97
xasiyyət etibarilə ifrat alturist sayılır və onun bu nadir
xasiyyəti övladlarına, övladlarından isə nəvələrinə
keçibdir.
Arifin dediklərindən məlum olurdu ki, Fikrət müəllim
istər məişətdə, istərsə də öz iş yerində olanda ətrafdakı
insanların qayğılı problemlərinə biganə qala bilmirdi. Sadə-
cə olaraq o, bütün bunlara göz yuma bilmədiyindən özünü
dağa-daşa vurur və çətin alınan işləri yoluna qoyandan
sonra rahat nəfəs almağa başlayır. Professor Zeynalovun
özünü alicənab, nəcib, qayğıkeş, təvazökar bir insan kimi
aparması, vücudunda əsl insana xas olan nümunəvi xarak-
terik xüsusiyyətlərinin üstünlük təşkil etməsi, onun ideal
şəxsiyyətə çevrilməsinə böyük təkan veribdir. O, nümunəvi
şəxsiyyət kimi qeyri-adiliyi, müstənaslığı ilk növbədə onun
irada qüvvəsi, təşəkkür tərzi, dünyagörüşünün genişliyi,
əxlaqi ideallarının sarsılmazlığı, estetik prinsiplərinin origi-
nallığı, bir sözlə, kamil, fazil, aqil şəxsiyyəti səciyyələn-
dirən bütün keyfiyyətlərlə şərtlənibdir.
Bir neçə dəqiqə keçəndən sonra pələməyə, təxminən
eyni yaşda iki cavan oğlan daxil oldu. Onlar bir başa gedib
qızdan sağ tərəfdə yer tutdular və heç kimə məhəl qoyma-
dan orada nəzərə çarpacaq dərəcədə bərkdən danışmağa
başladılar. Əliyusif həmin an oğlanları tanıdı. Onlardan biri
bağ qonşusu olan müğənni Zemfiranın məşuqəsi Natiq, o
98
birisi isə Natiqin sürücüsü Akif idi. Heç üç dəqiqə keçmə-
miş Akif mineral su gətirmək adı ilə dostunu qızın yanında
tək qoyub buradan uzaqlaşdı. Tək qalan Natiqin hərəkətin-
dən hiss olunurdu ki, onun qız ilə müəyyən tanışlığı var.
Lakin buna baxmayaraq, həmin qız gələn oğlan ilə ünsiyyət
qurmaq fikrində deyildi. Natiq isə ar bilmədən gözəl sözlər
söyləməklə, həmin qızı dialoqa cəlb etmək istəyirdi.
Hərdənbir qızın ünvanına xoş söz atır, ondan daha münasib,
daha komfortlu yerə getməyi təklif edir, hətta bəzi hallarda
onun əl çantasını götürməyə cəhd edirdi. Öz abırını
gözləyən qız təngə gələrək, ondan əl çəkməsini tələb etdi.
Bir az keçmişdi ki, Hacı İqbal yanında Nəriman adlı
cavan bir oğlan ilə söhbət edə-edə pələmənin girəcəyinə
yaxınlaşdı. O, yanındakı oğlan ilə söhbət edə-edə
buradakılara ötəri nəzər salmağa başladı. Nəriman istirahət
mərkəzinin sahibindən nəsə tapşırıq alıb, gəldiyi yol ilə də
geri qayıtdı. Əliyusif Hacı İqbalı görən kimi Arifgilə
üzrxahlıq bildirərək, vacib iş olduğu üçün ona yaxınlaşdı.
Onlar yerdə əyləşənə qədər Hacı orada çayçı işləyən
oğlandan bir çaynik samovar çayı istədi.
- İstirahətin necə keçir? – deyə o, müxbirdən soruşdu.
- Açığını desəm, kimsə, günəş şüalarının tüğyan etdiyi
bu ərazidə belə bir sərin yerin mövcud olmasından söhbət
açsaydı, mən inanmazdım. – deyə bu görüşdən sevinən
99
Əliyusif öz heyrətini gizlətmədi. – Sanki bu ərazi başqa bir
məkanı xatırladır.
- Bu ərazini özüm üçün kəşf edəndə, buranın belə bir
möcüzəli xüsusiyyətə malik olmasından xəbərim yox idi.
Sonradan, yəni tikintilər gedən zaman, buradakı çəmənlik-
də istirahət edəndə, bu sahədə sərin havanın mövcudluğun-
dan hali oldum.
- İnsan, burada əyləşməklə təbiətin əsl təravətini hiss
edir. Ağacların budaqlarının şehi, bitkilərin rahiyyəsi, çayın
şırıltısı, mənə böyük ləzzət verir. Birmənalı şəkildə
bildirmək olar ki, psixoloji gərginlik altında olan, əsəb
gərginliyi keçirən, uzun müddət stress vəziyyətində qalan
adamlar üçün bura əsl müalicə ocağı ola bilər.
- Sən hələ pələmənin sol tərəfindən aşağı enən çığır ilə
meşənin içərisinə getməmisən. –deyə Hacı İqbal ətrafa
nəzər yetirə-yetirə, müxbirə məsləhət verməyi özünə lazım
bildi. - Orada əsl cəngəllik mövcuddur. Balaca şəlalə, buz
kimi suyu olan çay, xoş rahiyyəli kolluqlar, sıx ağac örtüyü
turistlərin əksəriyyətini oraya cəlb edir. Bir çox təbiət aşiqi
olanlar buraya gələndə, onlar birmənalı şəkildə deyirlər ki,
“istirahət kompleksinin bu hissəsi, sivilizasiyadan uzaq bir
məkandır”.
- Bu fikir ilə mən şərikəm. Həqiqətən də burada,
astronomların yaratdıqları saat əqrəbləri işləmir və sanki
100
vaxtın dayandığının şahidi olursan. Artur Konan Doylun
“İtmiş dünya” əsərində oranın vəhşi təbiəti təsvir ediləndə,
buranın təbiətinə oxşar cizgilər var və bunun üçün
Venesuellanın cəngəlliklərinə getmək lazım deyil. Ağaclar
bir-birinə o qədər sıx bitibdir ki, Günəşin şüaları gəlib yerə
çatmır.
Əliyusif söhbət etdikcə, hərdənbir naməlum qıza tərəf
nəzər salırdı. Hacı İqbal arxası həmin qıza tərəf əyləşmişdi.
O, söhbət edən zaman nadir hallarda ətrafdakı adamlara
nəzər salırdı.
Birdən Hacının mobil telefonu səsləndi. O, telefonu açıb,
“mən pələmədəyəm, bura gəl” deyib, söhbətini Əliyusif ilə
davam etdirdi. Təxminən iki dəqiqə ərzində, istirahət
mərkəzinin inzibatçısı pələmənin qarşısında göründü. Hacı
İqbal həmsöhbətinə üzrxahlıq bildirib, pələmənin girəcəyi-
nə yollandı. Bir az keçəndən sonra o, həmin qonaqla
birlikdə buradan uzaqlaşdı.
Əliyusif yenə Arifgilin yanına qayıtdı. Müxbir özündən
asılı olmadan, əvvəlki kimi söhbət edə-edə, sırtıq oğlanın
hərəkətlərini müşahidə etməyə başladı. Natiq hələ də qıza
söz atmaqla onu pis vəziyyətdə qoyurdu. Qız isə hərdənbir
yaxınlıqdakı adamlara baxa-baxa, başını təəssüf hissi ilə
tərpətməklə kifayətlənməli olurdu. Artıq bəlli idi ki, o,
yanındakı həyasız oğlanın hərəkətlərindən təngə gəlibdir.
Dostları ilə paylaş: |