Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Vermədən bir düşün
məhəbbətini
Əyməsin o sənin
şux qamətini.
Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Qəhrəman ölümə gedir,
o zaman
Vətənə bərabər
tutulanda can.
Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Fərqlidir dünyada millət,
həm sayı
Xırdalar böyüyə
söyləyir dayı.
Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Hamı azadlığa
eyləyir meyil
Azadlıq əməldə,
o sözdə deyil.
Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Gözləri kor olan
edərkən şükür
Nədənsə görənlər
olur naşükür.
Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Xəsislər var dövlət
yığır günbəgün,
Ləzzətin görməyir
öləndə o gün.
Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Gözləyir insanı
haqqın dərgahı:
Birinin sevinci,
birinin ahı.
Ramiz Abdullayev “101 kəlam”
www.ramizabdullayev.com
Yaxşılar yaxşılıq
etdiyi zaman
Nadanlar çox azdı,
deyirlər bu zaman.
Dostları ilə paylaş: |