mada 3 №-li balıq vətəgəsi yanında salınmışdır. Qəsəbə Nabran
İƏV-də, Xəzər dənizi sahilində yerləşir.
ŞOLLAR. Rayonun Susayqışlaq İƏV-də şəhərtipli qəsəbə.
Mənbələrdə qeyd olunur ki, H.Z.Tağıyevin dəvəti ilə Bakıya gə -
lə rək Azərbaycanın Şimal bölgəsində axtarışlar aparan ingilis
mühəndisi Uilyam Lindley Şollar – Fərzəlioba ərazisində su axta -
rışı ilə quyular qazdırdı. Bu quyuları Şollar quyuları adlandırdılar.
1911-ci ildə başlanan Bakı-Şollar su kəmərinin çəkilişi 1917-ci
ilin yanvar ayında başa çatdı.
Yaşayış məntəqəsi artezian quyularından suyun Bakı su
kəmərinə vurulduğu Şollar adlı yerdə yarandığına görə belə
adlandırılmışdır. Çox güman ki, yerin adı “güclü su mənbəyi, su
şırnağı” mənasındadır.
TAĞAROBA. Rayonun Ləcət İƏV-də kənd. Yerli məlumata
görə kəndin əhalisi qədim Beyləqan şəhərindən gəlmədirlər. Ant ro -
ponim mənşəli oykonim olması ehtimal edilir. Oykonimi fars dilin -
dəki tağ (dairə, qübbə, günbəz) sözü ilə də əlaqələndirmək olar.
TEL. Rayonun Nabran İƏV-də kənd. Tel qədim türk tayfa -
larından birinin adıdır.
Mənbələrdə bu tayfaların Monqolustanın şimalında yaşaması
haqqında məlumat verilir. Etnonim mənşəli bu oykonimlə
Azərbaycan ərazisində Telavar (Yardımlı), Telişli (İmişli) adlı
yaşayış məskənləri vardır. Bəzi tədqiqatçılar isə oykonimi ərəb
dilindəki tel (təpə, kurqan) sözü ilə əlaqələndirirlər. Kənd salındığı
ərazinin adını daşıyır.
Tarixçi-alim İ.Şahbazov da Tel kəndinin əhalisinin mənşə
etibarilə türk tayfalarından olduğu qənaətindədir.
TİKANLIOBA (TİKANOBA). Rayonun Uzunoba İƏV-də
kənd. Yaşayış məntəqəsini XIX əsrin ortalarında Quba rayonunun
dağlıq ərazilərindən köçüb gəlmiş ailələr qışlaq yerində salmışlar.
89
Fitonim mənşəli oykonimdir. Qışlaq Xəzər dənizinə yaxın tikanlıq
ərazidə, iynəyarpaqlı tikana oxşar çöl bitkisi çox olan ərazidə
olduğu üçün yaşayış məntəqəsi də “tikanlı ərazidəki oba”,
“tikanlıqda olan oba” mənasında Tikanlıoba adlandırılmışdır.
Oykonimdəki -lı şəkilçisi ixtisar edilərək bölgədə Tikanoba kimi
də tələffüz edilir.
TURİST. Rayonun Nabran İƏV-də qəsəbə. Yaşayış məntəqəsi
1965-ci ildə burada turist bazasının yaradılması ilə əlaqədar belə
adlandırılmışdır.
UKUROBA. Hidronim mənşəli oykonimdir. Ləzgi dilində
ukur sözü əyri deməkdir. Oykonim Samur çayının sağ qolu olan
Ukurçayın adı ilə belə adlandırılmışdır. Qusar rayonu Mucuq İƏV-
dəki kənd Ukur adlanır. Tam adı Ukurvas (ukur – əyri, vas – çay)
olduğu bildirilir. Rayonun Ukuroba kəndinin ərazisi əvvəllər Ukur
kəndinə məxsus oba yeri olmuşdur. Oykonim “Ukur kəndinə
məxsus oba” mənasındadır. Kənd Yalama İƏV-də yerləşir.
USTACƏLİLLİ (USTACALLI). Rayonun Hülövlü İƏV-də
kənd. Mənbələrdə oykonimin əsli Ustaclı olması göstərilir.
Oykonim qızılbaşların ustaclı tayfasının adını əks etdirir.
XI əsrdə Səlcuqların tərkibində Kiçik Asiyaya, XV əsrin
sonlarında isə Azərbaycana gələn ustaclılar qızılbaş tayfa birliyinə
daxil olmuş Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol
oynamışlar. Səfəvi sərkərdələrinin və bəylərinin bir çoxu ustaclı
tayfasından təyin olunurdu. Yazılı mənbələrdə ilk dəfə 1488-ci il
hadisələri ilə əlaqədar adları çəkilən ustaclıların sonralar çavuşlu,
toxmaq, kəngərli və başqa qollara bölünmələri haqqında məlu -
matlar var.
Ustaclı (Ustacallı) tayfası İran Azərbaycanından buraya köçüb
Quba qəzasında Ustacallı (Ustacəlilli–Q.İ.) kəndinin əsasını qoy -
muş dur (51, 50).
90
UZUNOBA. Kəndin keçmiş adı Uzunoba yataq olmuşdur.
Yaşayış məntəqəsini XIX əsrin ortalarında Quba rayonunun dağlıq
ərazilərindən gəlmiş ailələr qışlaq yerində salmışlar. Buradakı
qışlaq yataqları uzununa, cərgə ilə salındığından oykonim belə
adlandırılmışdır. Kollektivləşmədən sonra qışlaq daimi yaşayış
məntəqəsinə çevrilmişdir.
ÜÇGÜN. Rayonun Yergüc İƏV-də, Qudyal çayının sahilində
yerləşir. Kəndin əsasını Quba rayonunun Üçgün kəndindən gəlmiş
ailələr özlərinə məxsus qışlaq yerində salmışlar. Üçgün oronim
mənşəli oykonimdir. Qubanın Küpçal kəndi yaxınlığındakı dağın
(Uçqundağ) adı ilə bağlıdır. Oykonim “Üçgün kəndinə məxsus qış -
laq” mənasındadır. Üçgün adı uçqun sözünün fonetik variantıdır.
VƏLƏMİR. Rayonun Müqtədir İƏV-də kənd. Bu oykonim
inqilabaqədərki ədəbiyyatlarda Vəliəmir, bəzən də Vəli Əmir
variantında işlənmişdir. XX əsrin əvvəllərində Quba qəzasında bu
adda iki kənd qeydə alınmışdır. Yaşayış məntəqəsi Vəli Əmir (şəxs
adı) adı ilə bağlıdır. Sonralar bu oykonim qismən təhrifə uğrayaraq
eleziya nəticəsində (“i” səsinin səs ortasında düşməsi) Vələmir
şəklini almışdır.
Bəziləri səhvən oykonimi taxıl fəsiləsindən olan dənli bitkinin
(vələmir) adı ilə bağlayırlar.
YAQUBOBA. Rayonun Yalama İƏV-də kənd. Yaşayış
məntəqəsini dağlıq ərazilərdən gələn ailələr salmışlar. Oykonim
Yaqub (şəxs adı) və oba komponentlərindən düzəlib, “Yaqubun
obası” mənasındadır.
YALAMA. Oykonim XIX əsrin sonlarında dəmir yolu xətti
çəkilişindən sonra stansiya yaxınlığındakı Yalama çayının adı ilə
adlandırılmışdır. Sonralar ətraf yerlərdən gəlmiş ailələrin məskun -
laşması nəticəsində stansiya yaşayış məntəqəsinə çevrilmişdir.
Yalama coğrafi termin kimi “dəniz sahilində dalğanın qovduğu
91
Dostları ilə paylaş: |