“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə106/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   102   103   104   105   106   107   108   109   ...   114

 
 
335 
hökumətinin  Azərbaycan  adından  söz  söyləməyə  səlahiyyəti 
olmadığını bildirmişdi. 
Bu  dövrdə  Ə.  M.  Topçubaşi  faktiki  itirilmiş  Azərbaycan  
müstəqillyinin  hüquqi  cəhətdən  müdafiəsinə  və  öz  fəaliyyətini 
bütün Qafqaz mühacirlərinin fəaliyyəti ilə  əlaqələndirməyə  çalı-
şırdı.  1921-ci  il  mayın  8-də  Ə.  M.  Topçubaşinin  təşəbbüsü  ilə 
Qafqaz  mühacirləri  ADR-in  Parisdəki  nümayəndəliyində  top-
laşaraq  Qafqaz  Konfederasiyası  fikrini  müzakirə  etdilər.  Qeyd 
edək  ki,  hələ  Birinci  Dünya  müharibəsi  ərəfəsində  Ə.  M.  Top-
çubaşi Rusya imperiyasının milli intibaha, qurtuluş hərəkatlarına 
zərbə  vurmaq  üçün  Qafqaz  xalqları  arasına  düşmənçilik  salmaq 
cəhdlərinin qarşısını almağın ən effektli yolunu Konfederasiyanın 
yaranmasında  görürdü.  Bu  son  dərəcə  maraqlı  ideya  ömrünün 
axırına qədər onun siyasi fəaliyyət gündəliyində olmuşdur. 
1921-ci il iyunun 10-da Qafqaz respublikalarının səlahiyyətli 
təmsilçiləri ilk yığıncaqlarını keçirib (Ə. M. Topçubaşinin sədrliyi 
ilə)  qafqazlıların  "siyasi,  iqtisadi  ittifaqını  yaratmaq  qərarına 
gəldilər və bu barədə bir bəyannamə imzaladılar". 
Mövçud  qərarla  mühacirlər  Fransa  Nazirlər  Sovetinin  sədri 
Brianı tanış etmiş, o isə öz növbəsində nazir Lüşerə Qafqaz res-
publikaları  nümayəndələri  ilə  danışıqlar  aparmaq  səlahiyyəti  və 
tapşırığı vermişdi. 
Qafqaz respublikaları təmsilçilərinin 7 noyabr toplantısında  
Lüşerdən  Fransa  hökumətinin  Qafqaz  mühacirlərinin  apardığı 
milli  azadlıq  mübarizəsinə  maddi  və  mənəvi  dəstək  göstərməsi 
xahiş edildi. 
Qafqaz respublikaları öz aralarında ortaq fəaliyyət birliyi ilə 
bağlı ilkin razılığa gəldikdən sonra, ağ Rusiyanın təmsilçiləri ilə 
də bu istiqamətdə danışıqlar aparmağa təşəbbüs göstərdilər. Fransa 
hökuməti də Qafqaz və Rusiya   mühacirlərinin vahid antibolşevik 
cəbhədə birləşməsinin tərəfdarı idi və buna çalışırdı. 
1921-ci il 7 iyulda Parisin Məhkəmə palatasının iclas zalında 
Qafqaz  respublikaları  və  Rusiya  təmsilçilərinin  ilk  yığıncağı 
keçirildi.  Yığıncaqda  Azərbaycanı  Ə.  M.  Topçubaşi,  Gürcüstanı 


 
 
336 
Gegeçkori və Sabaxtaraşvili (sabiq xariçi işlər naziri), Ermənistanı 
Avetis  Aqoranyan,  Rusiyanı  Maklakov  (Kerenski  hökumətində 
Fransa səfiri) və Mandelştam (sabiq Türkiyə səfiri) təmsil edirdi. 
Fransa  tərəfindən  isə  sabiq  komissar  Şevalye  və  Sorbonna 
Universiteti hüquq fakültəsinin rektoru Verno iştirak edirdilər. 
Bu iclasda ilk dəfə Ə. M. Topçubaşi çıxış edərək Türkiyənin 
də  Qafqaz  Konfederasiyası  fikrinə  xoş  məramını  açıqladı.  O, 
müttəfiqləri  Türkiyəyə təzyiqi dayandırmağa çağırdı. Bu düzgün bir 
mövqe  idi.  Çünki  Türkiyəyə  Qərbin  təzyiqi,  onun  Pusiya  ilə 
yaxınlaşmasına  gətirib  çıxarırdı.  Ə.  M.  Topçubaşi  da  məhz  bu 
yaxınlaşmanı doğuran səbəblərə işarə edir, həm də göstərirdi ki, 
bolşevik  əxlaqı  ilə  islam  əxlaqı  bir-birlərinə  daban-dabana  zidd 
olduğundan  Sovetlərlə  Türkiyənin  yaxınlığı  məcburi  dostluqdur, 
özü  də  müvəqqətidir.  Ə.  M.  Topçubaşinin  Türkiyəni  müdafiə 
etməsi  Şevalyenin  xoşuna  gəlmədi.  O,  Gegeçkorini  Ə.  M. 
Topçubaşiyə çavab verməyə təhrik etdi. Lakin Gegeçkori təklifə 
razılıq  vermədi.  Belə  olduqda  Aqoranyan  söz  alıb  imperialist 
Türkiyəni və Rusiyanı Qafqazı, başlıcası isə Ermənistan torpaq-
larını  işğal  edərək  parçalamaqda  suçladı.  Qəzəblənən  Maklakov 
erməni nümayəndəsini nankorluqda tənbeh edərək, "Rusiya sabah 
yenə  ayağa  qalxacaq"  deyərək  zalı  tərk  etdi.  Lakin  Ə.  M. 
Topçubaşi ruhdan düşmür, Türkiyə haqqında Qərbdəki rəyin də-
yişməsinə çalışır, Qafqaz xalqları konfederasiyasının yaradılması  
ətrafında gərgin  iş aparırdı. 
1925-ci  ildən  sonra  mühacirət  təşkilatlarının  yaranması 
ətrafında mübahisələr, müəyyən fikir ayrılıqları meydana gəldi. Ə. 
M. Topçubaşi,  M. Ə. Rəsulzadə ilə bütün  mühacirləri vahid  bir 
təşkilatın  ətrafında  birləşdirməyə  çalışırdı.  Bu  dövrdə  Qafqaz 
respublikalarının  milli  mühacirləri  bir  deyil,  bir  neçə  təşkilat 
ətrafında cəmləşərək səlahiyyətli təmsilçilik uğrunda öz aralarında 
rəqabət  aparırdılar.  Ə.  M.  Topçubaşi  yaxşı  dərk  edirdi  ki,  belə 
vəziyət  Qafqaz  Konfederasiyasının  gerçəkləşməsinə  mane  olur. 
Ona  görə  Ə.  M.  Topçubaşi,  X.  Sultanova,  eləcə  də  gürcü 


 
 
337 
mühacirlərindən Aleksandr Asatianiyə yazdığı məktublarda səla-
hiyyətli  təmsilçilik məsələsi ilə bağlı ziddiyyətlərə yol verməməyə 
çağırırdı. 
Proseslərin  gedişi  göstərir  ki,  Ə.  M.  Topçubaşi  təkcə 
Azərbaycanın  deyil,    bütün  Qafqaz  və  Türküstan  mühacirlərinin 
ağsaqqalı olmuşdu. O, Paris sülh heyətinin bəzi narazı üzvlərinin 
də müqavimətini qıraraq, bütün Azərbaycan mühacirlərinin vahid 
bir təşkilat - AMM ətrafında sıx birləşməsinə nail ola bildi. AMM-
in Azərbaycanın əsas təmsilçi təşkilatına çevrilməsi M. Ə. Rəsul-
zadə ilə yanaşı, həm də Ə. M. Topçubaşinin tarixi xidmətidir. 
20-ci  illərdə  xaricdəki  Azərbaycan   tələbələrinin, mühacir 
təşkilatlarının, mətbuat orqanlarının maliyyələşməsində də Ə. M. 
Topçubaşinin  xüsusi  xidmətləri  olmuşdur.  Doğrudur,  sovet 
mənbəşünaslığında  Ə.  M.  Topçubaşinin  Fransa  hökumətindən 
aldığı maliyyə yardımının məbləği qəsdən şişirdilir, onun xarak-
teri isə təhrif edilir.   Məsələn,   arxiv   sənədlərində   göstərilir   ki, 
Ə.  M.  Topçubaşi  Bakı  neftini  Avropa  sahibkarlarına  sataraq, 
milyonlarla  frank  əldə  edirdi.  Əsl  həqiqət  isə  odur  ki,  Fransa 
hökumətinin,  ümumiyyətlə,  Qərbin  marağı  bolşevik  rejiminin 
məhv  edilməsi  idi,  elə  buna  görə  də  sovetlərdən  olan  bütün 
mühacir təşkilatlarına yardım göstərirdi.  
Ə. M. Topçubaşinin mühacirətdə ən böyük  xidməti Qafqaz 
Konfederasiyası  paktının  imzalanması  və  QKŞ-nin  yaradılması 
olmuşdur. 
1934-cu il iyulun 14-də Azərbaycan adından M. Ə. Rəsulzadə 
və  Ə.  M.  Topçubaşi,  Şimali  Qafqaz  adından  M.  Girey  Sunc, 
İbrahim Çulik, Tausultan Şakman, Gürcüstan adından N. Jordaniya, 
A.  Çxenkeli  Qafqaz  Konfederasiyası  Misaqını  (pakt)  imzaladılar. 
İmzalanan sənəddə Qafqaz  Konfederasiyasının  aşağıdakı  əsasları 
elan edilirdi: 
1.  QKŞ    xaricdə  tərkibinə  aldığı  cümhuriyyətlər  adından 
hərəkət  edəcək  və  müştərək    siyasi  gömrük  hüququna  malik 
olacaq. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə