Avrora ölkələrində inkişaf etməkdə olan kapitalizmə coğrafi biliklər
lazım idi. Dəniz yollarını idarə etmək, ticarəti nizama salmaq, fabrik,
zavod müəssisələrini yaratmaq və onları xammalla təmin etmək və
sairə üçün coğrafi məlumatlar tələb olunurdu.
Böyük coğrafı kəşflərin sürəti XVII əsrin ortalarında
zəifləməyə başlayır. Bu müddətdən sonra materiklərin daxili
hissələri və onların təbii sərvətlərinin öyrənilməsinə daha çox diqqət
yetirilirdi.
O dövrdə, yəni XVI əsrdə Đspaniya böyük müstəmləkə
dövləti sayılırdı. Onun müstəmləkələri Yer kürəsinin 1\4-ni tuturdu.
Artıq iki əsr idi ki, Latın Amerikası ölkələri onun müstəmləkəsinə
çevrilmişlər. Ispaniya həmin ölkələri istismar edirdi. Amma, oraya
şəkər qamışı, qəhvə, çay kimi məhsullar göndərilməsi baş verirdi.
Oradan da Avropanın digər ölkələrinə qarğıdalı, kartof, pomidor,
kakao, tütün gətirilirdi. Bu dövrdə Đspaniya Avropada ən varlı və
güclü dövlətə çevrilmişdi. Lakin bu uzun çəkmir. Fransa ilə
müharibədə o zəifləyir. Latın Amerikası üzərində nəzarəti itirir,
müstəmləkə xalqları bir-birinin ardınca müstəqillik uğrunda
müharibələrə başlayırlar.
Müstəmləkələrin sayına görə Portuqaliya da qabaqcıl
yerlərdən birini tuturdu. Onun müstəmləkələrinin böyük əksəriyyəti
Afrika qitəsində idi. Coğrafi kəşflərdə portagiz səyyahlarının rolu
böyük olmuşdur. Lakin bu kəşflərdə məqsəd özgə əraziləri talan
etmək, qul alveri və müstəmləkə imperıyası yaratmaq idi. Nəticədə
Portuqaliya güclü imperiya yaratsa da bunu uzun müddət saxlaya
bilmədi. Müstəmləkələr azadlıq uğrunda mübarizəyə qalxırdılar və
Portuqaliya tədricən müstəmləkələrini itırirdi.
Beləliklə, Đspaniya və Portuqaliya tədricən zəifləyirlər.
Đngiltərə, Fransa isə əksinə, dünya hökmranlığı uğrunda özlərinin
mövqelərini getdikcə möhkəmləndirirdilər.
XVII əsrdə Fransa müstəmləkə imperiyasının yaranmasının
ilk mərhələsi baslayır. O, Hindistanın 1/2 hissəsini, Kanadanın Şərq
hissəsini nəzarət altına almışdır. Lakin bu vəziyyət uzun çəkmədi.
Đngiltərənin güclənməsi fransız müstəmləkəçiliyinin böhranına səbəb
olmuşdur. Fransada böyük inqilab baş verir. Bu inqilab Fransada
respublika quruluşunu möhkəmləndirə bilməsə də onun ideyaları
dünyanın hər yerinə yayılır, bir çox ölkə və xalqların taleyində
mühüm rol oynayır və əbədi olaraq dünya sivilizasiyası
nailiyyətlərinin qızıl fonduna daxil edilirdi.
Kapitalizmin inkişafının bu dövründə Almaniya da ağalığa,
hökmranlığa, əsasən də Böyük Britaniyanın yerinə iddia edirdi.Bu
məqsədlə o, hətta dünyada tayı-bərabəri olmayan sualtı donanma da
yaratmışdır. XIX əsrin sonu XX əsrin əvvəllərində isə artıq sənaye
istehsalına görə Avropada birinci yerə çıxmışdır. Bu nailiyyətlərdən
sonra Almaniya hökuməti müstəmləkə əldə etmək məqsədini qarşıya
qoymuşdur. Lakin artıq demək olar ki, gec idi. O, ancaq Böyük
Brıtaniya, Fransa kimi ölkələrin işğalından kənarda qalan əraziləri
ələ keçirə bilmişdi. Bu ərazilərdə isə təbii sərvətlər digər torpaqlarla
müqayisədə yox dərəcəsində idi və dünyanın bu cür bölüşdürülməsi
ilə Almaniya razılaşa bilmirdi. Almaniya dünyanın yenidən
bölüşdürülməsini istəyirdi.
Artıq XX əsrin başlanğıcında müstəmləkəçi dövlətlər
tərəfindən dünya ərazisinin bölüşdürülməsi başa çatmışdı. Belə ki,
1876-cı ildə Afrikanın yalnız 10 %-i Qərbi Avropa ölkələrinin
əsarəti altında idisə, artıq 1900-cü ildə bu 90 % ərazini təşkil edirdi.
Bu cür bölüşdürmədən bir çox ölkələr razı qalmamışdı. Formalaşmış
siyasi xaritənin bu sabitliyi uzun çəkməmişdir. Artıq bölünmüş
dünyanın yenidən bölüşdürülməsi prosesinin izləri özünü büruzə
verməyə başlayırdı. Bu isə yalnız silah gücü ilə ola bılərdi. Beləliklə,
əvvəlcə bir neçə kiçik müharibələr, daha sonra böyük müharibə -
Birinci Dünya müharibəsi baş vermişdir.
Siyasi xəritənin formalaşmasının ən yeni dövrü Birinci
Dünya müharibəsinin (BDM) qurtarması və Rusiyada Oktyabr
inqilabının qələbə çalmasından sonra başlamışdır. Bu dövr ikı
mərhələyə ayrılır. Bu Đkinci Dünya müharibəsinin (ĐDM) tam başa
çatması və ondan sonrakı mərhələdən ibarətdir.
Birinci mərhələdə siyasi xəritədə mühüm siyasi hadisələr öz
izini qoymuşdur. Bu izlərə sosialist dövlətlərinin yaranması və
artması, kaloniya sisteminin süqutu, müstəmləkə zülmündən azad
olmuş yeni müstəqil dövlətlərin yaranması aid edilir. Bu dövrün əsas
xarakterik cəhətini Şərqlə Qərb arasında gedən "soyuq müharibə"
təşkil edirdi. Bu dövrdə həmçinin yeni hərbi qurum - NATO
yaranmışdır.
Dünyanın siyasi xəritəsində yeni-yeni "qaynar," "konfliktli"
nöqtələr yaranırdı. Bu, «qaynar» nöqtəyə əsasən Yaxın Şərq aid
edilirdi. Ən əsas hadisə kimi dünyanm siyasi xəritəsində SSRĐ-nin
yaranmasını göstərə bilərik.
Birinci Dünya müharibəsindən sonra "Versal" müqaviləsi
imzalanmışdır. Bu müqaviləyə əsasən məğlub olmuş Almaniya
Avropadakı torpaqlarının bir hissəsini və bütün müstəmləkələrini
itirmiş oldu. Eyni zamanda onun müttəfiqi olan Avstriya-Macarıstan
imperiyası da parçalanmışdır. O dövrdə dağılan imperiyalar sırasına
Böyük Osmanlı imperiyası da daxil idi. Böyük Britaniya, Yaponiya,
Fransa dövlətləri isə müstəmləkəçilik siyasətlərini daha da
genişləndirdilər. 1919-cu ildə dünya ərazisinin və əhalisinin 80 %-i
müstəmləkə və yarım müstəmləkələrin payına düşürdü. Dünyanın bu
cür bölüşdürülməsindən Almaniya yenə razı qalmır və yenidən
müharibəyə hazırlaşırdı. Müharibə 1939-cu ildə başlayır. 1945-ci
ildə Almaniya yenidən məğlub olur. Məğlubiyyət nəticəsində
Yaponiya da darmadağın edilmişdir. Bu müharibə bəşəriyyətin 80
%-ni, 60-dan artıq dövlətini əhatə etmişdir.
Ən yeni dövrün ikinci mərhələsində siyasi xəritə dəyişikliklər
çoxluğu ilə səciyyələnir. Formalaşmanın bu dövründə, yəni 1945-ci
il - XX əsrin 80-ci illərinin sonunda sosialist dövlətləri sistem halını
alaraq onların sayı 15-ə çatmışdır. Bununla da dünyada iki əks
ictimai-iqtisadi sistem-kapitalizm, sosializm sistemləri yaranmış
olur. Bu dünya təsərrüfatmda iqtisadi, siyasi inkişafda sosializmin
xeyrinə dəyişikliklər dövrü adlanır.
Lakin XX əsrin 90-cı illərində dünyanın ikinci dövləti hesab
edilən SSRĐ-nin daxilındə milli azadlıq hərəkatı baş qaldırır və
nəticədə bu hegemon dövlət dünyanın siyasi xəritəsindən silinmiş
olur. Deməli, SSRĐ adlı dövlət 1991-ci ilin dekabrın 8-indən
dünyanın müasir siyasi xəritəsindən yox olur.
Bu dövrdə dünyanm siyasi xəritəsində ən çox dəyişiklik
Avropada baş vermişdir. Bu dəyişikliklərdən birincisi 1990-cı ildə
Çexoslovakiyamn tərkibində federativ qurumlar - Çexiya və Slova-
kıyanın yaranmasıdır. Bu iki federasiya 1993-cü il yanvarın 1-ində
müstəqil dövlət kimı siyasi xəritədə öz yerlərini tapmışlar. Bununla
yanaşı, 1945-ci ilə qədər siyasi xəritədə mövcud olan vahid Al-
maniya iki yerə - ADR və AFR-ə parçalansa da, 1990-cı il oktyab-
rın 3-də onlar paytaxtı Berlin olmaqla birləşərək vahid Almaniya
Federativ Respublikasını yenidən bərpa etmişlər.
Dostları ilə paylaş: |