Ġradə Əlili Mənim sevgi



Yüklə 2,6 Kb.
Pdf görüntüsü
səhifə9/20
tarix06.05.2018
ölçüsü2,6 Kb.
#42343
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

GÖZLƏRĠMĠN YAġINA ÇATIR 
 
Varlığın bil, mənə bir xəyal oldu
Xəyalın fikrimə inan zülümdir. 
GəliĢin od idi, bir alov idi, 
Bu sakit gediĢin mənə ölümdir. 
Sənə nə söyləyim, mən nə danıĢım? 
Gücüm gözlərimin yaĢına çatır! 
 
Könlümdən könlünə Ģikayət etdim, 
Hisslərim bir dəli dalğaya döndü. 
Gözüm baxıĢının sehrini gəzdi, 
Adını söylərkən dodağım əsdi. 
Səni nə səsləyim, necə çağırım? 
Gücüm gözlərimin yaĢına çatır! 
 
Səni çox arayıb, mən çox gözlədim, 
Anladım, bu haray sənə gərəksiz
Odlu yaĢlar ilə dolub gözlərim 
Yandırdı qəlb evin səndən xəbərsiz. 
Səni necə gəzim, harda axtarım? 
Gücüm gözümdəki yaĢıma çatır! 
 
 
 
  
 
 
 
 


GƏRƏYĠM OLDUN 
 
Elə bir günümdə gərəyim oldun, 
Oyatdın mürgülü yuxudan məni 
Arzumun sən ilkin həsrəti oldun 
Çaldın sən könlümün incə telini… 
Məlhəm gözlərini sevdim, baxıĢın 
DonmuĢ hisslərimə ümid gətirdi. 
Sən özün bilmədən bu can evimə 
Sevgilərlə dolu namə yetirdin. 
O geniĢ sinənə mən sığınmıĢam, 
Mehriban qolların arasındayam. 
Ürəyim eĢqinlə hey çırpındıqca 
Nur olub gözünün qarasındayam. 
 
  
 
 
 
 
 
 


 TƏSƏLLĠ DEYĠLƏM 
 
Söylədin, təsəlli deyiləm sənə 
Güvənmə eĢqimə, güvənmə mənə. 
Könlümdə yurd salan neçə gözəl var 
Necə o könüldə yer verim sənə? 
Bilirəm, ürəyin baĢqa gözəldə 
Qoy olsun, qismət də yəqin beləymiĢ. 
Payız yarpağıtək dönüb xəzələ 
Döyünən ürəkdə can da ölərmiĢ! 
Ömrün kitabında sən son bir varaq 
Daha gözləmirəm qəlbimdən haray. 
Gözüm gözlərindən almaz heç soraq 
Bu könül evimdə salsan min saray! 
Payız küləyindən tökülən yarpaq 
Olan bu könlümə verdiyin ahu-vay! 
 
 
  
 
 
 
 
 
 


ƏMANƏT GÖNDƏRDĠM 
 
Əmanət göndərdim bir məktub sənə, 
Açıb oxuyarsan, Allah kərimdir. 
Yaralı hisslərim bəllidir sənə
Bu məktub qəmimlə möhürlənibdir! 
Məktubun tez sənə çatması lazım, 
Donuq baxıĢların izahıdır o. 
Laqeyd baxıĢın, ürəksiz hissin, 
AldanmıĢ bir qəlbin ünvanıdır o. 
Yaz selləri təki sən daĢqın oldun, 
Payız günəĢıtək istiliyin yox. 
Yalandan-yalana sən körpü oldun, 
Sənin nə ürəyin, nə də qəlbin yox! 
DüĢündüm çiçəktək məni qoxlarsan, 
Köksündə qəlbintək canda saxlarsan. 
DüĢündüm sən gəlib bu yalnızlığa, 
Taledən kədəri qovub atarsan! 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 


HĠCRANIN ƏLĠ 
 
Döyərkən qapını hicranın əli, 
Axdı gözlərimdən baharın seli. 
Əsdi ürəyimdə həsrət gileyi
Ruhuma qonaqdır payızın yeli. 
Özümdə səni mən, özüm bilmiĢəm, 
Könlüm bu sevdadan yaman gileyli! 
 
 
 
  
 
 
 
 


ĠSTƏDĠM 
 
Ġstədim quĢlar tək bir yuva quram, 
Hörəm divarını sevgim ilə mən. 
Ġstəmək də olar, arzulamaq da. 
Unutdum, ömrümün qonağıdır qəm. 
 
Ġstədim, ürəkdən sevmək istədim, 
Açılan səhərlər müjdəmdir deyə. 
Gözündən könlümə atəĢ dilədim, 
Dünyanı qəlbimdə gəzdirim deyə. 
 
Mən payız ömrümün dərd qonağıyla, 
Sənsə xoĢ qayğılar ağuĢundasan. 
YaĢaram ömrümün qıĢ sazağıyla, 
Fələklərdən gələn qəm qarğıĢıyla. 
 
Səni güllü yazım sanmıĢdım axı, 
Payızda baharı axtarmayıram! 
Sevgi limanımda körpülər bağlı, 
Artıq, mən geriyə heç baxmayıram! 
 
  
 
 
 
 
 
 
 


SƏNI MƏN KÜSDÜRMƏK ILƏ 
 
DanıĢmıĢam xəyalınla, 
DərdləĢmiĢəm kölgən ilə. 
BarıĢmıĢam bu halımla. 
Səni mən küsdürmək ilə 
Öz könlümü sındırmıĢam! 
 
Qələmim var, yazmır o da, 
Sənsiz ilham gəlmir ona. 
Sənsiz nələr düĢmür yada? 
Səni salmıĢam bu oda, 
Öz könlümü sındırmıĢam! 
 
  
 
 
 
 
 
 


MƏNÇĠN DARIXSAN... 
 
Darıxıb o məlhəm ətirim üçün 
Bir daha geriyə sən dönməyəsən 
Yadıma düĢəndə mənim gözlərim  
Axtarmaq fikrinə sən düĢməyəsən 
Bir gün məni görsən, sən görsən məni 
Sən Allah, gözümə baxma, qəm dolar. 
Baxsan yandırarsan könül evimi, 
Gözüm baxıĢının əsiri olar. 
Axtarsan yenidən dunyam qarıĢar 
Könülümdən vüqarım, iradəm coĢar. 
Mənsizlik sənə çox çətin olarsa 
Keçən xatirənin özündə axtar!!! 
 
  
 
 
 
 
SANDIM  
 
Sandım ki, həyatda gərəksizəm mən, 
YaĢantım kimsəyə xeyir gətirməz. 
Bir barsız ağacda görüb əksimi 
Duydum ki, xəzanım bahar gətirməz. 
Ömrümə gecikən baharım üçün 
Tanrım, mən nələri qurban verərdim! 
TəĢnəyəm o bahar günlərim üçün 
Sevgili günlərçün candan keçərdim. 
 
 


  
 
 
 
 
PEġĠMAN OLACAQSAN 
 
PeĢiman gözünün acı yaĢları 
Axacaq bilmədən yanaqlarından. 
Nəmli kirpiyində yurd salacaq o 
Dönəcək dənizə damlalarından. 
Təəssüf, gümanda ruhun əzilər, 
PeĢiman dalğınlıq sənə yar olar. 
Gileyim hər zaman bil, səni gəzər. 
Ah, sən istəsən də,  
istəməsən də,  
Mənli fikrimin, 
Ülvi xəyalına qarıĢacaqsan, 
PeĢiman fikirlə, düĢüncələrlə 
Bil ki, çox sızlayıb ağlayacaqsan! 
 
  
 
 
 
 
MƏHƏBBƏTĠM 
 
Məhəbətim mənim mavi bir dəniz 
O coĢsa, dünyamı uçura bilər. 
Axtarıb taparsa ürək həmdəmin, 
Könül aynasında gözləri gülər. 


Yüklə 2,6 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə