Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə18/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   14   15   16   17   18   19   20   21   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

53 



109. Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Bütün işlər axırda Allaha 

qayıdacaqdır!  

110. (Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) 

yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab 

əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da 

içərisində bə’zi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır.  

111. Onlar (yəhudilər) sizə (dil ilə) əziyyət verməkdən başqa bir zərər yetirməzlər. Əgər 

sizinlə savaşacaq olsalar, dönüb qaçarlar. Sonra isə onlara kömək edən də olmaz.  

112. Onlara (yəhudilərə), harada olursa olsunlar, zillət damğası vurulmuşdur. (Onlar bu 

zillətdən) yalnız Allahdan olan bir ipə və insanlardan olan bir ipə sarınmaqla (islamı 

qəbul etməklə, yaxud öz dinlərində qalıb müsəlmanlara cizyə verməklə) xilas ola 

bilərlər. Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. 

Bunun səbəbi odur ki, onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə 

öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar Allaha qarşı üsyan etmiş və həddi 

aşmışlar.  

113. Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat 

vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar.  

114. Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, 

(onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh 

şəxslərdəndirlər.  

115. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız 

qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!  

116. Əlbəttə, kafir olan şəxslərin nə malları, nə də övladları onları Allahdan (Allahın 

əzabından) əsla qurtara bilməyəcək. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.  

117. Onların bu dünyada sərf etdikləri şey, özünə zülm edən bir qövmün əkinlərini 

məhv edən soyuq bir küləyə bənzər. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə 

zülm etdilər.  

118. Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin 

barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi 

istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar 

olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

54 



dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah 

etdik.  


119. Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın 

hamısına (bütün ilahi kitablara) inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: "Biz də 

inandıq", - deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. 

(Ya Rəsulum!) De: "Acığınızdan ölün!" Əlbəttə, Allah ürəklərdə olanları biləndir.  

120. Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona 

sevinirlər. Əgər səbr edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə 

heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir.  

121. (Ya Rəsulum!) Sən müharibədən ötrü mö’minlərə (əlverişli) mövqelər hazırlamaq 

üçün sübh vaxtı öz ailəndən ayrılıb (Mədinədən Ühüdə) getdiyin vaxtı (yadına sal)! 

Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!  

122. (O müharibədə) sizin içərinizdən (Sələmə və Harisə oğullarından ibarət) iki dəstə 

məğlubiyyətdən (uğursuzluqdan) qorxaraq geri çəkilmək fikrinə düşmüşdü. Halbuki, 

Allah onların yardımçısı idi. Gərək mö’minlər (hər işdə) Allaha təvəkkül etsinlər!  

123. (Ya Rəsulum!) Həqiqətən, siz Bədrdə (düşmənə nisbətən az və) zəif olduğunuz 

halda, Allah sizə yardım etdi. (Allaha) şükür edən olmaq üçün Allahdan qorxun!  

124. O zaman sən mö’minlərə deyirdin: "Rəbbinizin üç min mələk endirərək imdadınıza 

yetişməsi sizə kifayət etməzmi?"  

125. Bəli, əgər səbr edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə 

üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım 

edər.  


126. Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyə etdi. 

Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır ki,  

127. O (bununla) kafirlərin bir hissəsini məhv etsin (döyüş meydanında kəsib-doğrasın) 

və ya onları məğlubiyyətə uğratsın. Belə ki, onlar naümid sünlər.  

128. (Ya Rəsulum!) Bu işdə sənə dəxli olan bir şey yoxdur. (Allah) ya onların tövbələrini 

qəbul edər, ya da onlara əzab verər, çünki onlar, həqiqətən, zalım kimsələrdir.  

129. Göylərdə və yerdə olanlar Allaha məxsusdur. O, istədiyini bağışlar, istədiyinə isə 

əzab verər. Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

55 



130. Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb yeməyin. 

Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!  

131. Kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) həzər edin!  

132. Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız!  

133. Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün 

hazırlanmış Cənnətə tələsin.  

134. O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, 

qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.  

135. O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman 

Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları 

Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) 

bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.  

136. Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar 

axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə 

gözəldir!  

137. (Ey Müsəlmanlar!) Sizdən əvvəl bir çox vaqilər (ibrətli əfvalatlar) olub keçmişdir. 

İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün!  

138. Bu, (belə əfvalatlar) insanlardan (xalqdan) ötrü (olub keçənlərə dair) bir xəbər, 

müttəqilərdən ötrü isə hidayət (doğru yola göstəriş) və nəsihətdir.  

139. (Ühüd müharibəsində baş vermiş bə’zi hadisələrə görə) ruhdan düşməyin və 

qəmgin olmayın. Halbuki, əgər mö’minsinizsə, siz (Allah yanında inanmayanlardan) 

çox yüksəkdə durursunuz!  

140. Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr 

müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə 

ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən 

şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!  

141. (Bu həm də) Allahın iman gətirənləri (günahlardan) təmizləməsi və kafirləri məhv 

etməsi üçündür.  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə