Qasim qirxqizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
1   2   3   4   5   6   7   8   9   ...   23

28
Qazaxıstan,  Almaniya,  Türkiyə,  İran,  Da-
ğıstan və bir çox ölkələri gəzən şair, folklorşünas-
alim rastlaşdığı bir çox hadisələrə biganə qalmamış, 
gördüklərini şeir dili ilə deməyi bacarmışdır. 
Qazaxıstan  səfəri  zamanı  “Qorqudun  mə-
zarı”  şeirində Dədə Qorqud  ilə görüşür,  dərdləşir,
məzarı yanında daş olmuş qırx qızı görür:
           Qorqudumu gördüm əlində qopuz,
           Məzarı yanında daş olmuş qırx qız,
           Gözəllərdən biri şikəst, ayaqsız,
           Yaralı ceyranın bərəsindəyəm.
Almaniyada olarkən yazdığı “Dəyməz” şeiri 
ibrətamizdir.
Qürbət el bəzənə bir cənnət ola,
Yurdumun bir parça daşına dəyməz.
Az görmədim alçaq, uca dağları
Qoşqarımın qarlı qışına dəyməz.
Sədnik deyər, qürbət elin nə yazı?
Qürbət eldə ötməz könlümün sazı,
Min gül aça min dərəsi, min düzü
Vətənin boranlı qışına dəyməz.
Vətəninin  boranını,  qışını,  şaxta-sazağını 
qürbət  elin  min  baharına,  yayına  dəyişməyən  şair 


29
yanılmır, Vətəninə qəlbən bağlı olduğunu bir daha 
sübut edir.
Doğma,  qardaş  Türkiyəyə səfəri  zamanı 
yazdığı şeirlər, doğmalıqdan xəbər verir.
Mən qocaman dağlarını dolaşdım,
Bilməm hansı çəmənzara, getmisən.
Ay Yunis İmrənin sarı çiçəyi,
Necə olub ürəyimdə bitmisən?
Yunis  İmrənin  sarıçiçəyini  ürəyində bitirən 
Sədnik müəllimin Türkiyəyə məhəbbəti sonsuzdur.
“Pirsultan babam” şeirində Pirsultanı bahara
pirə, ocağa bənzədir, Azəri yurdunda dağ olduğunu 
bildirir. 
Türkiyə səfərləri  zamanı  yazdığı  bitkin, 
dolğun şeirlər insan qəlbini riqqətə gətirir. 
“Araz”  şeirində ürəyində Təbriz  həsrətinin 
olduğunu,  ayrılığın göz  yaşına  çevrildiyini,  Sava-
lana quş olub uçmaq istədiyini həsrətliklə Arazdan 
soruşur:
Göyüm-göyüm göynəmişəm,
Bilirsənmi, neyləmişəm?
Dərd becərib, qəm yemişəm,
Qəmimi biçimmi, Araz?
Bu misraları oxuyanda az qalırsan ki, Araza 
göz  yaşı  töküb  hönkür-hönkür  ağlayasan. Dərd  


30
becərib,  qəm  yemək,  qəm  biçmək  kimi  ifadələr 
təzadlı ifadələrdir.
Görkəmli bayatı ustadı Sarı Aşıq demişdir: 
Mən aşiqəm ha sarı,
Sınıq könlüm ha sarı.
Aşiq dərddən ev tikdi,
Qəmdən çəkdi hasarı.
Sədnik müəllimin “Araz” şeirində  söylədiyi 
fikirlər  əsrlərin  o  tayını  adlayaraq  ustadı  Sarı 
Aşığın  oxşarlığına  üz  tutur,  ondan  ibrət  dərsi 
götürdüyünü bir daha təsdiqləyir.
Folklorşünas-alim,  şair  adını  qazanan 
S.P.Pirsultanlı  Azərbaycan  ədəbiyyatı  tarixində
özünə görkəmli  yerlərdən  birini  tutmuşdur.  Yaşı 
səksəni  keçməsinə baxmayaraq  gənclik  həvəsi  ilə
yazır,  yenə də yaradır.  Günlərlə oturub  onunla 
söhbət  etsən, görərsən  ki,  hər  bir  söhbəti  şifahi 
xalq ədəbiyyatına söykənir. Onun dadlı, duzlu kə-
lamlarını,  atalar  sözləri,  lətifələr,  gülməcələr 
şirinləşdirir.  
Sədnik  müəllimin  poetik  duyğuları  xalqı-
mızın  qan  yaddaşından  süzülüb  gələn  saf  bir 
çeşməyə bənzəyir.  Bu  bənzəyişdə xalq  ruhu  ay-
dınca  hiss  olunur.  Xalq  ruhundan qaynaqlanan, 
yaranan əsərlər unudulmur, yaddan çıxmır. 


31
“Təbrizim  layla”  şeirində elə bil  ki,  Təbriz 
bir  ağbirçək  anadır,  nakam  övladına  layla  çalır, 
ayrılıq  iztirablarına dözə bilmir:
Mənə də körpələr  kimi,
Layla, de, Təbrizim, layla.
Di ələ al ürəyimi,
Layla, de, Təbrizim, layla. 
Az çəkmədik zülm-zillət,
Hər dərdimiz bir hekayət,
Döyülməyən olmur, millət,
Layla, de, Təbrizim, layla. 
“Bağdaddan gələn qəmli səslər” bölümündə, 
“Durnalar” şeirində Bağdadın dərdinə dözməyərək 
göz  yaşı  tökür,  Füzulinin  ahının  ərşə dayandığını
ürək yanğısı ilə bildirir:
Bağdadın hər günü qandı-qadadı,
Görən yazda gələcəkmi durnalar?
Dəşti-Kərbəlada, Vətən yolunda,
Şəhid olub, öləcəkmi durnalar?
Kəbənin qızıldan kərpici yandı,
Füzulinin ahı ərşə dayandı,
Sədnikin ürəyi qana boyandı,
Göz yaşını siləcəkmi durnalar?


32
Ü rəklərdə heykəlləşən  Cəfər  Cabbarlı,  Mir-
zə İbrahimov, Rəsul Rza, Nazim Hikmət,  Firidun 
Şimşək,  Bağır  Ulduz,  Ələddin  Əsgərov,  Həsən 
Mirzə,  Hüseyn  Arifə yazdığı  şeirlərdə də insan-
lığın incə çalarları nəzərə çarpır. 
Xeyirxah  və yaradıcı  insanlara  həsr  etdiyi 
şeirlər də öz motivinə görə seçilir. 
Ustad  aşıqlara  xüsusi  səhifələr  ayıran  şair 
onların  xalq  qarşısında  göstərdikləri  xidmətləri  
yüksək  qiymətləndirib    və onların  sazla  vəhdətini 
birləşdirərək yaddaqalan şeir nümunələri yaradıb. 
Sədnik deyər, unutmaram mən sizi,
Sizdə tapdım ilk cığırı, ilk izi,
Qorqudlu, Abbaslı keçmişimizi,
Yaşaya-yaşaya yaşadır aşıq:
- deməklə ilk  cığırını,  ilk  izini  aşıqlarda,  sazda 
tapdığını, - söyləyir.
Aşıq  və müğənni  qızlar  da  şairin  yadından 
çıxmamış, onlara xeyli sayda şeir həsr etmişdir. 
Ay Gülarə, sazın niyə inləyir,
Hardan alıb  bu kədəri, bu qəmi.
Hanı sənin şən avazın, ay zalım?
Dözəmmədim, yaş götürdü didəmi,
Dağa söylə, dağa göndər bu qəmi.
                                     (“Gülə göndər”)


33
S.P.Pirsultanlı  qəzəl  janrına  da  müraciət 
etmiş,  bu  sahədə dilimizin  saflığını,  şirinliyini 
qorumağa çalışmışdır. 
O tacidar Füzulinin, həm Seyidin, həm Vahidin,
Dəryayi-ümman içində ləli-mərcanı qəzəldir.  
                           
(“Qəzəldir”)
“Mənim  mahnılarım”  bölümündə də xeyli 
şeirə yer verilmişdir. Bu mahnıların həzinliyi sanki 
istidən pörşələnən  ürəklərə sərin bulaq suyu səpir:
Dağ əriyər, göl quruyar,
Dağ tərpənər, dağ yeriyər,
Məhəbbətim dilə gəlsə...
Göydən günəş baxa bilməz,
Axar sular axa bilməz,
Məhəbbətim dilə gəlsə...
    (Məhəbbətim dilə gəlsə...”)
Üçlük  formasında  yazılan  belə şeir  forma-
larına az məqamlarda    rast  gəlirik.  Azər-baycan 
poeziyasında nadir hallarda işlənən bu şeir forması 
şairin tapıntısıdır:
Yaralanıb bilməmişəm,
Ü rəyimə, dəymə mənim,


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə