38
irəliləməsini eĢidən ermənilər dərhal qisasçı dəstələr qurdular, yollar kəsdilər, türk
kəndlərinə hücuma keçdilər, imkanları olan Ģəhərlərdə üsyana baĢladılar. Bu
üsyanlardan birincisi Zeytunda olmuĢdu. Zeytun erməniləri Türk bayrağı altında
döyüĢə getmək istəmədiklərini bəyan etmələri bir yana, onlar bir erməni alayı
quraraq Osmanlı dövlətinə meydan oxudular və dağlara çəkilib ara-sıra əsgərlərə,
jandarma hücumlar etdilər, xeyli əsgər öldürdülər. 1914-cü ilin 30 avqustundan
baĢlayaraq bölgədə çox böyük gərginlik yaratdılar. «Hnçak» və «DaĢnak» komi-
təçiləri kənd və Ģəhərlərdə xalqı üsyana qaldırdılar, onların sözünü deməyən və
üsyana qatılmayan erməniləri də öldürürdülər. Erməni çetələri ingilislərin
Ġsgəndəruna, Adana və MaraĢa əsgər çıxaracaqlarını bilirdilər, bu səbəbdən öz
mətbuat orqanlarında «erməniləri bu Ģəhər və vilayətlər iĢğal edilənə qədər üsyanları
çoxaltmağa çağırır», gizli səfərbərlik keçirib, hər ehtimala qarĢı hazır vəziyyətdə ol-
maq təĢviqatı aparırdılar. 1915-ci ilin fevralında MaraĢda ermənilər 6 jandarmı
öldürdülər, daha sonra üsyanı yatırtmağa gəlmiĢ 25 əsgəri də Ģəhid etdilər. ġəhərdən
çıxan üsyançılar qarĢılarına çıxan kəndlərdə müdafiəsiz dinc əhaliyə divan tutub,
onları vəhĢiliklə qətl etdilər. Üsyana baĢçılıq edən «Hnçak» komitəçiləri burada 62
evi yandırdılar. Hökumətin etibarından istifadə edərək silah almıĢ ermənilər onu
dövlətə qarĢı çevirmiĢdilər. Ermənilərdən silah-sursat , tüfəng, xeyli tapança və
bombalar ələ keçirildi.
Qafqazda isə taktika bir qədər fərqli idi. Onlar burada Anadoludakı kimi
davranmırdılar, ruslara qarĢı münasibətdə fərqli mövqe tuturdular, onları ələ alır,
silah-sursat əldə edir, bu silahları Anadoluya göndərirdilər. Kayseridə ermənilər
Gevork Ercikyan adlı bir ermənini xüsusi olaraq Amerikaya göndərmiĢdilər ki,
orada bomba düzəltməyi öyrənsin. Gevork və onun köməkçiləri çoxlu əl bombası
düzəltmiĢlər. Ermənilərin gizli «bomba düzəltmə fəaliyyəti» təsadüfən hazırlanan
bombanın komitəçinin əlində partlaması ilə üzə çıxdı. Hökumət 21 erməni kilsə və
məktəbində gizlədilmiĢ külli miqdarda silah-sursat ələ keçirdi.
Komitəçilər Van-Diyarbəkir-Hələb-Ġsgəndərun yolu üzərində olan Bitlis-MuĢ
regionuna xüsusi əhəmiyyət verirdilər, buna görə də buraya ən seçkin
nümayəndələrini göndərirdilər. «Hnçak» komitəsinin Paris BaĢ Mərkəzinin rəhbəri
39
Aram Sabahgülyan və «Murad» təxəllüslü terrorçu buraya göndərilmiĢdi . Sabahgül-
yanın «Ġravunk» və «Hnçak» qəzetlərində silsilə yazıları çap olunurdu və bu komitə
lideri xalqı inandırmağa çalıĢırdı ki, Osmanlı dövləti müharibədə məğlub olacaq və
ermənilər qalib gələcəklər.
Rusiyanın Van və Ərzurumda baĢ konsulu olmuĢ general Mayevskinin vaxtilə
yazdıqları da öz təsdiqini tapırdı. O yazmıĢdı: «Türkiyədəki ermənilər türklərin zülm
və qətliamına məruz qaldıqlarını Avropaya göstərmək istəyirdilər. Proqram bu Ģəkildə
idi: «Ancaq qan tökmək lazımdır ki, ermənilər sərbəstlik qazansın. Qan tökün ki,
Avropa sizi himayə etsin».
«DaĢnaksutyun» partiyası da bölgədə fəal iĢ aparırdı. Osmanlıda səfərbərliyin
elanından sonra «DaĢnaksutyun» partiyası Rusiyadan təlimat aldı ki, türk ordusunun
arxasından zərbə vurulsun. Tarixi sənədlər bu gerçəyi ortaya qoyur. MuĢ-Bitlis
bölgəsində üsyanlar təĢkil eləmək iĢinə Van millət vəkili Vahan Papazyan məsul idi,
ona digər millət vəkili Vramyan və rus generalı Loris Melikov kömək etməli idilər.
Rusiyadan gələn könüllü ermənilər, türk ordusuna girib silahları ilə birgə fərarilik
etmiĢ ermənilər, kilsələr, komitə fəalları bir «barıt çəlləyi» idilər. Osmanlı artıq
müharibə içindəydi. 1915-ci ilin yanvar ayından etibarən ġərqdə ruslarla, Qərbdə –
Çanaqqalada Ġttifaq dövlətləri ilə müharibə edən Osmanlı Ġmperatorluğunun əl-
ayağına ermənilər dolaĢırdı, Osmanlı ordusunun manevr yolları, teleqraf xətləri
ermənilər tərəfindən tutulur, jandarm və əsgərlər, mülki əhali öldürülürdü. Özü də
bu sistemli Ģəkil almıĢdı. Dövlət tədbirlər görməli idi və bu məsələlər üst təbəqə sə-
viyyəsində çox ciddi Ģəkildə müzakirə edilməyə baĢlamıĢdı. Bu barədə tez-tez
«Təkvimi-vəkai» qəzetində yazılar dərc olunurdu . Van və ətrafındakı kəndlərdə er-
mənilərin törətdikləri vəhĢiliklər dözüləsi deyildi. Van vilayəti ermənilərin və on-
ların dəstəkçisi olan məlum dövlətlərin ən çox önəm verdikləri yer idi. Buranı gələ-
cəkdə qurulacaq erməni dövlətinin mərkəzi kimi görürdülər. Burada uzun illər
missioner fəaliyyətləri göstərilmiĢ, təbliğat və təĢviqat iĢi aparılmıĢdı. Ġndi də Av-
ropa ölkələrinə lazım idi ki, «Vanda ermənilər öldürülür, onların heç bir hüququ
yoxdur və onların Osmanlı dövlətinə qarĢı qaldırdıqları üsyanlar öz haqları tələb et-
mələridir». Erməni millətçi təĢkilatları və onların Avropadakı havadarları qələmə
40
verməyə çalıĢırdılar ki, burada əhalinin çoxluğunu da ermənilər təĢkil edir. Halbuki
Osmanlı statistikasına görə 1914-cü ildə Vanda yaĢayan əhalinin 166. 609 türk,
66.834-ü erməni idi. Vanın qəzalarının da heç birində ermənilər çoxluq təĢkil
etmirdilər. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, o zaman Osmanlı Statistika
Ġdarəsinin rəhbəri milliyyətcə erməni idi. Osmanlının rəsmi statistikasını digər
mənbələr də cüzi dəyiĢiklərlə təsdiq etmiĢdilər.
Ermənilər üsyan və hücumlar yolu ilə Vanda yaĢayan müsəlman əhalini
buradan qovub çıxarmaq, Vanda qurmaq istədikləri dövlətin paytaxtı eləmək
istəyirdilər. Ermənilər öz mətbuat orqanlarında bu dövlətin «Avropa kontrolunda ba-
ğımsız bir erməni dövləti» olacağına yerli həmmillətlərini inandırmıĢdılar. Ona görə
də fevral 1915-ci ildə Timar nahiyəsində ermənilər hökumət məmurlarına hücum
etdilər. 1000-dən çox üsyançı əldə silah dövlətə tabe olmaqdan imtina etdi və ətraf
kəndlərdə qırğınlara baĢladılar. Van Ģəhərində gənclər orduya getdiyindən Ģəhərdə
qocalar, yaĢlılar qalmıĢdı, Ġranda olan türk ordusunun ərzağı bitdiyindən oraya 12–
13 yaĢlı 120 nəfər uĢaqların ərzaq aparması qərarına gəlinmiĢdi. Könüllü olaraq 120
uĢaq yanlarında bir neçə jandarm ilə birlikdə bellərinə ərzağı götürərək yola
çıxmıĢdılar. Ermənilər uĢaqların bu cəsarətinin qarĢısını almaq üçün yolları kəssə də,
uĢaqlar ərzağı əsgərlərə çatdırmıĢdılar. Onlar geri dönərkən güclü qar yağmıĢ,
çovğun olmuĢdu. Həmin uĢaqlardan yalnız 40-ı qurtarıla bilmiĢdi, qalanlarının
donmuĢ cəsədləri tapılmıĢdı. Xəstəxanalar Ġran cəbhəsindən gətirilən yaralılarla dolu
idi. Bu yaralılara türk həkimlərlə yanaĢı erməni doktor Maltzyan da müalicə edirdi.
Don vurmuĢ uĢaqlardan bir çoxu doktor Maltzyan tərəfindən xilas edilməsi
erməniləri narazı salmıĢdı. Xalqın bu üzücü hadisələrdən sarsıntıları bitməmiĢ
ermənilər yenidən ayağa qalxmıĢdılar. Aprelin 10-da doktor Maltzyan ermənilər tə-
rəfindən asılmıĢ və sinəsinə bu sözlər yazılmıĢ plakat qoyulmuĢdu:
«DüĢmənlərimizə xidmət edənlərin aqibəti budur». Bu fakt göstərir ki, ermənilər
onlara tabe olmayan həmmillətlərinə də divan tutmaqdan çəkinməmiĢlər. Van valisi
Cevdət bəyin əmri ilə vəhĢicəsinə öldürülmüĢ erməni doktor Ģərəf və xidmətinə
uyğun olaraq ləyaqətlə dəfn edildi. Bu hadisə ilə əlaqədar «Təkvimi-vəkai»
Dostları ilə paylaş: |