Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   2   3   4   5   6   7   8   9   ...   38

Liqaullah  haləti,  qiyamətdə  hamıya  müəssər  olar. 
Çünki qiyamət səhnəsində Allah-təalanın qüdrəti, hətta kor 
qəlbləri dirildəcək qədər aşkarlanar.
Sual 14:
 Donuz əti nə üçün haramdır?
Cavab:
  «Bəqərə»  surəsinin  173-cü  ayəsində  belə 
buyurulur: «
Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini 
və Allahdan başqasının adı ilə kəsilənləri yeməyi qəti 
haram etmişdir
».
Artıq sübut edilmişdir ki, insanın qəbul etdiyi qidalar, 
onun ruhiyyə və əxlaqında təsirlər qoyur. Bir hədisdə belə 
buyurulur: «
Qan  içən  insanların  qəlbi  o  qədər  daşlaşır 
ki, öz ata-analarını, övladlarını qətlə yetirməkdən belə 
çəkinmirlər
»
1

Donuz ətindən ən çox istifadə edən avropalılar arasında 
donuz,  qeyrətsizlik  simvoludur.  Əgər  heyvanat  aləminin 
cinsi  həyatını  diqqətlə  izləyə  bilsək,  donuzun  cinsi 
həyatında  heç  bir  hədd-hüduda  təsadüf  etmərik.  Donuz 
ətindən  istifadə  edən  insanlar,  adətən,  ailədə  namus 
məsələlərinə biganə olur. 
Donuz  ətini  Həzrəti  Musa  (ə)  da  haram  bildirmişdir. 
İncildə  günahkarlar  donuza  oxşadılır  və  məhz  bu  heyvan, 
şeytanın təcəssümü hesab edilir.
Bu  heyvan  çox  vaxt  öz  ifrazatı  ilə  qidalandığından, 
insan  sağlamlığı  üçün  çox  qorxulu  olan  iki  növ  parazit 
daşıyıcısıdır.  Bir  ayda  on  beş  min  yumurta  qoyan  bu 
qurdlar  insan  orqanizminə  düşdükdə,  qan  çatışmamazlığı, 
dizenteriya,  revmatizm  və  bir  çox  digər  xəstəliklərə  səbəb 
olur. 1 kq donuz ətində həmin qurdlar 400 milyon yumurta 
qoya  bilir.  Bir  çox  ölkələrdə,  o  cümlədən  Rusiyada  uyğun 
1
 «Vəsailuş-şiə», 16-cı cild, səh. 310.
13


xəstəliklər  səbəbindən  qısa  müddətli  də  olsa,  dəfələrlə 
donuz ətinin istifadəsi qadağan edilmişdir.
Sual 15:
 Bəni-İsrailin inək macərasında nədən danışılır?
Cavab:
 
Qurani-kərimin 
«Bəqərə»
 surəsində 
rastlaşdığımız  bu  əhvalat  öz  riyakarlığı  ilə  Musa 
peyğəmbərə  (ə)  olmazın  əziyyətlərini  verən  yəhudilərin  iç 
üzünü açır, onların iman dərəcəsini göstərir.
Macəra  belə  baş  verir:  Bəni-İsraildə  bir  nəfər  qətlə 
yetirilir. Qəbilələr arasında qatilin kimliyi ilə əlaqədar güclü 
qarşıdurma  yaranır.  Tayfalar  bu  işdə  bir-birlərini  ittiham 
edirlər.  Nəhayət,  qərara  gəlirlər  ki,  bu  mübahisədə 
hakimliyi Musaya həvalə etsinlər. Musa öz qövmünə deyir: 
«Allah  sizə  bir  inək  kəsmənizi  əmr  edir».  Onlar  Musaya 
itaət etmək əvəzində «bizi məsxərəyəmi qoyursan», «o inək 
nə  cür  olmalıdır», «onun  rəngini  bizə  bildir»  və  başqa  bu 
kimi  yersiz  suallarla  söhbəti  uzadırdılar.  Nəhayət,  inək 
kəsilir  və  Allahın  əmri  ilə  onun  ətindən  bir  parçası  ölüyə 
toxundurulur.  Qətlə  yetirilmiş  şəxs  dirilir.  Uyğun  surənin 
72-ci ayəsində buyurulur: «
Yadınıza salın ki, siz o zaman 
bir  nəfəri  öldürüb,  onun  qatili  barəsində  mübahisə 
edirdiniz. Allah gizlətdiyinizi aşkara çıxarandır
».
Sual 16:
 Münafiq kimdir və onu necə tanımalı?
Cavab:
  Qurani-kərimdə  insanların  üç  qismə  -  mömin, 
münafiq  və  kafir  təbəqələrinə  bölündüyünü  bilirik.  O  da 
məlumdur ki, Allaha həqiqi iman gətirənlər mömin, Allahın 
varlığını  inkar  edənlər  isə,  kafir  adlanır.  Bəs  münafiq 
kimdir? «Münafiq»  sözü  riyakar,  ikiüzlü  mənalarını  verir. 
Quran  ayələrində  bu  təbəqə  haqqında  belə  buyurulur: 
«
Allah  münafiqlərin  xalis  yalançı  olduqlarına  şəhadət 
14


verir
»,   «
Onlar  dildə  iman  gətirdilər,  qəlblərində  isə 
kafir oldular
». 
Bütün  dövr  və  cəmiyyətlərdə  münafiqlər  olmuşdur. 
Onlar  həmişə  insanlar  arasında  nifaq  salmış,  öz  gizli 
düşmənçilikləri  ilə  İslam  dininə  kafirlərin  vura 
bilməyəcəkləri zərbələri vurmuşlar.
Bəs onları necə tanımalı? Ayə və hədislərə əsaslanaraq, 
münafiqlərə məxsus beş sifəti qeyd etmək olar:
1. Böyük iddialarda olar, çox danışıb, az əməl edərlər
2. Bir mühitə  düşdükdə o  mühitin rəngini alar,  həmin 
cəmiyyətin  xoşladığı  sözləri  danışar,  möminlərə  «biz  iman 
gətirdik», müxaliflərə «biz sizinləyik» deyərlər
3.  Özlərini  xalqdan  ayırar,  gizli  məclis  və  cəmiyyətlər 
təşkil edərlər
4. Hiyləgərlik edər, yalan danışar, yağlı dilini işə salar, 
xəyanət edərlər;
5.  Özünü  elmli,  xalqı  cahil,  özünü  ağıllı,  xalqı  isə, 
axmaq hesab edər.
Sual 17:
 Nə üçün duamız qəbul olmur?
Cavab:
  Bütün  çətinliklər  qarşısında  duadan  yetərincə 
güc  almağın  mümkünlüyünə  kifayət  qədər  dəlillər  vardır. 
Bəs nə üçün bəzən dualarımız qəbul olmur? Həzrəti Əli (ə) 
duanın  qəbul  olmasının  səbəblərini  belə  bəyan  edir: 
«
Dualarınız  ona  görə  qəbul  olmur  ki,  qəlbiniz  səkkiz 
halda  xəyanət  etmişdir:  Allah-təalanı  tanıdınız,  amma 
onun  haqqını  yerinə  yetirmədiniz;  Göndərdiyi 
Peyğəmbərə  (s)  iman  gətirdiniz,  sonra  onun 
buyurduqlarına  müxalif  oldunuz;  Quran  oxudunuz, 
amma ona əməl etmədiniz; Dediniz Allahın əzabından 
qorxuruq,  amma  əzaba  düçar  edəcək  işlər  gördünüz; 
Dediniz  Allahın  mükafatına  çatmaq  istəyirik,  amma 
15


əməlləriniz  sizi  bu  mükafatlardan  uzaq  saldı;  Allahın 
nemətlərindən  yeyir,  amma  şükr  etmirsiniz;  Əmr 
olundu  ki,  şeytanla  düşmən  olun.  Dildə  «düşmənik» 
dediniz,  amma  əməldə  onunla  müxalif  olmadınız; 
Başqalarında  eyib  axtarıb,  öz  eyiblərinizə  göz 
yumdunuz
»
1

Sual 18:
 Salman Farsi İslama necə gəldi?
Cavab:
  Həzrəti  Məhəmməd  (s)   «Salman  bizdəndir» 
buyurmaqla,  Onun  hansı  iman  mərtəbəsində  olduğunu  ən 
sadə şəkildə  ifadə  etmişdir.  Bəs  İranda  doğulub  boya-başa 
çatmış  Səlman  necə  oldu  ki,  Peyğəmbərin  (s)  ən  yaxın 
adamlarından birinə çevrildi?
Hələ  gənc  ikən,  Salman  yaşadığı  şəhərin  hakiminin 
oğlu  ilə  dostluq  edirdi.  Bir  gün  öz  dostu  ilə  səhraya  ova 
çıxan Salman, İncil oxuyan rahiblə rastlaşdı. Rahib gənclərə 
İncil  haqqında  danışıb,  Allaha  itaətə,  günahdan  uzaqlığa 
çağıran təsirli kəlamlar oxudu. Rahib onlara dedi ki, doğru 
dində  olmayanların  kəsdikləri  heyvanların  əti  haramdır. 
Nəhayət,  onlar  sağollaşıb  ayrıldılar.  Amma  gənclər  tez-tez 
səhraya  gedib,  rahibin  söylədiyi  ilahi  kəlamlardan  feyz 
aparardılar. 
Bir gün hakimin oğlu süfrəyə oturmaqdan imtina edib, 
süfrədəki  yeməklərin  haram  olduğunu  bildirdi.  Hakim 
vəziyyətin  nə  yerdə  olduğunu  öyrənib,  rahibi  öz 
əyalətindən çıxardı. Salmanla hakimin oğlu rahiblə getmək 
qərarına  gəlsələr  də,  dostunun  yubandığını  görən  Salman, 
yola düşdü.
İlk  əvvəl  rahiblə  birgə  Mosulda  məskunlaşan  Salman, 
bir  müddət  sonra  öz  müəllimi  ilə  birlikdə  Beytül-
müqəddəsə yola düşdü.
1
 «Səfinətül-bəhar», 1-ci cild, səh. 448.
16


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə