müraciət edən tədqiqatçı ilk növbədə «türk»ün genezisini və
tarixini açıqlamalı olur. Onun fikricə, «türk» sözü eyni zamanda
konkret bir tayfanın adıdır. İlk dəfə eradan əvvəl XXIV əsrdə
Assur yazılarında
«turukki»,
şumer-akkad yazılarında isə
turuk/türük
şəklində işlənmiş bu söz Ön Asiyanın –
Azərbaycanın çox güclü tayfalarından birinin adını bildirmişdir.
Yırtıcı assurlar bu tayfadan həmişə qorxub çəkinmiş,
məcburiyyət qarşısında qalaraq, onlarla qohumluq əlaqələri
qurmuşlar. E.ə. III-II minilliklər boyu turukkilərin əsas qüvvəsi
Azərbaycan ərazisində yaşamış, dövlət qurumlarının tərkibində
olmuşlar.
Maraqlıdır ki, böyük türk xaqanlığının əsasını qoymuş
«500 evlik Aşina ailəsi»ni də Orta Asiyada başqa türk
tayfalarından fərqləndirmək üçün «türküt» adlandırmışlar.
Tobalar Şimali Çini fəth edərkən özlərinə tabe etdikləri
tayfalardan biri də «500 evlik Aşina ailəsi» olmuşdur. Şensi
vilayətinin qərbindəki Xesidə yerləşən bu tayfa işğal zamanı
tobaların təbəəliyini qəbul etməyərək, köçüb Altaya getmiş, uzun
müddət Altayın mərkəzində sakitcə yaşayaraq, oturaq həyat
sürmüş, heyvandarlıqla məşğul olmuşlar (bax:
Lev Qumilyov.
Qədim türklər. Bakı, «Gənclik», 1993, s.208
)
Məqalədə
Aşina
tayfa adının mənşəyi, bu tayfanın mifik-
əfsanəvi genezisi, dini görüşləri, məskunlaşdığı ərazilər,
məşğuliyyəti, onların köçəri adlandırılmasının səbəbləri
haqqında informasiyalar,
Aşina, baqa, irgen, tenqri
sözlərinin
izahı da tədqiqatçının əsas konsepsiyasının aydınlaşmasına xid-
mət edir. Həmin konsepsiyanın başlıca müddəaları isə belədir:
türkün beşiyinin Altay hesab olunması barədə fikirlər tam yan-
lışdır; Altayın türk əhalisi Ön Asiya miqrantlarıdır;
Altay
adının
özü oraya Ön Asiyadan aparılmışdır; türklər Şərqə, Şimala və
Qərbə hərəkət edərkən əksərən öz sevimli toponimlərini də
özləri ilə aparmış və yaşatmışlar.
Bütün bunlar Qəzənfər Kazımovun simasında dilin tarixini
xalqın, etnosun tarixi ilə qırılmaz vəhdətdə öyrənən, mənsub
olduğu xalqın etnik kimliyini dil faktları ilə sübut edən filoloq-
tarixçinin canlı portretini əyaniləşdirir. Bu keyfiyyət onun
«Homerin poemaları və «Kitabi Dədə-Qorqud», «Avesta»,
28
Azərbaycan və doktor Şəfizadənin elmi qüdrəti», «Azərbaycan
dili frazeologiyasının ən qədim qatı», «Şumer-türk əlaqələrinə
dair yeni əsər» məqalə və monoqrafiyalarının da elmi
məzmunundan aydın görünür.
***
Q.Kazımov Azərbaycan dilinin tarixi keçmişini onun
çağdaş durumu ilə paralel araşdıran alimdir. Onun əsərlərinin bir
qismi müasir Azərbaycan ədəbi dilinin aktual problemlərinin,
xüsusilə dilin bədii imkanlarının, obrazlılıq vasitələrinin, poetik
üslubun əsas göstəricilərinin elmi tədqiq və təhlilinə həsr
olunmuşdur. Bu baxımdan «Nəsrin şeriyyəti» məqaləsi özünün
nəzəri məziyyətlərinə görə başqalarından seçilir.
Məlumdur ki, ədəbi dilin və bədii üslubun normalarının
inkişaf edib təkmilləşməsində söz sənətkarlarının – şair və
nasirlərin rolu misilsizdir. Yazıçılar çox zaman ədəbi dilin leksik,
üslubi və qrammatik normalarına uyğun yazmağa çalışırlar. Lakin
bu, heç də həmişə ədəbi dilin və bədii üslubun inkişafı üçün
möhkəm stimul ola bilmir. Sənətkar fərdiyyəti və orijinallığı
bəzən ədəbi dilin mövcud qaydalarının və normalarının
pozulduğu zamanlarda yaranır; əgər yazıçı insanı valeh edən
gözəl bir mənzərə, onu həyəcanlandıran dəhşətli bir səhnə, canlı
bir lövhə yaradarkən, yaxud insan mənəviyyatının ən dərin, gizli
qatlarını, onun fərdi yaşantılarını, təbii hisslərini canlandırarkən
mübtəda ilə xəbərin, tamamlığın yerini dəyişibsə, bunu qüsur
saymaq təkcə biliksizlik, savadsızlıq yox, həm də zövqsüzlükdür.
Çünki mənzum əsərlərdə olduğu kimi, mənsur əsərlərdə də
«qrammatik normaların, xüsusən söz sırasının pozulması halları
əsər uğurlu olduqda, nəsrin poeziyasını gücləndirir». (
Qəzənfər
Kazımov. Sənət düşüncələri.Bakı, 1997, s.13
)
Adı ilə məzmununun uyğunsuzluq təşkil etməsi, «nəsrin
poeziyası» ifadəsinin mücərrəd, bəzi fikirlərin az qala nəsihət,
digər mülahizələrin isə bir qədər mübahisəli səslənməsi –
məqalənin elmi sanbalını azalda bilmir. Müəllif nəsrin bədii
strukturunu şərtləndirən mənsur təhkiyənin təşkili prinsipləri,
yazıçı və şərti müəllif təhkiyələri, onların qarşılıqlı əlaqəsi və dil
29
xüsusiyyətləri, obraz nitqinin tipikləşdirilməsi barədə geniş elmi
söhbət açmaqla «bədii dilin loqarifması»nı (M.İbrahimov), onun
polyar koordinatlarını aydınlaşdırmağa, dil vahidlərinin həmin
koordinatlardakı yerini və funksiyasını müəyyənləşdirməyə
çalışır. O, Amerika yazıçısı U.Folknerin «Hər bir romançı uğur-
suzluğa uğramış şairdir» - sözlərinə istinadən nəsrin şeriyyətini
və nasirin şairliyini həyat və dil həqiqətinə sədaqətində, bu həqi-
qətlərin canlı və təbii təqdimatında görür.
Nəsrin şeriyyəti məsələsi tədqiqatçının «Ağ dərənin
rənglər aləmi» məqaləsinin də əsas tədqiqat predmetidir. Xalq
yazıçısı Əkrəm Əylisinin «Ağ dərə» romanından bəhs edən bu
məqalədə müəllif yazıçının bədii dilini nəsr şeriyyətinin ən gözəl
və səciyyəvi nümunəsi kimi qiymətləndirir və həmin şeriyyəti
yaradan komponentləri – ovqat, söz, səs, ifadə, cümlə və s. dil
vasitələrini dəqiq göstərərək yazır: «Ağ dərə» romanında
şairanəlik Mehdinin düşüncə və təfəkküründə, təbiətə, insanlara,
səslərə, rənglərə münasibətində, yazıçının təhkiyə dilində, təsvir,
ifadə vasitə və üsullarında özünü göstərir».
Maqalədə bu vasitələrin hər birinin yığcam və mənalı
şərhini verən Q.Kazımov Ə.Əylisli nəsrini səciyyələndirən
ornamentallığın da mahiyyətini açıqlayır: «Lirik, ornamental,
poetik nəsr təsvir edilənin təsvirindən çox, dünyanın emosional
qavranılmasının adekvat təsvirinə cəhd edir. Bu təsvirdə dün-
yanın «obyektiv» görünüşünün bütün nisbəti pozulur, hadisə və
əlamətlər assosiasiyalarla, emosiyalarla əlaqələndirilir. Adət
olunmuş əlaqələrin dağıdılması, çox uzaq ideyaların əlaqələn-
dirilməsi təsvirin əsas prinsipinə, söz sənətinin əsas metoduna
çevrilir».
Ornamentallığı «Ağ dərə»nin həm fikir-məzmun, həm də
söz, ifadə, cümlə qatında izləyən Q.Kazımov doğru qənaətə gəlir
ki, romanda «fikirlərin munisliyi, həzinliyi ifadə tərzinin zərifliyi
ilə birləşir, ritm, intonasiya ilə yanaşı, şerə məxsus assonans və
alliterasiyalar romanın dilini poetikləşdirir.... Əsərdə «çünki»
bağlayıcılı səbəb budaq cümlələrinin çoxluğu az qala müəllif
üslubunu tanıdan bir əlamət kimi çıxış edir. Romanın dili üçün
cümlənin əvvəlində işlənən «və» bağlayıcısı da üslubi əlamətdir.
Bu cür cümlələrdə «və» təkcə müxtəlif cümlələr və abzaslar
30
Dostları ilə paylaş: |