6
CƏBRAYIL.
NƏYĠM KETDĠ,
NƏYĠM QALDI?...
Ərazisi -
1050 kv. km.
Əhalisi -
54,430 nəfər
Əhalisinin tərkibi
KiĢilər -
26580 nəfər
Qadınlar -
27850 nəfər
PeĢə məktəbi -
27850 nəfər
Ümumitəhsil məktəbi -
72
Xəstəxanalar -
8
Tarixi abidələr -
5 məscid, 127 abidə
Mədəniyyət ocaqları -
149
7
QƏHRƏMANLIQ HAQQINDA HEKAYƏT
Əsas qayəsini Vətən, torpaq sevgisi təĢkil edən, lazım gələndə onun
yolunda canını əsirkəməyən mərd oğullarımızın hünəri, igidliyi böyük məhəbbətlə,
vətəndaĢ qeyrəti ilə lakonik bir dildə əks olunaraq ərsəyə gətirilmiĢ "Qəm leysanı"
kitabı hər birimizin qəlbini ovundurub ürəyinə toxtaqlıq verməklə yanaĢı
gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsində və torpaqlarımızın müdafiəsi
uğrunda hazır olmaları istiqamətində əvəzsiz rolu inkaredilməzdir.
Kitabı oxuduqca gözlərimiz önündə yaralanmıĢ torpaqlarımızın qisasını
almaq uğrunda aparılan ölüm-dirim mübarizəsinin dəhĢətli mənzərəsi canlanır.
Qəhrəman əsgərərimizin qorxmazlığı, Ģücaəti adamda daxili bir qürur hissi oyatsa
da, hələ həyatdan əməlli-baĢlı kam almayan, kökslərində gəzdirdikləri Ģirin
arzulara çatmadan ömür yolları yarımçıq qırılmıĢ Ģəhid balalarımızın vaxtsız
əbədiyyətə qovuĢmalarına heyfsilənməyə bilmirsən.
Hər sətrinə müəlliflərin qəlblərinin göynərtisi, ürəklərinin qanı hopmuĢ
kitabı həyəcansız oxumaq mümgün deyil. Onu vərəqlədikcə adamı dəhĢət bürüyür,
inanmaq istəmirsən ki, tarixin sərt sınaqlarından həmiĢə baĢıuca, üzüağ çıxan ulu
Cəbrayıl torpağı altı ildir erməni təcavüzkarlığının iĢğalına məruz qalıb. Axı necə
də inanasan? Məgər hər daĢı, qayası, hər evi, məktəbli çantasını silahla əvəz edərək
əfsanəvi qəhrəmanlıq göstərən 11 yaĢlı Samirləri, əsir düĢməmək üçün qumbaraya
əl ataraq düĢmənlərlə bərabər özünü də məhv edən Cabbarları, ən ağır iĢgəncələrə
dəyanətlə dözərək erməni cəlladları qarĢısında baĢ əyməyən, Vətənin namusunu
ölümdən üstün tutaraq varlığımızın simvolu kimi bayrağımızı öpüb gözünün
üstünə qoymaqla düĢmənin özünü də heyrətə salan Ġlqarları, ulu babalarının
mətanətini, igidliyini, dönməzliyini özündə yaĢadan Muradları, ġakirləri, Faiqləri
və yüzlərlə ürəyi təpərli qəhrəman oğulları olan bir torpaq heç erməni faĢistlərinin
qanlı caynağına keçə bilərdimi?! Artıq bütün dünyaya səs salan məlum həqiqətlər
bir daha xatırladılır, baĢımıza gətirilən faciənin səbəbkarları lənətlə damğalanaraq
oxucuya təqdim olunur. Zənkin sərvətə malik Azərbaycana zəhərli diĢlərin
qıcanması, imperiyapərəst qüvvələrin onu yenidən kölə vəziyyətinə salmaq istəyi
ərazimizin bir hissəsinin itirilməsinin əsas səbəbi kimi kitabda öz əksini tapmıĢdır.
Əsərdə ermənilərin heç bir günahı olmayan dinc əhalini, qocaları,
uĢaqları, qadınları atəĢə tutaraq qəddarcasına məhv etmələri ürək ağrısı ilə
verilərək faĢist xislətli Milli düĢmənlərimizin insanlıqla bir araya sığmayan iyrənc
əməllərinə qarĢı oxucuda dərin nifrət hissi oyadır. Bizi xalqımızın sonrakı taleyi
barədə düĢünməyə, bədnam düĢmənlərimizin bəd niyyətlərinin puça çıxması üçün
daha sayıq olmağa çağırır.
"Qəm leysanı" təkcə Ģəhidlərimiz haqqında qələmə alınan qəhrəmanlıq
dastanı deyil, o həm də tarixinə Ģəhidlik ağrısı yazılmıĢ bütöv ellərimizin,
yandırılmıĢ evlərimizin, qiyməti heç nə ilə ölçüyə gəlməyən, qədim tarixə malik
8
maddi və mədəniyyət abidələrimizin harayından söhbət açan, habelə quduzlaĢmıĢ
ermənilərin məmləkətimizi yer üzündən silmək kimi azğın məqsədlərini ürək ağrısı
ilə, daxilən qovrula-qovrula təsvir edən bir tarixi sənəddir.
Kitabın “Qəm leysanı" adlandırılması tamamilə məzmuna uyğun səslənir.
Çünki neçə illərdir ki, baĢımız üstündə fırlanaraq Milli varlığımızı təhlükə altına
alan qara kabus yurdumuzu qan leysanına bürüyüb. Ancaq təsəllimiz onadır ki,
belə leysanlar uzun çəkə bilməz və biz inanırıq ki, yaxın vaxtlarda səmamız
üzərindən qara buludlar yox olacaq. O zaman Ģəhid balasının qəbri üstünə bir ovuc
Vətən torpağı atmaq üçün əlləri havada uzalı qalan ağ saçlı ananın, gözünün ağı-
qarası itkin düĢmüĢ yeganə oğlunun intizarından qəddi kaman kimi əyilmiĢ
ixtiyarın, gözləri üzünü görmədikləri Ģəhid atalarının yollarına dikilmiĢ körpə
fidanlarımızın, qardaĢ həsrəti ilə gecə-gündüz Ģam tək əriyən bacıların göylərə
bülənd olan nalələrinin intiqamı alınar. Əks təqdirdə qəzəbindən qəbri çat-çat
olmuĢ babaların, Ģəhidlərimizin baĢımız üstə narahat-narahat dolanan nigaran
ruhları bizi bağıĢlmaz.
Ümumiyyətlə, Ģəhidlər üçün bir kəlmə söz söyləmək də savabdır deyən
Ġ.Ġmanzadə və T.Abbasov böyük zəhmət bahasına çox nəcib və xeyirxah bir iĢ
görərək yurdu yaĢatmaq üçün canlarından keçən Ģəhid oğullarımız haqqında
gələcək nəsillərə nümunə ola biləcək bir qəhrəmanlıq abidəsi ucaltmıĢlar.
Qələmləri ilə xeyirxah iĢ görən müəlliflərin fikrinə Ģərik çıxır, onların
sözlərinə bircə onu əlavə etmək istəyirik ki, Ģəhidlərimizin yolunda az-çox zəhməti
olan hər kəs böyük ehtirama layiqdir və belələrinin adlarını yeri gəldikcə
xatırlamamaq mümgün deyil. Burada köçgünlüyün ağrılı-acılı günləri yada düĢür.
Didərginliyin ilk günlərində Ģəhidlərimizi yerlərdə öz doğmaları kimi hörmətlə
dəfn edən, onların ruhuna dua oxuyan, ehsan verilməsinə köməklik göstərən
insanların yaxĢılıqlarını Cəbrayıllılar heç vaxt unutmayacaq, həmiĢə minnətdarlıq
hissi ilə xatırlayacaqlar.
Köçgünlərimizin məskunlaĢdıqları ərazini ev-ev gəzərək yuxusuz gecələr
hesabına Ģəhidlərimizin keçdikləri həyat və döyüĢ yolları haqqında faktlar toplayan
müəlliflərə, dəyərli köməlik göstərən icra hakimiyyətinin əməkdaĢlarına, ərazi
nümayəndəliklərinə, kitabın sponsorlarına, ümumiyyətlə, onun iĢıq üzü görməsində
əməyi olanların hamısına, xüsusilə Azərbaycan Respublikası Prezidenti Ġcra
Aparatının humanitar siyasət Ģöbəsinin rəhərliyinə və iĢçilərinə öz dərin hörmət və
ehtiramımızı bildiririk.
K.Q.Əliyev,
Cəbrayıl rayon Ġcra Hakimiyyətinin baĢçısı
Dostları ilə paylaş: |