QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə9/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   5   6   7   8   9   10   11   12   ...   46

43 
 
ziyalılar sanki kölgədə qalırdı”. 
Hüseyn  Kürdoğlu  isə  keçən  əsrin  50-ci 
illərindən  başlayaraq  görkəmli  ziyalılarımıza 
şeirlər  ithaf  etmiş  və  sonralar  həmin  şeirləri 
toplayaraq  “Ziyalımız-ziyamız”  adı  altında  kitab 
çap etdirmişdir. 
Hər şeydən əvvəl, onu deyim ki, “Ziyalımız- 
-zi-ya-mız”  şeirlər  toplusu  görkəmli  şəxsiyyətlər 
haq---qında  şairin  qəlbində  boy  atan  qürur 
nəğmələridir.   
Şairin  şəxsiyyətinə  və  əvəzsiz  əməllərinə 
pə-rəstiş  etdiyi  sənət  bahadırları  isə  bunlardır: 
müasirlərindən  Həmid  Araslı,  Mir  Cəlal,  Əli 
Sultanlı,  Məmmədcəfər  Cəfərov,  Həsən  Əliyev, 
Ziya  Bünyadov,  Bəkir  Nəbiyev,  Yaşar  Qarayev, 
Tofiq 
Hacıyev, 
Azadə 
Rüstəmova,  İhsan 
Doğramacı,  Cavad  Heyət,  Rüstəm  Əliyev,  yazıçı 
və  şairlərdən  Səməd  Vurğun,  Şəhriyar,  Mikayıl 
Müşfiq,  Süleyman  Rəhimov,  Rəsul  Rza,  Osman 
Sarıvəlli,  İlyas  Əfəndiyev,  Bayram  Bayramov, 
Qasım  Qasımzadə,  Hüseyn  Arif,  Məmməd  Araz, 
Nəriman  Həsənzadə,  Hökumə  Bülluri,  Söhrab 
Tahir  və  başqaları.  Şair  hər  bir  şəxsiyyətin 


44 
 
özünəməxsus  xüsusiyyətlərini  elə  yaratmışdır  ki, 
oxuyanda heyran olursan. S.Vurğu-nun 90 illiyinə 
həsr  etdiyi  “Yenə  sən”  şeirində  şairin  yenilməz 
obrazını yaratdığı kimi:   
Zaman səni bulandıra bilmədi,   
Büllur qaya bulağısan yenə sən.   
Boz təpələr vüqarına ah çəkir,   
Şerimizin Şahdağısan yenə sən.   
Bu  misraları  oxuyandan  sonra  bir  daha  dərk 
etdim  ki,  şeir  daha  çox  əzəmətli  poetik  obrazın 
hesabına yadda qalır.   
Əziz  müəllimi  professor  Əli  Sultanlının 
xatirəsinə  həsr  etdiyi  “Məğrur  baxışlar”  şeirində 
də eyni mənzərənin şahidi oluruq: 
Ölçüyə gəlməzdi vüqarı dağla, 
Qəlbində coşardı sanki bir dəniz. 
O məğrur gözlərdə yanan çıraqla 
Neçə dahiləri tanımışıq biz. 
Nə  gizlədim,  xalqın  iftixarı  olan,  çoxunu 
şəxsən  tanıdığım  dahi  və  görkəmli  şəxsiyyətlərə 
ithafları  oxuduqca  qürur  hissi  keçirdim  və  şairi 


45 
 
xoş duyğularla yad etdim.   
Hüseyn  Kürdoğlu  qorxmaz  şair  idi.  Şairin 
Güney  Azərbaycanla  bağlı  ümumxalq  dərdini 
ifadə  edən  çox  sayda  şeirləri  vardır.  Onun 
poeziyasında 
güneyli-guzeyli 
Azərbaycan 
bütövləşir. 
Könlümdən Təbriz keçir, 
Neçə təpə-düz keçir. 
Xəyalım yaz mehitək 
Arazdan səssiz keçir. 
*** 
Qalaq vursaq aya-günə dəyərdi, 
Dağ olsaydıq belimizi əyərdi. 
Necə dözdük bilməm Araz dərdinə, 
Həsrətimiz körpülərdə göyərdi. 
Sovet  dönəmində  belə  şeyləri  yazmaq  çox 
təhlükəli  idi.  Bu,  şairdən  böyük  cəsarət  və  hünər 
tələb  edirdi.  İnanmaq  olmur  ki,  şairin  “Dördtelli 
durnam”  (Bakı,  Gənclik,  1979,  s.  65  və  72) 
kitabında bu bayatı və dördlük yer alıb. Buna görə 
əsərin müəllifini minnətdarlıqla yad etməyi vicdan 
borcu  hesab  edir  və  deyirəm:  Şükürlər  olsun  ki, 


46 
 
indiki 
gənclərimiz 
sovet 
quruluşunun 
amansızlığını, qəddarlığını görmədilər. 
Professor  Yavuz  Axundlu  “Xatirələr  işığında 
ömür  keçdi,  gün  keçdi”  kitabında  (Bakı, 
“Adiloğlu”  nəşriyyatı,  2014)  yazır ki,  “dayım  bir 
lətifə danışdığına görə 7 il həbs cəzası aldı...   
Qonşumuz  qoca  bir  kişi  yuxuda  üzüb  Araz 
çayını  keçdiyinə  görə  qocanı  həbs  edib 
güllələdilər”. 
Sistemin  qəddarlığından  qorxmayan  şair 
dostum  Hüseyn  Kürdoğlu  və  kitabın  redaktoru 
eloğlum  Musa  Ələkbərli,  hər  şeydən  əvvəl, 
cəsarətlərinə görə minnətdarlığa layiqdirlər. 
Bəzən  unuduruq  ki,  unudulmaqda  olanları 
xatırlamaq  və  yadda  saxlamaq  cəhdi  əxlaqi 
keyfiyyətdir. Nə  yaxşı  ki, Hüseyn  Kürdoğlu  kimi 
şairlərimizin poetik nümunələri yaddaşa qayıdışa, 
vətənpərvərlik  hisslərinin  güclənməsinə  kömək 
edir. 
Hüseyn  Kürdoğlu  olduğu  kimi  görünən, 
göründüyü  kimi  olan  gözəl  şair,  halal  adam  idi. 
Şairin iki-cə misrası hər şeyi deyir:   
Ölərəm, mən sənə haram qatmaram, 


47 
 
Ömrümün mayası halal çörəyim.   
Onun  halallığına,  səmimiyyətinə  inanmamaq 
ol-mur.  Çağdaşımız  olduğundan  hamı  yaxşı  bilir 
ki,  Kürdoğlu,  könlü-gözü  tox,  təmtəraqsız, 
iddiasız hə-yat sürməyi bacaran qürurlu, ləyaqətli 
insan  idi.  Aşıq  Şəmşir  təsadüfi  demirdi: 
“Görmədim nəfsinin nökəri səni”. 
Şairin  həyatda  qazancı  ədəbi  ictimaiyyətin 
hörmət  və  ehtiramı,  itkisi  isə  nəfsinin  çəkib 
aparmaq istədiyi arzuları, istəkləri olub.   
Şairin  poetik  dünyasının  fərqinə  vararkən  bir 
daha  dərk  etdim  ki,  şairin  hər  sözü,  hər  misrası 
ürəklərə od salmırsa, könüllərdə məskən salmırsa, 
o, şair deyil. Deyirlər Tanrı peyğəmbərləri vəhylə, 
əsl  şairləri  ilhamla  şərəfləndirir.  Sevimli  və 
unudulmaz  şairimiz  Müşfiq  demişkən:  “Şairə 
ilhamdan mayə gərəkdir” ki, o da Kürdoğluda var 
idi. Hə-lə biz onun fitri istedadını demirik.   
Kürdoğlunun  poeziyası  yayın  cırhacır  vaxtı 
içi-lən, cana məlhəm olan bulaq suyu kimidir:   
Anasız böyüyən körpə qız kimi,   
Neçin yad olmusan naza, bənövşə.   


48 
 
və ya:   
Kimdən gileylisən, ey dəli könül,   
İndi heç qardaş da qardaşa baxmaz. 
və ya:   
Divanədən betər divanə mənəm,   
Görəndə yan gəzir divanə məndən.   
Şairin  “Şairlər”  adlı  şeirində  də  eyni 
mənzərənin şahidi oluruq. Şeirdəki axıcılıq, məna 
dərinliyi adamı heyran edir: 
Məhəbbətdir bu dünyanın çırağı,   
Məhəbbətə pərvanədir şairlər.   
Məcnun ərəb səhrasında tək deyil,   
Leyli deyə divanədir şairlər.   
Bir-iki  şeirlə  Yazıçılar  Birliyinə  üzv  olan 
görmüşük.  Ədası  yerə-göyə  sığmayan  belə 
“şairlər” gəlib gediblər. İzləri də qalmayıb. Lakin 
Hüseyn  Kürdoğlunun  hər  birində  bir  dünya  fikir 
olan,  kiçik  həcmli,  dərin  mənalı  ikicə  şeiri  – 
“Həyat ağacı” və “Gəlib-getmişəm” kifayətdir ki, 
o, ədəbiyyat tarixinə düşsün. Şairin gücü, qüdrəti, 
əzəməti,  möcüzəsi,  həyata  baxışı,  zaman,  insan 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə