Maşınqayırması, Sərdarov adma, Qaradağ dəniz özülbri, Binəqədi
və s. neft-qaz maşınqayırma zavodlarının adını çəkə bilərik. Onların
məhsulları qazma nasos şlanqları, fontan armaturları, kalon
başlıqları, nəhəng bloklar, üzən platformalar, mancanaq dəzgahları,
qazma baltaları, səyyar qaldırıcı qurğular, pərli baltalar, reduktorlar,
hidromat, tökmə polad, tökmə çuqun, dərin kəşfıyyat quyuları
qazmaq üçün qovşaqlar və sairdən ibarətdir. Dünyada ilk dəfə
buruq qazma işində yeni mərhəb açmış turbin qazma və elektrik
qazma qurğuları Bakıda istehsal edilmişdir.
Maşınqayırma kompleksinin aparıcı sahəsi elektrotexnika
maşınları istehsalı hesab edilir. Buraya 1975-ci ildən fəaliyyətdə
olan məişət kondisionerləri zavodu, 1980-ci ildə yaradılmış
«Azərelek-troterm», 1975-ci ildə yaradılmış Azərelektrikişıq Bakı
Đstehsalat Birliyi, 1962-ci ildə tikilmiş Bakı təcrübə-eksperimental
zavodu, 1974-cü ildə tikilmiş Bakı Elektrik Məişət Đstehsalat
Birliyi, 1960-cı ildə tikilmiş Bakı Soyuducular zavodu, 1947-ci ildə
tikilmiş Bakı radio zavodu, Mingəçevirdə «Azərkabel» zavodu,
1961-ci ildə tikiimiş mayesiz transformatorlar zavodu daxildir.
Respublikamızın yeni maşınqayırma sahəbrindən biri də
cihazqayırma, avtomatlaşdırma vasitəbri idarəetmə sistemləri
istehsalı sahəsidir.
Nəqliyyat və kənd təsərrüfatı maşınlar istehsal edən sahə
çox
zəif
inkişaf
etmişdir.
Gəmiqayırma,
gəmi
təmiri,
avtomatlaşdırma və avtomobil təmiri zavodlarında yedək gəmiləri,
kiçik tankerlər, qazma-kəşfiyyat-bərpa və kran gəmibri, «Dədə
Qorqud», «Đstiqlal» tipli üzən platformalar istehsal olunıur. Son
vaxtlar Gəncə avtomobil zavodu işə düşərək «Oka» adlı minik
maşınları buraxır. Mingəçevir kənd təsərrüfatı maşınqayırma
zavodu avtoyükləyicilər, xəndək-qazan maşınlar, Zəyəm zavodu isə
kənd təsərrüfatı alətləri və suvarma nasoslarının əldə edilməsinə
kömək edir.
Kimya və neft-kimya kompleksi ağır sənayenin sahələrindən
biri olub mineral xammalların istehsah ilə məşğul olan - dağ-
mədən, duz, turşu, mineral kübrələr alınmasına xidmət edən - əsas;
karbohidrogen xammalı, müxtəlif yarımfabrikatlar istehsal edən -
üzvü sintez plastik kütlə, kauçuk, müxtəlif növləırin alınması -
polimerlər; şin, polietilen hazırlanması ilə məşğul olan – polimer
metallarının emalı kimyasını özündə birləşdirir. Onun əsas
müəssisələri
Bakıda,
Sumqayıtda,
Gəncədə,
Neftçalada,
Mingəçevirdə tikilmişdir. Đstehsal olunan soda, sulfat turşusu,
superfosfat kübrəsi, kükürd, kalium, kübrəsi, tibb preparatlan,
yuyucu tozlar, xlor, lak-boya, etil spirti, plastik kütlə, polietüen və
sair kimi çox çeşidli məhsulları vardır.
Tikinti materialları kompleksi respublikada mövcud olan
istehsal komplekslərinin bütün həlqələri ilə sıx surətdə əlaqəlidir.
Sement, dəmir-beton konstruksiyaları, müxtəlif ölçülü pänellər,
tikinti daşı, pəncərə və tikinti şüşüəsi, şifer, keramik örtüklər,
asbest-sement borular, istilik izolyasiyalan, polimer materiallar,
polivinil, linoleum, aqlopirit, perlit, mərmər, travertin, turşuya və
odadavamı müxtəlif materiallar, çuqun və dəmirdən hazırlanmış
bəzi santexniki məmulatlar, habelə yardımçı tikinti materiallar
hesab edilən meşə materialları kompleksin formalaşmasında iştirak
edirlər. Bakıda, Gəncədə, Sumqayıtda, Naxçıvanda, Xankəndində -
bir sözlə, respublikanın iri sahələrində olan iri evtikmə kombinatları
kompleksin daha da inkişaf etdirilməsinə təkan verirlər.
Respublikada ən zəif inkişaf edən sahələrdən biri meşə
kompleksidir. Çünki o, yerli mənbələr hesabına sənaye əhəmiyyəti
kəsb etmir. Müasir meşələr sanitariya, külək, su, torpaq, yol
qoruyucu əhəmiyyət kəsb edirlər. Mövcud meşə sahəsi 1,039 min
ha olmaqla ümumi ərazinin 11,5 %-ni örtmüşdür. Onun tərkibi
ağacların
qırılmasını,
oduncağın
nəqliyyat
magistrallarına
daşmasını və emal mərkəzlərinə etdirilmasıni əhatə edən ağac
tədarükündən; taxta-şalban, faner, kibrit, mebel, tara, müxtəlif
tikinti hissələri istehsalna malik olan oduncağın mexaniki
emalından və nəhayət, kağız, karton, kanifol, yem mayaları
hasilatını əhatə edən oduncağın kimyəvi emalından - meşə
kimyasından ibarətdir. Mebeli müxtəlif uzaq məsafələrə daşımağın
rentabelli olmamasından onun hissələrinin istehlaka daşımaqla
quraşdırılması müəssisələrin düzgün yerləşdirilməsinin başlıca
prinsipi sayılır. Ona görə əsas mebel fabrikləri istehlak rayonları
olan Bakıda, Gəncədə, Naxçıvanda, Xankəndində, Sumqayıtda
istehlaka xidmət edirlər.
Xalq istehlakı malları istehsalı kompleksinin sahələri yüngül
və yeyinti sənayesi hesab edilir. Burada yüngül sənaye bir o qədər
də az əhəmiyyət kəsb etmir. Onun toxuculuq, tikiş, toxuma,
xalçaçıhq, trikotoj, xəz-dəri, gön-dəri, ayqqabı sahələri vardır.
Adları çəkilən sahələrin inkişafi üçün respublikada əlverişli təbii
şəraitin münasibliyi, təbii ehtiyatların bolluğu, işçi qüvvəsi, əlverişli
nəqliyyat növləri, istehlak kifayət qədərdir. Toxuculuğun pambıq
parça, yun parça, ipək parça sahələri ilə yanaşı trikotaj, gön-dəri
ayaqqabı fabrikləri istehlak rayonlarında - Bakıda, Gəncədə,
Mingəçevirdə yaradılmışdır. Xalçaçılıq demək olar ki, hər yerdə -
Bakıda, Gəncədə, Qarabağda, Qazaxda, Agstafada, Quba-Xaçmaz
zonasında, digər dağlıq və dağətəyi inzibati rayonlarda qədim
inkişaf tarixinə malikdir.
Yeyinti sənayesinin 30-dan çox sahəsi mövcuddur. Çörək,
çörək məmulatları, ət və ət məmulatları, şəkər, şəkər tozu, qənnadı
məmulatları, süd və süd məhsulları, konservlərin müxtəlif növləri
və s. buraya daxildir. Bunların müəssisələrinin çoxu xammala,
istehlaka yaxın yerləşdirməyi tələb etsə də bəziləri hər yerdə
yerləşdirməyi üstün tutur (çörəkbişirmə).
8,4 mln Azərbaycan əhalisini xidmət sahələrindən ayrı
düşünmək ağılsızlıq olardı. Lakin əhalinin sıxlığı, məskunlaşma
dərəcəsi, milli tərkibinin müxtəlifliyi xidmət sahələrinə tələbatı
artırır, ya da azaldır. Onun maddi-texniki bazasından, inkişaf
səviyyəsindən asılı olaraq xidmətin keyfıyyəti və kəmiyyət dərəcəsi
də fərqlənir. Xidmət sferasının mənzil - kommunal, pərakəndə
ticarət, ictimai iaişə, məişət, elm, təhsil, məktəbəqədər tərbiyə,
mədəni xidmət, sosial təminat, istirahət, turizm, maliyə-bank, mülki
və hiiquqi mühafizə, rabitə xidməti sahələri mövcuddur.
Deyilənlərin hamısı bu və ya digər səviyyədə Azərbaycan
Respublikasında öz inkişaf əksini tapmışdır.
Aqrar-sənaye
kompleksi
(ASK)
xalq
təsərrüfatı
kompleksinin tərkib hissələrindən biridir. ASK kənd təsərrüfat
məhsullarını istehsah və emalı sahəsində bir-biri ilə əlaqədə olan
kənd təsərrüfatı və sənaye müəssisələrinin hər hansı ərazidə
məcmuusunu təşkil edir. Onun başlıca vəzifələrindən biri kənd
təsərrüfatı məhsullarının sabit artımını saxlamaq şərti ilə əhalini
ərzaq və yeyinti məhsulları ilə, heyvandarlığı isə yemlə, sənayeni
müxtəlif xammallarla təmin etməkdir.
Dostları ilə paylaş: |