127
aktiv maddələrin çox olması zəruridir. Qocaların qidasında mədə-bağırsaq kanalının
işlənməsinə stimuləedici təsir göstərən bitki qidasının, ələlxüsus sellülozanın olması
vacib sayılır. Onların orqanizmində hüceyrələrin tələf olması prosesləri sürətləndiyinə
görə, qidalarında bərpaedici təsirə malik, bədəndə hüceyrə regenarasiyasına yardım
edən maddələrin olması mühüm əhəmiyyət kəsb edir. Hesablamalara və təcrübi
müşahidələrə görə ahıl adamların qidasında kifayət qədər zülal olmalıdır ki, bu
toxumalarda hüceyrələrin bərpa olunmasını təmin edə bilsin. Onların qidalanma
rejiminin düzgün tərtib edilməsi vacib şərtlərdən biridir. Gündə 4 dəfə qidalanma
onlar üçün normal hesab olunur. Qoca kişilərin gündəlik qidasında ən azı 70-60 q,
qoca qadınların gündəlik qidasında isə 63-57q zülal olmalıdır. Bu halda heyvani
zülalın miqdarı 30-55% təşkil etməlidir. Heyvani yağların da miqdarı nisbətən aşağı
olmalıdır, qocalar üçün çətin əriyən mal və qoyun yağları bir o qədər də məsləhət
görülmür, onlar üçün süd yağı daha faydalıdır. Onların gündəlik qidasında bitki
yağları üstünlük təşkil etməlidir. Qidalarında asan mənimsənilən şəkərlərin hesabına
karbohidratların miqdarının aşağı olması vacibdir. 60 yaşdan yuxarı olan adamların
gündəlik qidasına sistematik olaraq meyvə-tərəvəz və taxıl məhsullarından
hazırlanmış xörəklərin və digər yeyinti məmulatlarının daxil olması tövsiyə edilir.
Qəbul edilən xörəklərdə və qida məhsullarında bütün qruplardan olan vitaminlərin
varlığı vacibdir. Xüsusilə C vitamini bu yaşlarda orqanizm üçün olduqca zəruridir.
Qocaların gündəlik qidasında turşu xassəli mineral maddələrin, zəif qələvi təbiətli
mineral maddələrin çox olması vacib şərtdir.
MÜHAZİRƏ 13. SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ VƏ KƏND
TƏSƏRRÜFATINDA KÜTLƏVİ İAŞƏNİN TƏŞKİLİNİN FİZİOLOJİ
ƏSASLARI
Plan:
1. Sənaye müəssisələrində kütləvi iaşənin təşkilinin fizioloji əsasları
2. Kənd təsərrüfatı fəhlələrinin qidalanmasına fizioloji tələblər
3. Müalicə-profilaktiki iaşənin təşkilinin fizioloji əsasları
128
1) Sənaye müəssisələrində kütləvi iaşənin təşkilinin fizioloji əsasları
Sənaye müəssisələrində qidalanmanın təşkilinin elmi əsaslar üzərində
qurulması fəhlələrin əmək qabiliyyətini və sağlamlığını yaxşılaşdırmaqla yanaşı,
istehsalın da effektiv olmasını təmin edir.
Fəhlələrin qidalanması müəssisələrdə yerləşən fəhlə yeməkxanalarında,
onların şöbələrində həyata keçirilir. Burada qidalanma rasional və müalicə-
profılaktiki qidalanmanın tələblərinə uyğun olmalıdır. Bu yeməkxanalarda
gündəlik rasionlar (menyu) fəhlələrin enerji sərflərini nəzərə almaqla qurulmalıdır.
Hesablanmış orta məlumatlara görə fəhlələr iş günü (sutka) ərzində 3000 kkal
enerji itirirlər.
Əlbəttə, istehsalın xarakterindən asılı olaraq, müəssisələrdə qidalanmanın
təşkilində əmək qabiliyyətli əhalinin yaşı, qidalanma sağlamlıq şərtləri və s.
amillər nəzərə alınmalıdır.
Zavod və fabriklərdə, digər istehsal müəssisələrində və sexlərdə
yeməkxanaların işi elə qurulmalıdır ki, ilk növbədə cavan fəhlələrin orqanizminin
fızioloji xüsusiyyətlərini nəzərə alsın. Qida rasionunda xörəklər zülalla zəngin,
heyvanat mənşəli ət və su mənşəli balıq məhsulları, süd məhsulları ilə
tamamlanmalıdır.
Sənayedə, tikintidə və nəqliyyatda çalışan fəhlələr üçün rasional qidalanmanın
təşkilində nəzərə alınmalıdır ki, əsas qidalı maddələrdən sayılan zülallar, yağlar və
karbohidratların rasionda varlığı miqdarca 1:1:4 nisbətində olsun. Burada zülalların
sutkalıq miqdarının 60%-i heyvanat mənşəli, yağların 30%-i bitki mənşəli
olmalıdır. Xüsusilə zülallar əvəzolunmaz aminturşuları ilə zəngin olmalıdırlar.
Qidalanma rejiminin düzgün təşkili sənaye müəssisələrində çalışan fəhlələr
üçün xüsusi əhəmiyyətə malikdir və ən faydalı rejim 3 dəfəlidir.
Buna müvafiq olaraq, sutkalıq rasionun 30%-i səhər yeməyi, 45%-i nahar və
25%-i şam yeməyi üçün ayrılmalıdır.
129
Fiziki əmək intensivliyindən asılı olaraq fəhlələr üçün qidalanma rejimi ən
çox aşağıdakı cədvəldə göstərilən variantlar şəklində gözlənilməlidir:
Qida
qəbulunun
rejimi
3 dəfəli qidalanmada
4 dəfəli qidalanmada
I variant
II variant
I variant
II variant
Qəbul
saatı
Kal,
%-lə
Qəbul
saatı
Kal,
%-lə
Qəbul
saatı
Kal,
%-lə
Qəbul
saatı
Kal,
%-lə
I səhər
yeməyi
7-8
30
7
20
8
25
7
15
II səhər
yeməyi
-
-
-
-
-
-
12
25
Nahar
13-14
40
12
45
13
40
17
35
Şam
yeməyi
19
30
18
35
18
25
20
25
Yüngül
şam
yeməyi
-
-
-
-
22
10
-
-
Gecə növbəsində işləyən fəhlələr üçün qida rejimində kaloriliyin
bölüşdürülməsi – ümumi kaloriliyə görə səhər yeməyinə 25%, nahara 30%, şam
yeməyinə 15% miqdarda enerji ayrılmaqla bğlüşdürülərək rasionda təmin olunması
daha geniş yayılmışdır. İş rejiminin müxtəlif variantlarda rasionun enerji dəyərinin
bölüşdürülməsinin cədvəl 2-dəki kimi aparılması məqsədəuyğun sayılır.
İstehsal müəssisələrində qidalanmaya, eyni zamanda pəhriz qidalanması və
profilaktiki rasionlarla qidalanma da daxildir. Burada qidalanma rejiminə xüsusi
fikir verilməlidir. Nəzərə alınmalıdır ki, qida qəbulu iş rejimindən asılı olaraq
həyata keçirilməlidir.
Cədvəl 2
İş rejiminin müxtəlif variantlarında rasionun enerji dəyərinin
bölüşdürülməsi, %-lə
Qidanın
qəbulu
vaxtı
Sutkanın
saatı
İş vaxtının rejimi
Səhər saat
4-də, axşam
saat 4-də
Fasiləsiz 7-
8 saatlıq iş
günü
Uzadılmış
iş günü (çöl
işi)
Pərakəndə
iş günü,
səhər 2 saat,
gündüz 2
saat, axşam
2-3 saat
Dostları ilə paylaş: |