QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə89/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   86   87   88   89   90   91   92   93   94

 
195 
istifadə  olunur. 1970-ci  illərin  sonlarında  Asuan  su  anbarı  bir  neçə  dəfə  olduqca  yüksək  və  çox  təhlükəli 
daşqınların  suyunu  özündə  saxladı.  Əksinə, 1980-ci  illərdə  yeddi  il  dalbadal  Nilin  daşqınlarının  həcmi  orta 
həcmdən də aşağı olmuşdur. Bu zaman az yağıntılı illərdə su qıtlığı zamanı Misirdə tarlaların suvarılmasında 
Asuan su anbarının suyundan istifadə edilmişdir. Beləliklə, su anbarı dəhşətli təhlükənin qarşısını almışdır. Ölkə 
aclıqdan, iqtisadi çətinliklərdən və siyasi qeyri sabitlikdən xilas edilmişdir.  
Böyük  hidrotexniki  sistemlərin,  o  cümlədən  su  anbarlarının  yaradılması  1970-ci  illərdən  sonra  özünün 
gərgin vəziyyətinə çatdı. Hazırda onun azalmağa doğru meyli artmışdır. Bununla yanaşı, Çində Yanszısyan çayı 
üzərində dünyada ən böyük SES və Türkiyədə Yefrat və Tiqr çayında 22 bənd və 19 SES olan və 1,7 mln ha 
ərazidə suvarma sistemi nəzərdə tutulan kompleksin yaradılması layihəsi həyata keçirilir.  
Dünyada su anbarlarının azaldılmasının müxtəlif səbəbləri vardır. Bir çox ölkələrdə bənd tikiləsi yerlərdən 
artıq istifadə olunmuş, qalan yerlər isə iqtisadi və siyasi baxımdan sərfəli hesab edilmir. ABŞ-da son 25 ildə su 
anbarı  tikilməmişdir. 1995-ci  ildə  ABŞ-da  su  anbarlarının  tikilməsini  dayandırmaq  haqqında  qərar  qəbul 
olunmuşdur.  
 
Azərbaycanın su anbarları  
Məlum olduğu kimi,  Azərbaycan qədim əkinçilik ölkəsidir.  Burada əkinçilik yaranandan bəri suvarmadan 
istifadə  olunmuşdur.  Ş.V.Xəlilov  (2003)  qeyd  edir  ki,  təxminən  3000  il  əvvəl yaradılan  irriqasiya  kanallarının 
izləri indiyə kimi qalmışdır. Məs., VI-VII əsrlərdə tikilən Gərər kanalından hazırda da istifadə olunur. Muğan və 
Mil düzlərində IV-VIII əsrlərə aid olan suvarma sistemlərinin izləri aydın bilinir.  
1890-1880-ci  illərdə  yalnız  Yelizavetpol  (Gəncə)  quberniyasında  890-a  qədər  suvarma  kanalı  hesaba 
alınmışdır, 1914-cü  ildə  onların  sayı  1200-ə  çatmışdır.  Kənd  təsərrüfatı  sahələrinin  suvarılması  üçün  çay 
sularından başqa kəhriz, bulaq, yağış və qar sularından da istifadə olunmuşdur. Yağış və qar sularını, həmçinin 
çay  daşqın  sularını  toplamaq  üçün  böyyk  olmayan  bəndlər  tikilmiş  və  su  anbarları  yaradılmışdır.  Təkcə 
Lənkəran qəzasında 1883-cü ildə əsasən düyü tarlalarını suvarmaq məqsədilə 123 su anbarı olmuşdur.  
Muğan  düzündə  Kürün  sağ  sahilində  Qaracala  stansiyasının  yanında  tikilən  su  anbarı  daşqın  suları  ilə 
doldurularaq, xanın 500 desyatin düyü sahəsini suvarmaqda istifadə olunmuşdur.  
Naxçıvan qəzasında daha iri su anbarları tikilmişdir. Burada XVI əsrin sonunda dəniz səviyyəsindən 2000 
m yüksəklikdə mövcud olan Qanlı Gölün yerində eyni adlı su anbarı yaradıldı, 200-250 il istismar olunduqdan 
sonra  bu  su  anbarı  öz  əhəmiyyətini  itirmiş, 1853-cü  ildə  Kəlbalı  xan  tərəfindən  artırılaraq  yenidən  bərpa 
edilmişdir. 
Cədvəl 15.4 
 
Su 
anbarının 
adı 
İstifadə-yə 
verildiyi il 
Qidalanma 
mənbəyi 
Dəniz səviyyə-
sindən hündür-
lük 
Sahəsi, 
km 
2
 
Həcmi, mln. m
3
-la 
tam 
faydalı 







Mingəçevir  
1953 
Kür  
83 
625 
16070 
7410 
Şəmkir  
1980 
Kür 
158 
116 
2677 
1425 
Varvara  
1956 
Kür 
18,5 
22,5 
60 
10 
Ağstafa  
1969 
Ağstafa  
479,5 
6,3 
120 
109 
Yenikənd  
2000 
Kür 
 
78,0 
158,1 
136,3 
«Araz» su 
1971 
Araz  
777,7 
145,0 
1350 
1150 
Mil-Muğan 
1971 
Araz  
 
4,5 
12 
 
Xaçınçay  
1964 
Xaçın  
509,5 
1,76 
23 
20 
Nohurqışlaq  
1951 
Dəmirparan, 
Vəndam  
700 
1,96 
16 
10 
Bolqarçay  
1965 
Bolqarçay 
65 
2,0 
12 
11 
Pirsaatçay  
1964 
Pirsaat  
80 
2,34 
16,9 
11,9 
Axınçaçay  
1965 
Axınçaçay 
585 
0,92 
14 
12 
Ceyranbatan 
1958 
Samurçay  
28 
13,9 
180 
150 
Aşağı Könd. 
1980 
Köndələn-çay    
0,12 
2,1 
1,7 
Sərsəng  
1976 
Tərtər  
726 
13,85 
560 
500 
Madagiz  
1975 
Tərtər  
 
0,80 
5,5 



 
196 
Xanbulançay   1976 
Bəşəru  
74 
2,74 
52 
45 
Lovain  
1970 
Lovayşar  
 
1,27 
6,3 
6,2 
Uzunoba  
1961 
Naxçıvan  
 
1,20 
9,0 
8,3 
Nəhrəm  
1965 
Əlincəçay  
 
0,85 


Sirab  
1979 
Naxçıvan  
 
1,54 
12,7 
11,6 
Arpaçay  
1977 
Arpaçay  
955 
6,3 
150 
140 
Qalacux  
1986 
Qaraçay  
 
1,20 


Viləşçay  
1989 
Viləşçay  
 
2,50 
46 
38 
Candargöl  
 
Göl su anbarı   288 
12,5 
52 
 
Yekəxana  
1962 
Dəvəbatança
ydan  
 
3,70 
1,9 
1,8 
 
Sovet dövründə bu su anbarı yenidən tikilərək həcmi 3 dəfə böyüdülmüşdür. Qanlı-Göl XIX əsrdən 158 su 
anbarından qalan yeganə su anbarı olub indi  də fəaliyyət göstərir (Ş.Xəlilov, 2003).  
Respublikamızda  1950-ci  ildən  sonrakı dövrlərdə  il  ərzində  və  ərazi  üzrə  qeyri-bərabər  paylanan  çay  su 
ehtiyatından səmərəli istifadə etmək məqsədilə su anbarları yaradıldı. Bu su anbarlarından suvarma kanalları 
vasitəsilə şoran torpaqların meliorasiyası və suvarılması yerinə yetirilmişdir. Bu məqsədlə respublikamızda 50-
yə qədər su anbarı tikilmiş, bir çox suvarma kanalları və kollektorları istifadəyə verilmişdir.  
1953-cü ildə Kür çayı üzərində həcmi 16 km
3
 olan Mingəçevir su anbarının tikilməsi respublikada suvarma 
və energetika problemlərinin həllində mühüm rol oynayır. Bu su anbarından suvarma məqsədilə ayrılan iki iri 
kanal (yuxarı Qarabağ – su buraxma həcmi – 130 m
3
 /s və Yuxarı Şirvan – 78m
3
 /s) hazırda 550 mln. hektar 
əkin sahəsinin suvarılmasına imkan verir.  
1982-ci ildən Şəmkir su anbarı, 2000-ci ildə isə Yenikənd su anbarı istifadəyə verildi. Bu iki iri su anbarı 
Kür çayının çoxillik axımını tənzimləməyə şərait yaratdı.  
Kür  çayının  axım  rejimini  tənzimləməklə  onun  qolları  üzərində  tikilən  su  anbarları  da  az  rol  oynamır. 
Onlardan ən böyükləri Sərsəng, Ağstafa, Xaçınçay, Axıncaçay su anbarlarını göstərmək olar.  
Bir  sıra  su  anbarları  bilavasitə  Xəzərə  tökülən  çaylar  üzərində  olub  1958-ci  ildə  Abşeron  yarımadası 
ərazilərindədir.  Samur-Abşeron  kanalı  ilə  qidalanan  Ceyranbatan  su  anbarı  Bakı  və  Sumqayıt  şəhərlərinin  su 
təchizatında istifadə olunur. Onun suyundan 16 min ha torpaq sahəsi suvarılır.  
1964-cü ildə Pirsaatçay üzərində sahəsi 2,34 km
2
 olan su anbarı istismara verildi, hazırda o, tam lillənmə 
mərhələsindədir. 1965-ci  ildə  tikilən  Bolqarçay  su  anbarı  da  eyni  vəziyyətdədir. 1976-cı  ildə  Başaryuçay 
hövzəsində  (Lənkəran  təbii  vəliayətində)  sahəsi  2,46  km
2
,  həcmi  45  mln  m
3
  olan  Xanbulançay  su  anbarı 
yaradıldı.  
1971-ci ildə Araz çayı üzərində «Araz» su qovşağı yaradıldı. Su qovşağından aşağı Araz çayının axınının 
həcmi sol qolları – Əlincəçay, Qaradərə, Gilgilçay, Meğriçay, Oxçuçay, Həkəri, Bazarçay, Quruçay, Köndələnçay 
və İran tərəfdən axan sağ qolların hesabına artır. Əgər su qovşağına qədər illik axımın həcmi 6007 mln m
3
-
dursa, layihələşdirilən Xudafərin su qovşağının stvorunda bu rəqəm 8306 mln m
3
-a, mənsəbində isə 8990 mln 
m
3
-a  çatır. «Araz»  su  qovşağından  Xudafərin  su  qovşağına  qədər  axımın  artımı  2299  mln  m
3
  təşkil  edir 
(Ş.Xəlilov, 2003).  
Araz  çayının  sol  qollarının  sularından  Naxçıvan  MR-in  ərazisində  suvarmada  istifadə  olunur.  Arpaçay 
üzərində  2  su  anbarı  tikilmişdir.  Arpaçay  su  anbarı  (1980)  və  Reçut  su  anbarı  (Ermənistanda).  Arpaçay  su 
anbarı  (150  mln  m
3
)  Şərur  rayonunda  30  min  ha  torpaq  sahəsini  suvara  bilərdi.  Lakin  Keçumçay  su 
anbarından  xüsusi  kanala  Arpaçayın  suyunun  40%-nin  Göyçə  gölünə  axıdılması  ilə  əlaqədar  MR-i  nəzərdə 
tutulan qədər suvarma suyu ilə təmin etmək mümkün olmadı (Ş.Xəlilov, 2003).  
Naxçıvançay üzərində 8 su anbarı tikilmişdir. Onlardan 4-ü çayın yuxarı axınında yaradılmışdır: 3 Batabat 
su anbarları (ümumi həcmi 3,6 mln. m
3
) və su anbarına çevrilən Qanlı-Göl gölü (1,6 mln m
3
), 4 su anbarı da 
subasardan kənarda (doldurulan) hövzənin aşağı hissəsində tikilmişdir: Uzunoba (9 mln m
3
), Nehrəm – yeni (6 
mln. m
3
), köhnə Nehrəm (2,4 mln. m
3
) və Qahab su anbarı (1,1 mln. m
3
).  
b) Külək energetkiası  
Yer üzərində külək enerjisi ehtiyatı son dərəcə böyükdür, bəzi məlumatlara görə bu rəqəm 500 m hava 
qatında 80 trilyon kVt saatdan artıqdır. Külək qurğuları bəşəriyyət üçün yeni deyildir. Küləkdən yüz illər ərzində 
dəyirmanlarda,  mişarlama  dəzgahlarında,  suyu  tələb  olunan  yerlərə  çatdırılması  sistemlərində  istifadə 
edilmişdir.  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə