Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə12/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   8   9   10   11   12   13   14   15   ...   72

                                                     
 
  
                                                                            
                                                    
45 
- Nabrana  yaxın olan  meşə rütubətlidir. Dedim  axı, sizə 
ondan da yaxşı və ekzotik yer təşkil edəcəm. Lerikdə meşə-
nin  içərisində  “Relax”  adlı  möhtəşəm  istirahət  mərkəzi 
açılıbdır.  Oradakı  servis  çox  yüksək  səviyyədə  təşkil 
olunubdur.  Kotteclərdəki  və  mehmanxanalardakı  komforta 
isə söz ola bilməz.  
- Nə deyirəm ki, onda, bu dəfə Lerikə gedək. – deyə Arif 
təqdiredici tərzdə dilləndi. – Elə etməliyik ki, mən ailəmin 
yanında biabır olmayım.  
-  Mən  özüm  hal-hazırda  “Relax”dayam.  Mütləq  sizin 
üçün, ekzotik bir yerdə ən yaxşı kottec təşkil edəcəm.  
- Axşamla cavabını gözləyirəm.  
Telefon  zəngindən  sonra  müxbir  vaxt  itirmədən  həm 
özünə  yer,  həm  də  qonşusu  Arif  üçün  administratordan 
kottec almağı qərara aldı.  
Adəti  üzrə  mövsümün  bu  çağında  “Relax”da  boş  kot-
teclər olmurdu. Burada eyni vaxtda onlarla kottec yüzlərlə 
turistin  ixtiyarına  verilirdi.  Lakin  xoşbəxtlikdən  istirahət 
etmək istəyən Arifin ailəsi üçün boş yer tapıldı. İş ondadır 
ki,  hələ  üç  il  bundan  əvvəl  istirahət  kompleksinin  ikinci 
hissəsində yerləşən bir çox kotteclər istifadəyə verilmişdi.  
Əliyusif  tələsik  halda  şlaqbaumun  yanındakı  birmərtə-
bəli  binaya  daxil  olub,  heç  bir  maneə  ilə  rastlaşmadan 
administratordan  özü  ilə  bura  gələcək  qonaqlara  yer  aldı. 


                                                     
 
  
                                                                            
                                                    
46 
Anasıgil  112  saylı  kottecdə,  Arif  öz  ailəsi  ilə  403  saylı 
kottecdə,  özü  isə  112  saylı  kottecdən  sol  tərəfdə  yerləşən 
mehmanxananın ikinci mərtəbəsində qalacaqdı. 
Müxbir administrtorla söhbət edən zaman onun diqqətini 
kompleksin həm girəcəyində, həm də içərisində, qonaqların 
kütləvi  toplaşdıqları  yerdə  mühafizəçilərin  var-gəl  etməsi 
cəlb etdi. Onlar bütünlüklə kompleksin ərazisini yad adam-
lardan  mühafizə  edərək,  qonaqların  istirahətini  daha  da 
komfortlaşdırırdılar. Artıq nəinki Lerik rayonunda istirahət 
edən turistlər, ümumiyyətlə cənub bölgəsinə gələn qonaqlar 
“Relax”da  fəaliyyət  göstərən  “Aquapark”dan  hali  idi  və 
hər  kəs  həmin  möcüzəni  öz  gözü  ilə  görmək  üçün  buraya 
can  atırdı.  Ona  görə  ki,  istirahət  kompleksində  salınıb  və 
turistlərin  istifadəsinə  verilən  həmin  “Aquapark”  nəinki 
Azərbaycanda,  hətta  bütün  Qafqaz  ölkələri  arasında  ən 
böyük  əyləncə  kompleksi  sayılırdı.  Kənardan  gələn 
adamlarından yalnız həddindən artıq içkili olan və özlərini 
qeyri-adekvat  aparan  qonaqların  əraziyə  buraxılmasına 
qadağa qoyulmuşdu ki, istirahət mərkəzində olan turistlərin 
komfortu  və  rahatlığı  pozulmasın.  Bu,  cənub  bölgəsində 
yaradılan  nəhəng  istirahət  kompleksindəki  servisin  yüksək 
səviyyədə təşkil olunmasından xəbər verirdi.  
İnzibatçının  yanından çıxan müxbir başını  yuxarı qaldı-
rıb, nəzərlərini səmaya yönəltdi. Göydəki buludlar cənubda 


                                                     
 
  
                                                                            
                                                    
47 
və  cənubi-şərqdə  öz  mövqelərini  tutsalar  da,  öz  nuru  ilə 
səmada hökmranlıq edən Günəş maneəsiz olaraq, şüalarını 
“Relax”ın  və  onun  ətrafında  cəmləşən  qocaman  dağlı 
meşələrin  üzərinə  endirirdi.  Yay  fəslinin  qızmar  çağında 
isti  hərarətli  hava  Azərbaycanın  bir  çox  bölgələrində 
müşayiət  olunsa  da,  burada  sərin  hava  istirahət  edən 
turistlərin dadına çatırdı. Baxmayaraq ki, göydəki buludlar 
Günəş  şüalarının  qarşısında  aciz  görünsələr  də,  palıd  və 
fısdıq  ağacları  öz  qüdrətini  nümayiş  etdirməklə,  öz 
kölgələrindən  çıxan  sərinliyi  bütün  ətrafa  yayırdılar.  Bun-
dan  əlavə  həmin  sərin  hava  kütləsinin  əmələ  gəlməsində 
“Relax”ın həm şimal, həm də cənub sərhədi boyunca axan 
dağ  çayları  dinamik  surətdə  xüsusi  rol  oynayırdı.  Elə 
“Relax”ında coğrafi mövqeyinin möhtəşəmliyi bunda idi. 
Əliyusif  Arifə  zəng  edib  bildirdi  ki,  ertəsi  günü  bir 
kottec, beş günlüyə onların ixtiyarına veriləcək.  
-  Elədirsə,  onda  sübh  tezdən  biz  yola  düşürük.  –  deyə 
Arif hərarətlə dilləndi. - Çalışıb saat 10-da Lerikdə olarıq.  
Müxbir  oradan  ayrılıb,  uzanan  asfaltlanmış  yol  ilə 
mehmanxanaya  tərəf  addımladı.  Yolun  sağındakı  kotteclər 
sıra  ilə  tikilmiş  və  hər  birinin  nömrəsi  qapının  üstünə 
vurulmuşdu.  Solda  isə  böyük  küləfirəngi  istirahət 
meydançaları ilə yerləşmiş və müəyyən məsafələrdən oraya 
yaraşıqlı  plitələrlə  düzülmüş  cığırlar  yol  təşkil  edirdi. 


                                                     
 
  
                                                                            
                                                    
48 
Rəssam zövqü ilə ətrafı süzən qonaq böyük bir həvəslə, 112 
saylı kottecin qapısını açıb içəri daxil oldu.  
Böyük  olmayan  dəhliz  birbaşa  qonaq  otağı  ilə 
birləşirdi. Dəhlizin sağ tərəfindən birinci yataq otağına giriş 
vardı, sol tərəfdə isə qonaq otağının girişi ilə birləşən yerdə 
mətbəxt  yerləşirdi.  Yumşaq  mebel  və  televizor  qoyulmuş, 
qalın  xalça  döşənmiş  qonaq  otağından  sağ  divar  ilə  bitişik 
ikinci yataq otağı yerləşirdi.  
Kottecin aportamentləri çox yaraşıqlı və komfortlu idi. 
Hər  iki  yataq  otağında  isti  və  soyuq  su  ilə  təchiz  olunmuş 
hamam-tualet,  paltar  yerləşdirmək  üçün  şifoner  və  iki 
nəfərlik  çarpayılar  (birinci  yataq  otağındakı  çarpayılar  bir-
birindən aralı, o biri otaqdakı çarpayı isə bitişik idi) vardı. 
Hər  otağın,  o  cümlədən  mətbəxin  də  jalüzlərlə  bəzədilmiş 
plastik  pəncərələri  ətrafdakı  mənzərəni  seyr  etməyə  imkan 
yaradırdı. 
Qonaqların  komfort  şəkildə  istirahət  etməsi  üçün  hər 
bir  şey  incəliklərinə  kimi  nəzərə  alınmışdı.  Hamamda 
çiməndə  orada  şampun  və  sabundan  istifadə  etmək  olardı. 
Qurulanmaq  üçün  qətvə  və  hamamdan  çıxmaq  üçün  ağ 
rəngli maxer xalat qoyulmuşdu. Bütün bunların istifadəsin-
dən  sonra  dəyişdirilməsi  üçün  otaqdakı  telefondan  servis 
xidmətinə  zəng  etmək  olardı.  Bundan  əlavə  mətbəxdə 
soyuducu,  qaz  plitəsi  və  yemək  bişirib  rahat  süfrə  təşkil 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə