Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə19/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   15   16   17   18   19   20   21   22   ...   243

daha  gözəl  bir lisan»  dedikdə, başqa  dillərin söz  və ifadələri, 

tərkibləri ilə dolu, təmtəraqlı bir dil nəzərdə tutulurdu. Qəzetin 

naşiri     Qasprinski   Rusiyada   yaşayan   müsəlman   xalqları   üçün 

ümumi   ədəbi   dil   yaratmaq

2

  ideyasını   irəli   sürürdü   ki,   bu   da 



demokratik   ruhlu   yazıçıların   məsləkinə   zidd   idi.   Ona   görə   də 

Haqverdiyev   yuxarıdakı   sözləri   kəskin   etirazla   qarşılamış, 

Qasprinskinin səhv etdiyini, məsələni düzgün başa düşmədiyini 

göstərmişdir.   Peterburqda   təşkil   edilmiş   müsəlman   xeyriyyə 

cəmiyyətinin sədri Sultan Vəli xan Naxçıvana – Q.Şərifova gön-

dərdiyi   məktubda   Ə.Haqverdiyevin   «Tərcüman»ın   həmin 

qeydlərinə   münasibətini   belə   təsvir   edir:   «Ə   pokazal   pisğmo 

uvajaemoqo Sidqi

3

 Abdurraqim beku Axverdovu. Proçitav slova, 



napisannıe  po povodu eqo kniqi, on otvetil: Pustğ   Qasprinskiy 

pişet, çto xoçet, a ə, vo-pervıx napisal svoö  pğesu vovse ne na 

krestğənskom (köylü) əzıke, a na prostom (sadə) əzıke i ehe, esli 

napisano   daje   na   krestğənskom   əzıke,   znaçit,   tak   i   nado   bılo 

napisatğ, potomu çto mı pişem dlə temnıx (avam) lödey, uçenıe 

je lödi v pouçeniəx ne nujdaötsə». Deməli, ədib hələ o zaman 

«köylü   şivəsi»   ilə   «sadə   danışıq   dili»nə   ciddi   fərq   qoymuş, 

Qasprinskinin   iradlarını   əsassız   hesab   etmişdir.   «Əgər   köylü 

şivəsində   yazılmışsa,   deməli,     belə   də   yazmaq   lazım   imiş»   - 

sözləri ədibin prinsipiallığını, bir qrup savadlı adamları deyil, ge-

niş kütləni, avam camaatı nəzərdə tutduğunu göstərir. Prof. Əziz 

Şərifin   qeyd   etdiyi   kimi,   bu   sözlərdən  o   da   aydın   olur   ki, 

Azərbaycan ədəbi dilinin saflığı uğrunda daha çox 1905-ci il inqi-

labından sonra kəskinləşən mübarizə və mübahisələr hələ keçən 

əsrin 90-cı illərindən başlanmışdı.

Ə.Haqverdiyev xalq dilini gözəl bilir, zidd cəbhələrin, mət-

buatın   zərərli   təsir   və   meyillərinə   baxmayaraq,   öz   əsərlərini 

geniş xalq kütləsinin dilindən süzülüb gələn söz və ifadələr, ana 

dilinin zəngin təbii imkanları əsasında yaradırdı.

 

Молла Насрад



»

дина   ясяриндя  

 

 

 



:

ки русъа ситаты вермяли олдуг Бах  



 

Азиз Шариф Рожде



 

 

ние Молла Насраддина, 



, 1968, 

.224-225.

Баки

сящ


2

3

57




Ə.Haqverdiyev yaradıcılığa demokrat yazıçı kimi başlamış, 

bütün   məsələlərin   həllində   xalqı,   onun   mənafeyini   əsas 

götürmüşdür.   Bu,   çoxcəhətli   fəaliyyətə   malik   olan   unudulmaz 

ədibin   ən   üstün   cəhəti   idi   və   onun   sonrakı   bütün 

müvəffəqiyyətləri də bununla əlaqədardır. Odur ki   gənc ədibin 

dil məsələsində xəlqi mövqeyi təbii idi və o hələ yaradıcılığının ilk 

illərindən   M.F.Axundovun   ədəbi   dil   sahəsindəki   işinin 

davametdiricilərindən biri kimi tanınmağa başlamışdı. Yaradıcılı-

ğının ikinci dövründə

4

  Ə.Haqverdiyevi Azərbaycan dilini osmanlı 



dilinin pozuq bir şivəsi hesab edənlərə və onu hər cür yersiz alın-

malarla korlamağa çalışanlara qarşı  mübarizənin ön cəbhəsində 

görürük. Bu dövrdə o, «Molla Nəsrəddin» jurnalında çap etdirdiyi 

gözəl nəsr əsərləri ilə bir sıra qəzet və jurnalların eklektik dilinə 

qarşı ciddi mübarizə aparmış, Azərbaycan dilinin zəngin və təbii 

ifadə


 vasitələrini   belə   mətbuatın   «qatış-bulaş» 

(C.Məmmədquluzadə) dilinə qarşı qoymuşdur. Onun dil sahəsində 

əsas prinsipi bir idi: canlı xalq dilinin ruhunu saxlamaq, geniş xalq 

kütləsinin işlətdiyi və başa düşdüyü bir dildə yazmaq.

O heç vaxt öz yazılarını mövcud mətbuatın dilinə uyğunlaş-

dırmağa  çalışmamış,   əksinə,   mətbuat   dilini   öz   üslubuna 

uyğunlaşdırmağa   cəhd   etmişdir.   Ədibin   orijinal   bədii   dili   və 

üslubu var idi. Bu üslubun başlıca cəhəti, dediyimiz kimi, canlı 

dilə son dərəcə yaxınlıq idi. Bu cəhət güclü olduğundan, hətta 

bəzən,  C.Məmmədquluzadə  kimi, onun da əsərlərində sadəlik, 

«adilik»,   müəyyən   mənada   şivəçilik   özünü   göstərirdi.   Bunun 

nəticəsidir ki, bəzi mütərəqqi ziyalılar da Ə.Haqverdiyevi düzgün 

başa   düşməyərək,   onun   bədii   dilindən   narazı   qaldıqlarını 

4

 



.

 

 



 

 

Я Щагвердийев



щаггында

йазылмыш


ясярлярдя

онун 


 

йарадыъылыьынын II  дюврц

 

 

  –   1905-



 

нцн мцхтялиф иллярдян

ъи ил 

(



 

бах Сечилмиш ясярляри I 



, 1956;  .

ъилд Бакы

А За


 

манов тяряфиндян 

 

), 1906-


 ( .

,  .


йазылмыш мцгяддимя

ъы К Мяммядов Я Щаг

,

вердийев Бакы  



1955,  

.   136)  

  1907-

 

  (



 

.  


сящ

вя

ъи илдян Яли Султанлы Азярбайъан 



 

 



, 1964, 

.244) 


драматурэийасынын инкишафы тарихиндян Бакы

сящ


баш-

лан


 

дыьы эюс


.  

,  


 

 

 



тярилмишдир Яслиндя бурада ъидди бир сярщяд 

 

 



 

мцяййянляшдирмяк чятиндир вя тяд

 

 

гигатчыларын щяряси бир 



 

 

.



ъящяти ясас эютцрмцшдцр

58



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə