141
RƏSMİ QARŞILANMA MƏRASİMİ
Belqrad
8 iyun 2011-ci il
Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma
mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı «Serbiya»
Palatasının qarşısında Azərbaycan prezidentinin şərəfinə Fəxri
qarovul dəstəsi düzülmüşdü.
Serbiya prezidenti Boris Tadiç Azərbaycan prezidenti İlham
Əliyevi qarşıladı.
Azərbaycanın və Serbiyanın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport
verdi.
Dövlət başçıları Fəxri qarovul dəstəsinin qarşısından keç-
dilər.
Serbiyanın dövlət və hökumət nümayəndələri prezident
İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri pre-
zident Boris Tadiçə təqdim olundu.
143
GENİŞ TƏRKİBDƏ GÖRÜŞ
Belqrad
8 iyun 2011-ci il
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Res-
publikasının Prezidenti İlham Əliyevin və Serbiya Respubli-
kasının Prezidenti Boris Tadiçin nümayəndə heyətlərinin
iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Serbiya prezidenti Boris Tadiç Azərbaycanı ölkəsinin
mühüm tərəfdaşı adlandırdı. Bildirdi ki, ölkələrimizin siyasi,
iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələri möhkəmlən-
dirmələri vacibdir. Serbiya prezidenti Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir daha öz dövlətinin
mövqeyini bəyan etdi.
Prezident Boris Tadiç vurğuladı ki, ölkəsi Azərbaycan
şirkətlərinin Serbiyanın nəqliyyat infrastrukturunda və digər
sahələrdə iştirakında maraqlıdır. Bu, kənd təsərrüfatı sahəsinə
də aid edilə bilər. Serbiya Azərbaycanın nəqliyyat-tranzit
imkanlarından istifadə etməkdə də maraqlıdır.
Azərbaycan prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan–
Serbiya əlaqələri sürətlə inkişaf edir. «Bu cür görüşlər müxtəlif
layihələrin müzakirəsi baxımından vacibdir» – deyən prezident
İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı inamın mövcud oldu-
ğunu söylədi. Bildirdi ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir,
enerji sahəsində əməkdaşlığın yaxşı perspektivləri vardır.
Dövlətimizin başçısı Kosovo problemi ilə bağlı Azərbaycanın
mövqeyini bir daha Serbiya prezidentinin diqqətinə çatdırdı.
Azərbaycan prezidenti İlham Əliyev ümidvar olduğunu
bildirdi ki, hökumətlərarası birgə Komissiyanın fəaliyyəti
əlaqələrimizin daha da inkişafına öz töhfəsini verəcəkdir.
144
SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ
Belqrad
8 iyun 2011-ci il
Prezident İlham Əliyevin və prezident Boris Tadiçin nü-
mayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa
çatdıqdan sonra Azərbaycan–Serbiya sənədlərinin imzalanması
mərasimi olmuşdur.
«Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası
Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq
haqqında Saziş»i Azərbaycanın və Serbiyanın xarici işlər
nazirləri Elmar Məmmədyarov və Vuk Yeremiç imzaladılar.
«Azərbaycan Respublikası Hökuməti və Serbiya Respub-
likası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və
qarşılıqlı yardım haqqında Saziş»i Azərbaycanın və Serbiyanın
xarici işlər nazirləri Elmar Məmmədyarov və Vuk Yeremiç
imzaladılar.
«Azərbaycan Respublikası Hökuməti və Serbiya Respubli-
kası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı
qorunması haqqında Saziş»i Azərbaycanın Xarici İşlər naziri
Elmar Məmmədyarov və Serbiyanın İqtisadiyyat və Regionların
İnkişafı naziri Neboyşa Çiriç imzaladılar.
«Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Serbiya
Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahə-
sində əməkdaşlıq haqqında Saziş»i Azərbaycanın Xarici İşlər
naziri Elmar Məmmədyarov və Serbiyanın Təhsil və Elm naziri
Jarko Obradoviç imzaladılar.
«Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və
Serbiya Respublikasının Gənclər və İdman Nazirliyi arasında
gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş»i