Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   2   3   4   5   6   7   8   9   10   ...   47

 
19 
 
Vegetativ sinir sistemi daxili üzvlərin, o cümlədən tənəffüs, ürək-qan-damar, həzm, 
ifrazat, endokrin sistemlərinin fəaliyyətinin tənzimlənməsində başlıca rol oynayır.  
3) Qan və qan dövranı orqanlari sistemi, qanın morfoloji tərkibi. 
İnsanın  qan  dövranı  sistemi  böyük  və  kiçik  qan  dövranı  adlanan  2  şöbədən 
ibarətdir. 
Qan,  orqanizmin  maye  mühiti  olub,  böyük  və  kiçik  qan  dövranına  aid 
damarlarda aşağıdakı funksiyaları yerinə yetirir: -nəqliyyat rolu (O
2
 və tullantıları); 
-daimi  (sabit)  mühit  saxlama  rolu;  -müdafıə  rolu  (antitellər  və  antitoksinlər 
yaradır);  -tənzimedici  rolu  (hormonların  köçürülməsinin  köməyi  ilə  bütün 
prosesləri tənzim edir). 
Qidanın  həzm  olan  son  məhsullarının  əsas  hissəsi  qana  sorulur.  Bundan  əlavə, 
qan  orqanizmdə  hərəkət  etməklə  orqan  və  toxumalara  qida  maddələrini  və  oksigeni 
çatdırır.  Qan,  həmçinin  həyat  fəaliyyəti  məhsullarının  hüeeyrələrdən  çıxarılıb  ifrazat 
orqanlarına  verilməsini  də  təmin  edir.  Qan  vasitəsilə,  həmçinin  orqanizmdə  həyat 
fəaliyyəti  proseslərinin  hormonal  tənzimi  də  həyata  keçirilir.  Qanda  eyni  zamanda 
orqanizmin  bir  sıra  müdafiə  funksiyaları  inkişaf  edir  ki,  bunların  da  köməyi  ilə 
orqanizmdə  daxil  olan  mikrobların  məhv  olunması  təmin  edilir.  Qanın  ən  mühüm 
xüsusiyyətlərindən  biri  də  orqanizmdə  olan  bütün  hüceyrə  və  toxumaların  kimyəvi 
tərkibi və fıziki-kimyəvi xassələrinin sabit vəziyyətdə saxlanmasında iştirak etməsidir. 
Qan - plazmalardan və formalı elementlərdən təşkil olunmuşdur. 
Plazma  -  qanın  fibrinogen  zülalı  ilə  birlikdə  formalı  elementlərinin  qanşığı 
şəklində olan maye hissəsidir. Fibrinogen zülalı ayrıldıqda qan laxtalanır. 
Qanın  qırmızı  rəngdə  olan  aşağı  təbəqə  hissəsi  formalı  elementlər  adlanır. 
Onlar  qanda  3  cür  hüceyrələr:  qırmızı  qan  kürəcikləri  (eritrositlər),  ağ  qan 
kürəcikləri (leykositlər) və trombositlər (qan lövhəcikləri) şəklində yerləşirlər. 
Eritrositlər  -  nüvəsiz  hüceyrələr  olub  (o,  ES-linza  şəklindədir)  əsas  hissəsini 
su və hemoqlobin maddəsi təşkil edir. Hemoqlobin qələvi xassəli qlobin zülalından 
və dörd molekul hemdən ibarətdir. Hem isə tərkibinə ikivalentli dəmir (Fe
++
) daxil 
olan mürəkkəb üzvi maddədir. 


 
20 
 
Hemoqlobin  oksigen  ilə  asan  birləşərək  oksihemoqlobin  yaradır.  Toxumalar-
dan  keçərək  hemoqlobin  O
2
-ni  verir  və  CO
2
-ni  qəbul  edir  və  nəticədə  yenidən 
əmələ gəlmiş alqırmızı rəngli hemoqlobin yaradır. 
1  mkl  qanda  5  mln-a  qədər  eritrosit  olur.  Bu  miqdar  3  mln-dan  az  olduqda, 
orqanizmdə azqanlılıq yaranır. 
Eritrositlər - qırmızı sümük iliyində bir neçə mərhələ keçirərək yetişir, qana 
düşürlər  və  128-130  gün  yaşayırlar.  Sonradan  tərkiblərində  dəmir  ionları  (Fe) 
saxlayırlar. Eritrositlərin 60%-ni su və 40%-ni bərk maddələr təşkil edir. 
Leykositlər - parçalanma, bölünmə funksiyasına malik nüvəsi və protoplazması 
olan  zəngin  hüceyrələrdir.  Onlar  amöblər  kimi  bakteriyalara,  mikroblara  doğru 
hərəkət  edirlər  və  mikroorqanizmləri  məhv  edirlər.  Onlar  nüvəsinin  quruluşuna  görə 
və  protoplazmanın  dənəvərliyinə  görə  fərqlənirlər.  Leykositlərin  sayı  1  mkl  qanda 
10000-12000  olduqda  insan  orqanizmində  xəstəlik  yaranır.  Xərçəng  xəstəliyi  və  ya 
şüalanma zamanı onların sayı 3000-ə çatır ki, bu da xəstəlikdir. 
Leykositlər  qırmızı  sümük  iliyində  limfa  düyünlərində  və  dalaqda  əmələ 
gəlirlər.  Sağlam  adamda  xörək  qəbulundan  sonra  onlar  miqdarca  artır  və  yeyinti 
leykositozu yaradırlar (xəstəlik). 
Leykositlər mikroorqanizmlərdən müdafiə funksiyasına malikdirlər. 
Qan lövhəcikləri (trombositlər) qanın laxtalanma prosesində iştirak edirlər. Onlar 
trombokinaza fermentinə malikdirlər. Sağlam insanın 1  mkl qanında 400 minə qədər 
trombositlər olur. Qanda 58% plazma və 12% formalı elementlər vardır. 
 
4) Qanın laxtalanması.  
Orqanizmi  qan  itirmədən  qorumaq  üçün  laxtalanma  prosesinin  böyük 
əhəmiyyəti  vardır.  Bu  prosesin  əsasını  plazmada  olan  fibrinogen  zülalının  fıziki-
kimyəvi dəyişikliyə uğraması təşkil edir. 
Qanın  plazmasında  olan  fibrinogen  zülalı  laxtalanaraq  sapşəkilli  fıbrinlərə 
çevrilir və yumaq şəklinə düşürlər. Fibrinogen qlobulinlərə aiddir. Fibrinə çevrildikdə, 
o  özünün  qlobulyar  quruluşunu  dəyişir  deyə,  albuminlərə  xas  olan  həmin  sap 
vəziyyətinə düşür. 


 
21 
 
Yaradan  qan  axdıqda  trombositlər  ayrılır  ki,  parçalanaraq  trombokinaza 
fermentini əmələ gətirirlər (ayırırlar). 
Qan  plazması  fıbrinogen  və  protrombindən  ibarətdir.  Onların  hər  ikisi  zülali 
maddələrə aiddir. 
Trombokinaza fermenti protrombinə təsir göstərərək trombinə, o isə fıbrinogenə 
təsir edərək fıbrinə çevirir. Bütövlükdə qanın laxtalanması mürəkkəb prosesdir. 
Düzgün  qidalanmamaq  da  laxtalanmaya  gətirib  çıxara  bilər.  Əgər  xörəkdə  K 
vitamini  azdırsa,  onda  qaraciyərdə  protrombinlər  az  əmələ  gələcəklər  və  qan 
yavaş-yavaş laxtalanacaqdır. 
5) Qanın kimyəvi tərkibi və ürək-damar sisteminin fəaliyyəti. 
Formalı  elementlərdən  başqa,  qan  plazmasında  (mayenin  tərkibində)  7-8% 
miqdarda  zülal  da  vardır.  Zülalın  miqdarı  azaldıqda,  "qapalı"  şəkildə  zülal  azlığı 
baş verir. Onlar əsasən albuminlər və qlobulinlərdən ibarətdirlər. 
Qanda  80-120  mq%  qlükoza,  1%  neytral  yağlar,  10-15  mq%  süd  turşusu, 
karotinlər, sidik cövhəri, ammonium duzları və s. vardır. 
Mövcud  fızioloji  təlimlərə  əsasən  bütün  insanlar  4  qan  qrupu  ilə  fərqlənirlər. 
Bu  da  qan  plazmasında  eritrositləri  birləşdirmək,  yapışdırmaq  qabiliyyətinə  malik 
olan 2 növ aqqlyütininlər (antitellər)- və  və eritrositlərdə isə eyni xassəyə malik 
xüsusi maddələr - 2 növ aqqlyütinogenlərin - A və B xüsusiyyətləri ilə izah olunur. 

qrupda - qanın plazmasında hər iki növ ( və  ) aqqlyiitininləri vardır. 
II 
qrupda - yalnız -aqqlyütininləri olur və -aqqlyütininlər olmur. 
III 
qrupda  -  qanın  plazmasında  yalnız  -aqqlyütininlor  olur.  Bu  qrupun 
eritrositləri isə B – aqqlyiitinogenlərdən ibarət olur. 
IV 
qrupda  –  aqqlyütininlər  tamamilə  olmur.  Burada  eritrositlər  A  və  B 
aqqlyütinogenlərini saxlayırlar. 
I  qan  qrupunu  hamıya  vurmaq  olar.  II  qrupu  isə  yalnız  II  və  IV  qrupa 
vururlar. A + olduqda ölüm hadisəsi baş verir. 
III 
qrup - II və IV qrup qanlara vurula bilər. II və III qan qrupu olan insanlara 
I, II və III qrup qanları vurmaq olar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə