Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə7/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   2   3   4   5   6   7   8   9   10   ...   72

                                                     
 
  
                                                                            
                                                    
25 
edəcək. Mən belə düşünürəm ki, əlverişli izdivacdan, mənə 
nisbətən şəxsən atamın özü mənfəət güdür və bununla da o, 
özünün maliyyə vəziyyətini yaxşılaşdırmaq istəyir.  
İbrahimin  dərdi  böyük  idi  və  Əliyusif  qismən  də  olsa, 
onların  evində  cərəyan  edən  proseslərdən  hali  idi. 
İbrahimin  atası  təbiətən  hegemon  adam  sayılırdı  və  o, 
hansısa  bir  qərarı  həyata  keçirəndə,  heç  kimin  fikri  ilə 
razılaşmırdı.  Əks  təqdirdə  o,  radikal  addımlar  atmaqdan 
belə çəkinmirdi. Hətta iş elə gətirər ki, həmin hegemon kişi, 
sözə baxmadığına görə oğlunu evindən qova bilərdi.  
- Bu məsələdə  mən  sənə məsləhətçi ola bilmərəm. Atan 
istəsə,  öz  dost-tanışlarının  vasitəsilə  səni,  Yeyinti  sənaye-
sində  məsul  vəzifələrdən  birinə  təyin  edə  bilər.  İndiki 
zamanda  güclü  “dayday”ın  və  yaxud  da  qayınatan  varsa, 
yuxarı  eşalona  daxil  olmaqda,  sənin  üçün  heç  bir  problem 
olmayacaq.  Məhz bu  səbəbdən  mütləq deyil ki, sən gözəl-
göyçək bir qız alıb özünə arvad edəsən. Kefə qalanda,  sən 
heç kimdən geri qalmırsan.  
-  Qardaş,  sən  elə  bil  180  dərəcə  dəyişmisən?  –  deyə 
içkili  olan  İbrahim  bir  qədər  özünü  silkələyərək  təəccüblə 
soruşdu. – Hələ bir neçə dəqiqə bundan əvvəl, sən yüksək 
meyarlardan danışırdın, indi isə məsləhət görürsən ki, mən 
atamın  sözünə  qulaq  asıb,  özümə  yaraşmayan  bir  xanımla 
ailə qurum. Bu ki, gülməlidir. 


                                                     
 
  
                                                                            
                                                    
26 
-  İbrahim,  əli  daim  pul  ilə  oynayan  bir  adam  gələcək 
karyerasını  nəzərə  alaraq,  ailə  həyatı  qurur.  Atan  çox 
imkanlı  adamdır  və  o,  da  çalışır  ki,  sən  də  imkanlı  bir 
adamla  qohumluq  əlaqəsi  yaradaraq,  gələcəkdə  çalışdığın 
sahələrdə, özün üçün yüksək nailiyyətlər əldə edəsən.  
- Əli, mən nə qədər  şən, yeyib-içən oğlan olsam da, elə 
bir  qız  alacam  ki,  həmin  qız  bizim  milli  adət-ənənələrinə 
riayət etsin və daim öz həya-abırını qoruyaraq, mənim başı-
mı  uca  tutsun.  Yəni,  açığını  desəm,  mən  özümə  ləyaqətli, 
tərbiyəli, əxlaqlı, gözütox həyat yoldaşı axtarıram. 
Müxbir  həmsöhbətini  diqqətlə  dinləyəndən  sonra,  bir 
qədər rahatlaşdı və başını təqdiredici tərzdə tərpədə-tərpədə 
aludəliklə dedi:  
-  İbrahim,  Allah  sənin  ürəyincə  versin.  Əgər  sən  öz 
məqsədinə  çatsan,  onda  sənin  o  biri  dostlarından  da  bir 
neçəsi  həya-abırı  olan  xanımlarla  ailə  həyatı  qurmağa  can 
atacaqlar. Açığını desəm, elə mənim anam da bütün varlığı 
ilə  tələb  edir  ki,  gələcəkdə  olacaq  həyat  yoldaşım  onun 
kriteriyalarına cavab verən əsl azərbaycanlı gəlin olsun. 
-  Bunun  nəyi  pisdir  ki?  Xədicə  xanım  sənin  üçün  xoş-
bəxt həyat qurmaq istəyir.  
-  Hər  şey  göründüyü  kimi  asan  deyil.  Mənim  anam 
çalışır ki, onların gəlini bizim adət-ənənələrə riayət edən bir 
xanım olsun.  


                                                     
 
  
                                                                            
                                                    
27 
-  Belə  bir  gəlinin  olmasını  hər  bir  valideyn  arzulayır.  – 
deyə  İbrahim  həmsöhbəti  ilə  razılaşdı.  –  Adam  gərək, 
mütləq  şəkildə  ev  qızı  almalıdır  ki,  ailə  həyatında  bütün 
varlığı ilə, hər bir şeydə ona etibar edə bilsin.  
-  Əlbəttə  ki,  etibar,  inam  olmadan  sərbəst  şəkildə 
yaşamaq  olmaz.  İş  ondadır  ki,  anam  rəfiqəsinin  vasitəsilə 
mənim  üçün  yenə  də  qız  tapıbdır.  Həmin  qız  filoloqdur. 
Mən  isə  elə  sənin  kimi,  valideynimin  iradəsindən  xaric 
olaraq,  özüm-özümə  qız  tapmaq  istəyirəm.  Babalarımız 
danışırlar  ki,  uzaqgörən  valideyn,  -  deyə  susmağına  son 
qoyan  İslam  öyüdlə  dilləndi.  -  gələcəkdə  övladı  xoşbəxt 
yaşasın deyə, ləyaqətli  gəlin və ya kürəkən ovuna çıxırlar. 
İsmət,  ləyaqət,  namus,  vicdan  əsas  kriteriyalardan  sayılır. 
Allah  eləməsin,  pozğun  olan  qadının  keçmişindən  xəbərin 
olmadan evə gəlin gətirəsən.   
-  Elə  anam  da  bütün  bunlardan  ehtiyat  edərək,  -  deyə 
Əliyusifin dərdi açıldı. - Azərbaycan adətlərinə riayət edən, 
mədəni,  tərbiyəli,  ismətli  qız  axtarır.  Onun  arzusu  ilə 
mənim  istədiyim  üst-üstə  düşür.  Bacım  üçün  gələn  elçilər 
bizim  və  anamın  kriteriyalarına  cavab  vermədikdə,  onlar 
suları süzülə-süzülə evimizdən çıxıb gedirlər.  
Oğlanın  biri  başına  jele  vurub,  saçını  əli  ilə  əks  tərəfə 
itələyərək  kirpi  halına  salmışdı.  Mən  deyərdim  ki,  elə  bir 
vəziyyətdə  həmin  adamların  başı  Qalapaqos  adalarında 


                                                     
 
  
                                                                            
                                                    
28 
yaşayan  iquanaya  oxşayır.  İndi  bir  çox  tələbələr  və 
müğənnilər həmin üsula əl ataraq, özlərini pis hala salırlar. 
Anam ona deyir ki: “insan cəmiyyət arasına çıxanda, gərək 
saçını daraq ilə daramalıdır”. O, isə bildirir ki: “belə bir saç 
düzümü  yeni  dəbdir  və  müasir  oğlanlar  bu  dəbə  üstünlük 
verirlər”.  Anamın  cavabı  isə  sadə  olur:  “başına  daraq  vur-
mayan bir şəxs mənim qızıma ər ola bilməz”. Elçi düşmək 
istəyən  bir  oğlan  isə  arvad  kimi  dodaqlarına  və  qaşlarının 
altına  silikon  vurmuşdu.  Anam  oğlanın  valideynlərinə 
qətiyyətlə xəbərdarlıq etdi ki, “cəmiyyətimizə yad olan belə 
bir adamın ayağı bizim evimizə dəyməməlidir”. Digər elçi 
isə əyninə elə bir şalvar geymişdi ki, onun şalvarının arxası 
sallanırdı. Hələ bu azmış kimi onun qulağında sırqa da var 
idi. Ondan nəyə görə belə bir qiyafədə olduğunu soruşanda 
o,  bunu  yeni  çıxan  dəb  ilə  əlaqələndirdi.  Əlbəttə  ki,  anam 
həmin oğlanı əliboş yola saldı.  
Bir sözlə, anam bildirir ki: “Mədinəni mədəniyyəti olma-
yan,  elementar  etik  normalarına  riayət  etməyən  bir  adama 
verib  bədbəxt  etməkdənsə,  onun  evdə  qalması  daha 
münasib olar”. 
- Eşitdiyimə görə, keçən həftə Mədinəyə nişan gəlmişdi? 
–  deyə  İbrahim  dostuna  tərəf  sualedici  nəzər  saldı.  –  İlk 
növbədə, bu münasibətlə mən sizin ailənizi təbrik edirəm. 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə