Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə198/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   194   195   196   197   198   199   200   201   ...   207

432

 

 



yol  verilir  və  yetişməmiş  üzüm  bazara  çıxarılır.  Bu  məsələ  üzrə  standartın 

tələblərinə baxılmalı, yaxşı olardı ki, hər qrup sort və yaxud hər sort üçün ayrıca 

standart qəbul edilsin.  

Orta vaxtda yetişən sortlar çoxdur və onlar bütün göstəricilərinə görə üstünlük 

təşkil  edir.  Ancaq  mövsümün  ortasında  yetişdiklərinə  görə  ucuz  qiymətə  satılır. 

Bəzi  sahibkarlar  həmin  üzümlərin  realizəsini  ləngidirlər  ki,  bir  qədər  baha 

qiymətə sata bilsinlər. Bu halda gilə yetişib ötür və keyfiyyəti aşağı düşür. Yəni 

həm rəng tündləşir, həm gilənin ləti yumşalır, həm də turşuluğun azaldığına görə 

dadın ahəngdarlığı pozulur.  

Gilənin yetişməsi, onda şəkərin artması, turşuluğun azalması, rəngin inkişafı, 

lətin  sorta  məxsus  quruluşunun  və  dadının  yaxşılaşması  deməkdir.  Bu 

dəyişikliklər salxım kolun üstündə olduğu müddətdə baş verir (əlbəttə müəyyən 

vaxta  qədər).  Adi  şəraitdə  kolda  yük  normal  olduqda  sadalanan  göstəricilər 

yaxşılığa doğru gedir. Ancaq yuxarıda qeyd edildiyi kimi tam yetişmə mərhələsi 

ötdükdə ümumi keyfiyyəti təşkil edən elementlər də pisləşir.  

Bu  məsələ  üzrə  ABŞ  üzümçüsü  C.Uinkler  yazır  ki,  yetişmənin  optimal 

mərhələsinin təyini çətindir, ancaq çox vacibdir. Həlledici rol alıcının tələbatının 

ödənilməsidir.  Ikinci  tələbat  birinci  ilə  sıx  əlaqədardır,  yəni  üzümün  keyfiyyəti 

yaxşı  olduqda  üzüm  mövsümünün  əvvəlindən  və  sonundan  asılı  olaraq  həmişə 

yüksək  qiymətə  satıla  bilər.  Üçüncü  şərt  üzüm  və  bazar  haqqında  gündəlik 

informasiyadır. Bazarda üzüm var ya yox, haradan hansı sort gətirilib, keyfiyyəti 

və  bazar  qiyməti  haqqında  əldə  məlumat  olduqda  sahibkar  öz  işini  asanlıqla 

tənzimləyə bilir.  

Tənək  üzərində  salxım  bir  qədər  az  olduqda  gilələr  təqribən  bərabər  ölçüdə 

olur  və  eyni  vaxtda  da  yetişir.  Ancaq  yük  bir  qədər  artıq  olduqda  gilələr  eyni 

vaxtda yetişmir, bu baxımdan məhsul seçmə ilə 2,3 və hətta 4 dəfəyə yığıla bilər. 

Seçmə  ilə  yığımda  əsas  diqqət  gilənin  xarici  görünüşünə,  rənginə,  darağın  və 

saplağın  vəziyyətinə,  eləcə  də  dadına  yönəldilməlidir.  Saxlamaq  üçün  üzüm  o 

vaxt yığılmalıdır ki, onun tərkibində qlükoza və fruktozanın nisbəti 1:1 olsun. Bu 

məsələdə  ümumi  şəkər  və  turşuluğun  dad  nisbəti  gözlənilməlidir,  yəni,  şəkər 

turşuluqdan 2 dəfə çox olmalıdır.  

Üzüm  çox  incə  meyvədir.  Qablaşdırma  və  daşınma  zamanı  tələb  olunur  ki, 

ona  çox  ehtiyatla  yanaşılsın.  Eksporta  göndərilməsi  nəzərdə  tutulan  təzə  üzüm 

BDC 2463-1956 standartın tələblərinə uiyğun olmalıdır.  

Gilənin  vəziyyəti  və  yetişkənliyi-  əla  növə  daxil  edilənlərin  giləsi  tam 

yetişmiş, təravətli,  təmiz, normal  inkişaflı, eyni  irilikdə, gilə saplağına möhkəm 

bərkimiş,  yığım  vaxtı  zədələnməmiş,  sağlam  qabıqlı,  üzərində  yaxşı  mum  qatı 

olmalıdır. Xırda gilələr ehtiyatla kəsilib atılmalıdır. 

Mexaniki  zədələnmə,  xəstəlik  və  zərərvericilərlə  zədələnməsi.  Mexaniki 



433

 

 



zədəsi  olan,  mildiu,  oidiumla  və  zərərvericilərlə  sirayətlənmiş  gilələri  olan 

salxımları əla və birinci növə daxil etmək olmaz.  

Gilənin  dadı  -  yaxşı  yetişməyən  gilələr  bir  qayda  olaraq  salxımın 

qurtaracağında yerləşir. Əgər ucdakı gilələrin dadı qənaətbəxşdirsə, deməli bütöv 

salxım  yararlıdır.  Ancaq  əksər  hallarda  tez-tez  üzüm  yediyinə  görə  üzüm  yığan 

adamın  dadbilmə  qabiliyyəti  korlaşdığından  o  gilənin  rənginə,  vəziyyətinə  və 

daraq saplağının vəziyyətinə diqqət yetirməlidir. 

Yadda saxlamaq lazımdır ki, salxımda çiçək və gilələrin seyrəldilməsi yerdə 

qalanların  daha  görkəmli  olmasını  və  bərabər  yetişməsini  təmin  edir.  Salxımın 

seyrəldilməsinin ləngidilməsi qalan gilələrin rənginin yaxşılaşmasına səbəb olur. 

Koldan  salxım  dərilərkən  əllə  saplaqdan  tutmalı  və  əldə  ikən  partlamış, 

çürümüş,  eləcə  də  eybəcər  gilələr  qayçı  ilə  kəsilməlidir.  Gilədən  mum  qatı 

silindikdə  elə  bil  cilalanmış  görkəm  alır,  daha  doğrusu  gilə  adi  rəngini  itirir. 

Salxım təmizləndikdə daha çox iş növü yerinə yrtirmək olar. Bilmək lazımdır ki, 

bu  iş  növləri  əlavə  xərc  tələəb  edir.  Məhsul  yığımı  gilənin  tam  yetişməsi 

məqamında  başlamalıdır,  yəni  gilədə  şəkər  azı  15  %  olmalıdır.  Bu  göstərici 

saxlanmaq  üçün  nəzərdə  tutulanüzümlərə  aiddir.  Yerli  istifadədə  olan  ən  tez  və 

tez yetişən üzümlərdə (növbər məhsul) 12-13 % şəkərlə yığmaq olar.  

Üzümün qablaşdırılması - qablaşdırma dedikdə qablaşdırılan yer, müxtəlif tip 

qutular  və  salxımların  qablaşdırılması  üsulları  nəzərdə  tutulur.  Süfrə  üzümü 

qablaşdırılan  yer  işin  asan  yerinə  yetirilməsi  üçün  əlverişli  olmalıdır.  Bundan 

başqa  qablaşdırma  aparılan  yer  üzüm  üçün  əlverişsiz  havalı  olmamalıdır.  Bu 

əməliyyatın  üzümlükdə  aparılması  da  o  qədər  çətinlik  törətmir.  Üzümlükdə 

qablaşdırma  zamanı  salxımlar  qutulara  qablaşdırılır  və  birbaşa  satış  yerinə 

aparılır.  Üzümü  yığan  adam  salxımı  dərir,  əlində  təmizləyitr  və  qutulara  yığır. 

Üzümü  yığan adam  eyni zamanda qablaşdırmanı da bacarmalıdır. Üzümü  yığan 

və eyni zamanda qablaşdıran adamın işinə nəzarət şətindir, bu baxımdan da bəzən 

qutularda xoşa gəlməyən salxımlar olur.  

Salxım  və  gilələr  sağlam  olduqda  qablaşdırma  işi  birbaşa  üzümlükdə 

aparılırsa  daha  asan  və  əlverişli  olur.  Salxımların  çevrilməsi  mənfi  nəticə  verən 

Rişbaba,  Olivet  və  İtaliya  kimi  üzümlərdə  qablaşdırma  işi  üzümlükdə  aparılsa 

daha  əlverişli  hesab  edilir.  Yol  kənarında  və  vaqona  yüklənən  yerdə  təcrübəli 

qablaşdırıcının  olması  vacibdir.  O  pis  salxımları  götürür  və  qutuların  hamısına 

yaxşı xarici görkəm verir.  

Üzüm qablaşdırılan qutular quru, təmiz, möhkəm və iç tərəfi sığallı olmalıdır. 

Dəmir yolu və digər növ nəqliyyat vasitələri ilə uzaq məsafəyə göndərilən qutular 

standart qutulardır və onun ölçüləri aşağıdakı kimidir: uzunu 49 sm, eni 31 cm, 

hündürlüyü  14  sm.  Qutunun  taxtaları  bir-birindən  1  sm  aralı  olmalıdır  ki, 

havalanma  yaxşı  getsin.  Salxımların  qablaşdırılması  məsələsində  Bolqar 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə