Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə194/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   190   191   192   193   194   195   196   197   ...   205

ilqar Məmmədov 

onlara  imkan  yaradır.  Beləliklə,  kim  ki  tələb  edir  ki,  yalnız  qanun 

şahlıq etsin, o yalnız tanrının və ağlın hökmdarlığını istəyir...»'' 

Aristotel hüquq pozuntularının cəmiyyətdə adi hala çevrilməsini 

dövlətin sağlam əsaslarının məhv olması kimi qiymətləndirir. O deyir 

ki,  hüquq  pozuntuları  dövlət  həyatına  hiss  olunmadan  yavaş-yavaş 

daxil  olur.  Necə  ki,  xırda  xərclər  çoxalaraq  tədricən  insanın  varını 

əlindən  alır,  hüquq  pozuntularının  yavaş-yavaş  dövlətdə  özünə  yer 

alması da o cürdür. Xırda xərclər artarkən var-dövlətin əldən getməsi 

birdən  baş  vermədiyi  kimi,  tək-tək  görünən  hüquq  pozuntuları  da 

dövləti  tədricən  məhvə  aparır.  Xırdalar  toplanaraq  cəmdə  çox  olur. 

Odur  ki,  hər  bir  xırda  hüquq  pozuntusunun  qarşısı  ciddi  şəkildə 

alınmalıdır. 

Aristotelin  fikrincə,  dövlətin  sağlam  əsaslarının  qorunub 

saxlanması  və  inkişafının  təmin  edilməsi  üçün  vətəndaşlardan  bir 

qisminin  başqalarının  hesabına  həddindən  artıq  varlanmasına  yol 

verilməməlidir.  Bunun  qarşısını  alan  ən  yaxşı  tədbir  əhalinin 

əksəriyyətini  təşkil  edən  hissəni  dövlət  işlərinə  cəlb  etmək,  eyni 

zamanda  da  varlılarla  imkansızları  yaxınlaşdırmaq  və  orta  səviyyəli 

vətəndaşların  sayını  çoxaltmaqdır.  Axırıncı  üsul  bərabərsizlik 

zəminində cəmiyyətdə baş verən daxili didişmələrin, qarşıdurmaların 

aradan götürülməsinə gətirib çıxarır. «Hər bir dövlət quruluşunun ən 

vacib  vəzifəsi  isə  qanunlar  və  digər  qaydalar  vasitəsi  ilə  vəzifəli 

şəxslərin var-dövlət yığmasının qarşısını ala bilməkdən ibarətdir».2 

V.A.Çetvernin 

Aristoteiin 

siyasi-hüquqi 

görüşlərinə 

öz 

münasibətini  belə  açıqlayır:  «Müasir  dillə  belə  deyə  bilərik  ki, 



Aristotelin  təliminə  görə,  dövlətin  siyasiliyi  və  hüquqiliyi  (hüquqi 

xarakteri) eyni bir şeydir. Buna görə də, onun dövlət və qanun (pozitiv 

hüquq) haqqında təbii hüquq təiiminə əsaslanan siyasət elmi hüquqi 

qanun  və  hüquqi  dövlətçilik  barəsində  olan  ilkin  ideyaları  əks 

etdirir».3 

'Аристотель. 

Сочинения в четырех томах. Том 

4. 8. 481. 

^Аристотель. 

Сочинения в четырех томах. Том 

4. 8. 547. 

•^Проблемы 

обшей теории права и гоеударства. 

Под общей редакгщей проф. 

Нерсесяш

1

а В.С.

 

8. 655.



 

582 


Dövlət və hüquq nəzəriyyəsi 

Dövlətin  hüquqla  əlaqəli  şəkildə  şərh  edilməsinə  Roma 

mütəfəkkirləri və hüquqşünasları da xüsusi maraq göstərirdilər. Məhz 

Roma  hüquqşünaslarının  yaradıcılığı  nəticəsində  yurispru-  densiya, 

yəni hüquqşünaslıq kimi tanınan bir elm sahəsi meydana gəlmişdir. 

Roma hüquqşünasları hüquq (ius) deyərkən, ədalətli hüquq nəzərdə 

tuturdular. Məsələn, Ulpian deyirdi ki, «hüquqla məşğul olan şəxs, ilk 

əvvəl müəyyənləşdirməlidir ki, hüquq (ius) anlayışı haradan meydana 

gəlmişdir. Bu anlayışın kökü ədalətə (iustitia) gedib çıxır». 

Hüquqla bağlı nəzəri fikrin inkişaf etdirilməsində xüsusi rolu olan 

şəxslərdən biri də məşhur Roma mütəfəkkiri, natiq və hüquqşünası 

Siserondur. Siseronun fikrincə, dövlət və qanun (yəni pozitiv hüquq) 

mahiyyət  etibarilə  vahid,  ədalətli  və  şüurla  dərk  edilən 

başlanğıcın-təbii hüququn müxtəlif cür ifadə formalarıdır. Təbii hüquq 

istənilən yazılı qanundan və dövlətin özünün təməli qoyulmamışdan 

əvvəl meydana gəlmişdir. Dövlət isə insanlar arasında razılaşdırılmış 

hüquq  münasibətlərini,  «ümumi  hüquq  qaydasını»  ifadə  edir. 

Siseronun  konsepsiyasında  dövlətin  müəyyənləşdirdiyi  qanunların 

təbii  hüquqdan  irəli  gələn  tələblərə  uyğun  olması  zərurəti  ortaya 

qoyulur. Ədalətsiz qanunlara gəldikdə isə, quldurların ümumi razılığı 

ilə  müəyyənləşən  qərarlar  nə  dərəcədə  qanun  hesab  edilə  bilərsə, 

onlar da bir o dərəcədə qanundur. Siseronun qanuna olan belə bir 

münasibəti müasir dövrdə hüquqi qanun təsəvvürünə xeyli yaxındır. 

Siseronun  fikrincə,  vətəndaşın  azadlığı  onun  hüququdur  və  bu 

azadlıq  ümumi  hüquq  qaydasının,  bütövlükdə  dövlətçiliyin  tərkib 

hissəsidir. 

Qədim romalıların hüquqa olan münasibətlərini hüquqşünasların 

həmişə  diqqət  yetirdiyi  bir  sıra  məşhur  sentensiyalar  da  izah  edə 

bilər.  Onların  bəzilərinə  nəzər  yetirək:  «Qoy  dünya  dağılsın,  ancaq 

qanun  qələbə  çalsın»,  «Azad  olmaq  üçün  qanunların  qulu  olmaq 

lazımdır»,  «Dövləti  qanun  idarə  etməlidir»,  «Qanun  sərtdir,  lakin  o 

qanundur», «Xalqın rifahı ali qanundur» və s. 

Ümumiyyətlə,  Roma  hüquqşünaslığında  dövlətlə  hüququn 

münasibətində hüquq ədalətin və düzgünlüyün kriteriyası kimi 



583 


ilqar Məmmədov 

çıxış  edir.  Qədim  dövrdə  dövlətə  göstərilən  belə  bir  münasibət, 

müasir tədqiqatçılar tərəfindən hüquqi dövlət nəzəriyyəsinin gələcək 

inkişafının qnoseoloji aspektinin zəruri həlqəsi hesab olunur. 

Qədim  Yunan  və  Roma  mütəfəkkirlərinin  dövlət  və  hüquq 

haqqındakı görüşləri orta əsrlər dövrünün mütəfəkkirlərinin də diqqət 

mərkəzində  olmuşdur.  Bu  mənada  orta  əsrlər  teologiya-  sının  ən 

görkəmli  nümayəndələrindən  olan  Foma  Akvinskinin  (1225-1274) 

siyasi-hüquqi görüşləri müasir tədqiqatçılar üçün xüsusi əhəmiyyətə 

malikdir.  O,  xristian  dininin  mövqeyindən  çıxış  edərək  antik 

mütəfəkkirlərin, 

xüsusilə 

də 

Aristotelin, 



həmçinin 

Roma 


hüquqşünaslarının  bir-sıra  siyasi  hüquqi  ideyalarını inkişaf  etdirmiş, 

öz dövrü üçün də həmin ideyaların mühüm əhəmiyyət kəsb etdiyini 

əsaslandıra bilmişdir. 

Foma  Akvinskiyə  görə,  təbii  qanun  həqiqətin  axtarışına, 

insanların yaşamasının təmin edilməsinə istiqamətlənməklə bərabər, 

həm də şüurlu varlıq olan insanın ləyaqətinin yüksək tutulmasını tələb 

edir.  Foma  Akvinsikinin  insanın  şərəf  və  ləyaqətinə  hörmətlə 

yanaşılması  ilə  bağlı  irəli  sürdüyü  tələbin  siyasi-hüquqi  planda 

insanın ayrılmaz təbii hüquqları ilə əlaqəsi var. Onun fikrincə, dövlət 

və insanlar tərəfindən müəyyənləşən qanun, yəni pozitiv hüquq insan 

şəxsiyyətini, şərəf və ləyaqətini yüksək tutmalıdır. 

Foma  Akvinskinin  fikrincə.  Tanrının  müəyyənləşdirdiyi  əbədi 

qanun təbiətə sirayət olunmaqla təbii qanuna çevrilir. Təbii qanunun 

özünün üç mühüm aspekti var. Birincisi, canlı məxluq olan insanın öz 

varlığını qoruyub saxlamaq istəyi ilə bağlıdır. İkincisi, insanın bir canlı 

kimi  öz  təbii  tələbatlarını  ödəməsini  tənzimləyir.  Üçüncüsü  isə, 

insanların  bir  cəmiyyətdə  birləşərək  şüurun  müəyyənləşdirdiyi 

qaydalara uyğun yaşaması ilə bağlıdır. İnsanların yaratdığı qanunun 

özünün  müstəqil  əsası  yoxdur.  Onların  təyinatı  təbii  qanunun 

insandan tələb etdiyi daha xüsusi hərəkətlərin tənzimlənməsini təmin 

etməkdən  ibarətdir.  «Hökmdarların,  dövlətlərin  qanunvericilik 

fəaliyyəti  ondan  ibarətdir  ki,  təbii  qanunun  ümumi  prinsiplərindən 

cəmiyyətdə yaşamaq üçün lazım olan ayrı-ayrı hallar üçün nəticələr 

çıxarılsın.(...) Odur ki. 



584 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə