284
- Belə bir şeylə zarafat etmək olar? – deyə Qənirə rəfiqə-
sinə təsəlli verməyə başladı. – Allah mübarək eləsin. Ofeli-
ya xanımın dediyi kimi, yaxın üç gün ərzində hamınız hə-
min naməlim qızın evinə gedib Əliyusifi sevindirin. – sonra
o, üzünə şən təbəssüm verib zarafatla sözünə əlavə etdi. –
Xədicə əzizim, siz hamınız elçilik adı ilə evnizdən çıxmısı-
nız. Sadəcə olaraq ünvanı səhv saldınız. Bu gün bura yox,
gərək Əliyusifin istədiyi yarının evinə getməliydiniz.
- Mən, nadir hallarda səhv edirəm. – Xədicə təşəxxüslə
dilləndi. – Bu evə isə oğlumun səadətinə görə ayaq basdım
və ürəyimin istəyinə səs verərərək, Allahın rizası ilə əmin
idim ki, Əliyusif yalnız sənin qızın ilə xoşbəxt olacaqdı.
Qənirə,
onu bil ki, mən ünvanı düz seçmişdim.
- Deməli, qızın da öz qisməti var. – deyə hər şeyin yaxşı-
lıqla qurtardığını görən Məkanə hərarətlə dilləndi və qızı ilə
Gülarəyə
göstəriş verdi ki, qonaqlara çay gətirsinlər.
- Övladın xoşbəxt olması üçün təkcə, valideynin istəyi
nəzərə alınmamalıdır. – deyə Qənirə müdrikcəsinə dilləndi.
– Bu məsələdə övladın ürəyindəki duyğular da önəmli
sayılır. Belə çıxır ki, Əliyusifin qisməti ürəyinin başında
gəzdirdiyi qızdır. Xədicə, mənə inan, sən gedəcəyin
ünvandakı qız oğlunu xoşbəxt, sənin isə başını uca edəcək.
Məkanə demişkən, hərənin öz qisməti var. Əvvəlcədən
hamınızı təbrik edirəm.