zamanı süfrə üzümlərində başqa müsbət göstəricilərlə yanaşı
gilələrin qabığı da bir qədər möhkəmlənir.
Yarpaqların seyrəldilməsi haqqında bu deyilənlərin hamısı düzdür, lakin bu
məsələnin daha da dəqiqləşməsi haqqında üzümçülük üzrə aparılan son elmi-
tədqiqat işləri daha ətraflı məlumat verir.
Yarpağın tənəkdə hansı funksiyanı yerinə yetirməsi məlumdur. Bu baxımdan
hər tənəkdə yarpağın miqdarı məhsulla əlaqələndirilməlidir. Müəyyən edilmişdir
ki, bir kiloqram üzüm məhsulunun tam yetişməsi üçün 1 m
2
yarpaq səthi
lazımdır. Son vaxtlar üzümlüklərdən alınan məhsula görə bir hektar üzümlükdə
tənəkdə saxlanan yarpaq səthi bir hektardakı kvadrat metrlərdən xeyli çox olur.
Bunun üçün tənəklərə verilən formalar və üzümlükdə qurulan dayaq sistemi çox
güclü olmalıdır.
Məhsul yetişən vaxtı (xüsusilə süfrə üzümlərində böyük diqqət tələb edir)
yarpaqlar gilələr üzərindəki mum qatını az və çox dərəcədə silinir. Yaxşı olar ki,
süfrə üzümlərində salxım yerləşən zonada yarpağın miqdarı az olsun.
Son vaxtlar bu sahədə aparılan tədqiqat işlərinə görə süfrə üzümlərində
sortdan və şəraitdən asılı olaraq salxım yerləşən zonada yarpaqların müəyyən
faizi seyrəldilməsi məsləhət görülür.
Bəzən payızda üzüm yetişən və yığılan vaxtı yağış yağır. Tənəkdə yarpaqlar
seyrəldilmiş olsa, yağan yağışlar çox təhkükə törədə bilməz. Yarpaqlar
qoparıldıqda yuxarıda göstərildiyi kimi havalanma yaxşı olduğuna görə salxım,
kol və sahə tez quruyur.
Süfrə üzümçülüyü ilə məşğul olan təsərrüfatlar bu məsələləri hər bir konkret
şəraitdə dəqiqləşdirməli və bu iş üçün normativ işləyib hazırlamalıdır.
Yarpaqların seyrəldilməsi işi gilələrin tam yetişməsinə az qalmış aparılmalıdır.
Yalnız salxım yerləşən zonada yarpaqlar seyrəldilməlidir (50-60%).
Həlqələmə
Həlqələmə üzümçülükdə yaşıl əməliyyata daxildir və bir neçə əsr əvvəl tətbiq
olunmuşdur.