Dövlət və hüquq nəzəriyyəsi
Təbii hüquq məktəbi XVIl-XVIll əsrlərdə Avropa hüquqşü-
naslığında hakim mövqeyə malik olmuşdur. Müasir tədqiqatçılar təbii
hüquq məktəbinin yaranmasını ilk növbədə Hüqo Qrotsinin
(1583-1645) yaradıcılığı ilə bağlayırlar. Qobbs, Lokk, Spinoza,
Pufendorf, Tomazi, Volf bu təlimin görkəmli nümayəndələri hesab
olunurlar. Rasional düşüncəyə əsaslanan təbii hüquq məktəbinin
formalaşması Hüqo Qrotsinin yaradıcılığı ilə başlasa da, təbii
hüququn tam şəkildə mənəvi teologiyadan ayrılmasında həlledici rolu
hüquq fəlsəfəsi ilə məşğul olan alman tədqiqatçısı Xristian Tomazi
(1655-1728) oynamışdır. İsveç alimi Erik Annersin yazdığı kimi,
Tomazinin əsas məqsədi sxolastik irsi bütünlüklə ayırıb çıxararaq
«sekulyarizasiya olunmuş» təbii hüquq yaratmaqdan ibarət idi. Bu
məsələdə o, Hüqo Qrotsidən irəli gedərək müstəqil bir mövqedən
çıxış edir. Çünki, H.Qrotsi orta əsrlər dövründən qalma bir
metodologiyaya əsaslanırdı. Həmin metodologiyaya görə, ilahi
hüquqla (jus divinum) təbii hüquq (jus naturale) bir-birinə bağlı
olmaqla ümumi bir tamı təşkil edirlər. Ancaq Tomazinin fikrincə «təbii
hüququn fundamental prinsipləri insan şüurundan irəli gəlir. Odur ki,
təmiz «yuridik» təbii hüquq insandan başlayır».’'
Təbii hüquq məktəbinin nümayəndələri belə hesab edirdilər ki,
hüquq elmi empirik hüquqi reallıqla məşğul olmamalıdır. Onların
fikrincə, pozitiv hüquq, yəni empirik olaraq münasibətləri tənzimləyən
hüquq normaları ictimai münasibətləri konkret ictimai-siyasi şəraitə
uyğun qaydada tənzimləyən mexanizm və ya texniki vasitədir və
onların əsl hüquq elminə aidiyyəti yoxdur.
Təbii hüquq məktəbini tənqid edənlərin ən çox diqqət verdiyi
məsələlərdən biri də həmin məktəbin nümayəndələrinin hüquq elmi
ilə pozitiv hüququ uzlaşdırmamasıdır. Tanınmış nəzəriyyəçi
Y.N.Trubetskoy yazır ki, Hüqo Qrotsi tərəfindən təməli qoyulmuş təbii
hüquq məktəbi pozitiv hüququn elmdən tamamilə kənara
sıxlaşdırılması təhlükəsini yaratmışdır. «Məsələ ondadır ki, Qrotsi və
onun davamçıları nə onları əhatələyən tarixi gerçək-
Аинерс Э. История европейского права. M., 1999, s. 226.
33
ilqar Məmmədov
liklə, nə də tarixin özü ilə hesablaşmırdılar. Onların fikrincə,
cəmiyyətdə yalnız şüurun tələblərinə cavab verən, yəni təbii hüquq
məntiqinə uyğun olan normalar tətbiq oluna bilər. Beləliklə, həmin
mütəfəkkirlər təbii hüququ a priori olaraq müəyyənləşən bütöv bir
qaydalar kodeksi kimi təsəvvür edirdilər. Həmçinin, belə hesab
olunurdu ki, həmin kodeksə uyğun gəlməyən nə varsa, şüura zidd
olan hadisə kimi ləğv edilməlidir».”'
XVII
əsrdə Avropada hüququn ümumi səviyyədə öyrənilməsi
məqsədinə xidmət edən «hüququn ensiklopediyası» adlı bir sahə
yaranmışdır. N.M.Korkunov yazır ki, hüququn ensiklopediyası adı ilə
nəşr olunan ilk kitab Qunnisin 1638-ci ildə dərc edilən əsəri
olmuşdur. İlk əvvəllər təbii hüquq məktəbinin hüququn
ensiklopediyasına təsiri o qədər də güclü deyildi. Təbii hüquq
məktəbinin hüququn ensiklopediyasına təsiri XVII əsrin ikinci yarısı
və XVIII əsrdə güclü olmuşdur. Bu təsirin nəticəsi idi ki, həmin dövrdə
təbii hüquq nəzəriyyəsini şərh etmək hüququn ensiklopediyasının
əsas vəzifəsinə çevrilmiş və hüququn ensiklopediyası tərəfindən
pozitiv hüquqa dəyər verilməmişdir. Təbii hüquq məktəbi empirik
hüquqi reallığı hüquq elminə aid olmayan hadisə kimi
dəyərləndirdiyindən onun təsiri altında inkişaf edən hüququn
ensiklopediyasında da tətbiqi hüquqşünaslığı əhatə edən ümumi,
nəzəri sistem yaradılmamışdır. Bu səbəbdəndir ki, tətbiqi
hüquqşünaslıq sahəsi ilə bağlı hüququn ayrıca ensiklopediyasının
yaradılması istiqamətində inkişaf baş vermişdir.
Təbii hüquq məktəbinin təsiri altında olan ensiklopediyadan
fərqli olaraq, ikinci istiqamətdə inkişaf edən ensiklopediyada
faktlardan çıxış etməyə üstünlük verilirdi. Bu isə, öz növbəsində,
həmin istiqamətdə çalışan hüquqşünaslarda empirik düşüncənin
inkişaf etməsinə təsir göstərmişdir. Təbii hüquq məktəbinin təsiri
altında olan ensiklopediyada bütöv hüquqi sistem apriori
mühakimələrdən deduksiya edildiyi halda, ikinci istiqamətdə inkişaf
edən hüququn ensiklopediyası empirik və induktiv düşüncəni
' Трубетцкой E.H.
Энциклопедия права. Санкт-Петербург, 1999, s.
63.
34
Dövlət və hüquq nəzəriyyəsi
əsas götürərək faktlardan çıxış etməyə üstünlük vermişdir. Odur ki,
həmin ensiklopediyada faktiki materialın mənasını izah edən,
mahiyyətini açan ümumi müddəalar özünə geniş yer almışdır.
F.V.Taranovskinin yazdığı kimi, həmin ensiklopediyadakı empirik
ümumiləşdirmələr ayrı-ayrı hüquq sahələrinin əsas məzmununu açıb
göstərməkdən uzağa getməsə də, bu, elmi fikrin yeni istiqamətdə
inkişafına təkan vermişdir.
XVIII
əsrin birinci yarısında empirik hüquq ensiklopediyasının ən
yaxşı nümunəsi iohan Stefan Pyutterin birinci nəşrdə «Hüquq
ensiklopediyası eskizi», ikinci nəşrdə isə «Hüquq ensiklopediyası
təcrübəsi» adalandırıian əsəri olmuşdur. S.Pyutterin bu əsəri Avropa
hüquqşünaslığında hüquq ensiklopediyasının yerini möhkəmlətmiş,
yalnız iki əsrdən sonra hüququn ensiklopediyası öz yerini hüquq
nəzəriyyəsinə vermişdir.
Həmin dövrdə hüququn ensiklopediyası ilə yanaşı, hüquq
fəlsəfəsi də inkişaf etmiş və bu fəlsəfə Kantın, Hegelin əsərlərində öz
inkişaf zirvəsinə çatmışdır.
Müasir nəzəriyyəçilər məhz hüququn ensiklopediyasını dövlət və
hüquq nəzəriyyəsinin başlanğıcı hesab edirlər. Bununla yanaşı,
nəzəriyyəçilər belə hesab edirlər kl, hüquq ensiklopediyası hüquq
fəlsəfəsi ilə əlaqəli şəkildə inkişaf etmişdir. Hüququn ensiklopediyası
inkişaf edərkən hüquq fəlsəfəsində hazırlanan İdeyalardan
bəhrələnmiş və onunla yaxından əlaqəsi olmuşdur. N.M.Korkunov
isə, hətta onları bir-birindən ayırmağa lüzum bilmir. O yazır: «Hüquq
fəlsəfəsi ensiklopediyadan ayrı bir elm kimi tanına bilməz. Hüququn
fəlsəfəsi və hüququn ensiklopediyası eyni bir şeydir. Bunlar yalnız
ümumlləşdlricl sahənin- ümumi hüquq nəzəriyyəsinin hazırlanma
mərhələləridir»."'
XVIIl əsrin sonlarına doğru hüquqi biliklər sistemi kimi
formalaşmağa
istiqamətlənmiş
hüququn
ensiklopediyası
fəlsəfi-rasio- nalist və tarixi-empirik xətlərə ayrılırdı. Birincisi, apriori
ideyalardan çıxış etməklə deduksiya yolu İlə təbii hüququn əsas
sistem-
' Коркунов H.M.
Лекции по общей теории права. Санкт- Петербург,
2004,
S.
48.
35
Dostları ilə paylaş: |