Ġradə Əlili
GÜLLƏ SƏSĠNDƏN
DOĞULAN KĠTAB
Bakı - 2015
İ ra də Əli li
2
Bu kitab Ağdam rayon şəhidi İbahim Əhmədpurun şərəfli
döyüş yolundan bəhs edir.
Redaktor: German, şair-publisist
Korrektor: İlhamə Sultan
Ġradə Əlili "GÜLLƏ SƏSĠNDƏN DOĞULAN KĠTAB"
Bakı, "Exoprint", 2016, 144 səh.
ISBN: 978-9952-29-100-1
© Ġradə Əlili
Güllə səsindən doğulan kitab
3
Xalqımız əsrlər boyu həmişə
öz torpağını qoruyub, öz milli
azadlığını, qürurunu müdafiə
edib və bu gün də müdafiə
etməyə qadirdir. ”
H. Əliyev
İ ra də Əli li
4
* * *
Allah yolunda öldürülənlərə (Ģəhid
olanlara), “ölü” deməyin. Əksinə,onlar
(Allah dərgahında) diridilər, lakin, siz
bunu dərk etmirsiz. (Bəqərə 154)
* * *
Hər bir kəs ölümü dadacaqdır. ġüb-
həsiz ki, mükafatlarınız qiyamət günü
tamamilə veriləcəkdir. Oddan uzaqlaĢ-
dırılıb, Cənnətə daxil edilən kimsə
muradına çatacaqdır. Dünya həyatı isə
aldadıcı həzdən baĢqa bir Ģey deyildir.
(Al-Ġmran 185)
Güllə səsindən doğulan kitab
5
Bu yazımı da başlamazdan əvvəl cəbhə bölgəsinin
düşmənlə təmas xəttində yerləşən kəndlərimizə üz
tutdum. O kəndlərimizə ki, onların uğrunda neçə-neçə
oğullarımız canlarından, qanlarından keçmişlər.
Onların müdafiəsində neçə-neçə mərd oğlanlarımız,
igid qızlarımız şücaət, mətanət göstərib ,doğma Və-
tənin müdafiəsinə qalxmışlar. Bax həmin o ürəyi
dərdli kəndlərə yaxın bir məkana üz tutdum. Ya-
xınlaşdıqca gözlərimin önündəki dağıdılmış, gülləba-
ran edilmiş evlər, səs-səmiri kəsilmiş sahibsiz həyətlər
müharibəyə nifrət edən bir insan kimi məni də
narahat etməyə başladı.
Yurduma göz dikib, onun bir hissəsini işğal edən,
övladlarının cənazəsi üstündə anaların saçlarını bir
gecədə ağardan, bir milyona yaxın qaçqın ordusunun
yaranmasında rol oynayan mənfur düşmənlə məni,
demək olar ki, qısa bir zaman və məsafə kəsiyi-tikanlı
məftillər ayırırdı. KEÇMƏK OLMAZ!!! DUR!!!-
məntiqi ilə bu tikanlı məftillər məni hələlik girov
düşən, qərib və tənha görünən doğma Vətənimin bir
parçasından ayırırdı...
İ ra də Əli li
6
Redaktordan
GÜLLƏ SƏSİNDƏN
DOĞULAN KİTAB
İradə Əlili. Əlinizdəki kitabın müəllifi olan bu zərif,
ilk baxışdan kövrək xanımın əzminə, iradəsinə, və-
tənpərpərliyinə və zəhmətsevərliyinə heyranam. Hey-
ran olmamaq mümkün deyil. Əslində şairdir İradə
xanım. İki şeirlər kitabının müəllifidir. Kövrək, ro-
mantik, Vətən sevgisiylə yüklənmiş şeirləri var. İradə
xanımın bir neçə şerini oxuduqdan sonra elə bilirsən
ki, onu lap çoxdan tanıyırsan. O qədər sadə və səmimi
yazır ki, o şeirlərdə özünü görürsən, öz duyğularını
görürsən, arzularını, xəyallarını görürsən.
İradə xanımın yaradıcılığını daha da maraqlı edən
onun müharibə mövzusuna müraciət etməsi, müharibə
iştirakçılarının, şəhidlərin həyatından yazmasıdır.
Mən özüm on dörd kitabın müəllifiyəm. Onlardan
dördü şerlər toplusu, onu isə publisistik əsərlərdən
ibarət kitablardır. Buna görə də yaxşı bilirəm ki, bir
neçə səhifəlik bir yazını yazmaq üçün bir neçə nəfərlə
görüşmək, söhbət etmək və yazacağın insan haqqında
kifayət qədər məlumat toplamaq lazımdır. Bununla
yanaşı özünün də müəyyən bilgilərin olmalıdır. Mən
sonuncu Qarabağ müharibəsinin, müharibədən əvvəl
bir neçə il baş verən hadisələrin, meydan hərəkatının
Güllə səsindən doğulan kitab
7
şahidi və iştirakçısı olduğumdan çox adamları tanı-
yıram, çox işlərdən xəbərdaram. Buna görə də müha-
ribə mövzusunda yazmaq mənə o qədər də çətinlik
yaratmır. Həm də bu mövzu mənə doğmadır axı. Mən
Ağdamda doğulub, boya-başa çatmışam. Ağdamın
işğalınadək (23.07.1993.) Ağdamda olmuşam. Gənc-
lik illərimin ən xoş xatirələri Qarabağla, Qarabağlı-
larla bağlıdır. Şuşanın, Laçının, Kəlbəcərin, Füzulinin,
Cəbrayılın, Qubadlının, Zəngilanın dilbər guşələrini,
gəzməli yerlərini qarış-qarış gəzmişəm, İsti suda, Turş
suda, Dəlidağda, Qırxqızda, Murovda, Kirsdə şalva-
rımın balaqları şehdən islana-islana gəzmişəm, sinə-
dolusu nəfəs almışam, təbiətin gözəlliklərindən ilham
ala-ala bu Vətəni sevmişəm. Qarabağın görkəmli in-
sanları ilə, mərd, Sonralar müharibə dövründə yaxın-
dan tanıdığım, dostluq etdiyim igid oğlanların Vətən
uğrunda candan keçmələrinin, Ağdamın bombalan-
dığının, yerlə yeksan edildiyinin şahidi olmuşam. Bu
ağrılar içimdən keçib, doğmalaşıb mənə. Yazdıqlarım
içimdəki dərddən, ağrıdan, Vətən həsrətindən, Qara-
bağda qoyub, gəldiyim, illərdən bəri ziyarət edə bil-
mədiyim şəhid məzarlarından doğulub, göz yaşlarımla
yoğrulub. Eeeh...
Qoynunda bir qarış yer ayır mənə,
Gömülüb bətninə sən olum, Vətən.
Dağların başında bir topa bulud,
Çölündə, düzündə çən olum, Vətən.
Dostları ilə paylaş: |