Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə11/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   7   8   9   10   11   12   13   14   ...   138

                                                     

 

  



                                                                            

                                                    

41 

İlkin saatlarda ispanların həmin kəndi tərk etdiklərindən 



aborigenlər xəbərsiz idilər. Çayın axmasından yaranan şırıl-

tı  səsi  ətrafda  hökm  sürən  sükutu  pozurdu.  Lakin  diqqətlə 

qulaq asanda uzun sədd kimi yerləşən yüksəkliyin arxasın-

dan adam səsləri gəlirdi. Şübhə yox ki, bu araukanların səsi 

idi. 

Migelgil  tələm-tələsik  su  qablarını  dolduraraq  yaxınlıq-



dakı  aqacların  arxasında  mövqe  tutdular.  Geri  qayıtmaq 

üçün  onlar  beş-on  dəqiqə  istirahət  etməliydilər.  Lakin 

Migel başqa fikirdə idi. Bura kimi gəliblərsə, deməli onlar 

yaxın ətrafda ov ilə də məşğul ola bilərdilər.  

Ova çıxmaq  üçün  Migelin kamanı, Diasın isə  arbalyotu 

vardı.  Onlar  dayanan  yerdə  çayın  eni  on-on  iki  metr  idi. 

Bütün  ətraf  düşmən  ilə  dolu  olduğundan  burda  sərbəst  ov 

ilə  məşğul  olmaq  mümkün  deyildi.  Çay  yaxınlıqda 

olduğuna görə onlar dəstəni balıq ilə təchiz etmək imkanına 

malik idilər. Bunun üçün təhlükəsiz yer tapmaq lazım idi.  

Onlar  ağacların  arası,  çayın  kənarıyla  şimala  tərəf 

yollandılar. Çox keçməmiş Migelgil çaya tərəf əyilmiş yekə 

bir cökə ağaçının yanında ayaq saxladılar. Ağacın budaqları 

suya  sallanmışdı.  Əks  tərəfin  sahili  yenə  də  yüksəklikdən 

ibarət  idi.  Araukanlar  orada  peyda  olsalar  və  bura  diqqətlə 

nəzər  salmasalar,  konkistadorlar  gözə  dəyməyəcəkdilər. 




                                                     

 

  



                                                                            

                                                    

42 

Onlar  dizlərinə  kimi  suya  girərək,  asılmış  budaqların 



arasında gizləndilər.  

Migel  bir  qədər  qalandan  sonar  sudan  çıxmağa  məçbur 

oldu. Diasda arbalyot olduğundan, daim hazırlıqlı vəziyyət-

də  dayanmaq  onun  üçün  çətinlik  törətmirdi.  Arbalyot  ilə 

yaxınlaşan balığı vurmaq üçün heç də böyük ustalıq lazım 

deyildi.  Migel  isə  yerdə  oturub  nəzərlərini  sahilin  o  tayına 

yönəltdi.  Çünki  o  tərəfdən  də  hinduların  qırıq-qırıq  səsləri 

gəlirdi. Çox güman  ki,  sahilin o tayındakılar ölkənin şimal 

ərazilərdən  başqa  yerlərə  keçən  mülki  əhali  idi.  Hava 

qaralana qədər Dias balıq vurmalıydı. Artıq Dias üç dənə iri 

olmayan balıq vurmuşdu, lakin bu on nəfər üçün bir tikədən 

artıq  pay  sayılmırdı.  Havanın  qaralması  ilə  balıq  tutmağın 

mümkünsüzlüyünü  görən  Dias  dostuna  kəndə  qayıtmağı 

bildirdi. 

Müvəqqəti olaraq konkistadorlar həm su ilə, həm də cüzi 

ərzaqla  təmin  olunmuşdular.  Lakin  qarşıda  onlar  üçün 

həddindən artıq uzun görünəcək ağır gecə vardı. Bu gecəni 

birtəhər  keçirmək  lazım  idi.  Araukanlar  hər  an  gizlincə 

kəndə  yaxınlaşıb,  gözlənilməz  zərbə  endirə  bilərdilər. 

Lakin  müəyyən  səbəblərə  görə  hindular  hələlik  vadidə 

görünmürdülər. 

Balığı bişirəndən sonra konkistadorlar qaldıqları kənddə 

ölü sükut yaratmalıydılar. Bu ona görə edilməli idi ki, kənd 



                                                     

 

  



                                                                            

                                                    

43 

sakitlik  içində  olsa,  gizlincə  yaxınlaşmağa  cəhd  edən 



hinduların gəlişini hiss etmək olsun. 

Kapitan  Xuanın  göstərişi  ilə  heç  kim  bu  gecəni  yatma-

malı idi. Qaranlığın çökməsiylə o, artıq başa düşmüşdü ki, 

bu kənddə qalmaq nə dərəcədə təhlükəlidir. Onlar hökmən 

dislokasiya  yerlərini  dəyişməli  idilər.  Araukanlar  bura 

yaxınlaşmamışdan, kapitan Xuan vaxt itirmədən kəndi tərk 

etmək istəyirdi. 

Ekspedisiyanın əsas heyətinin gəlməsinə az vaxt qalmış 

o,  dəstəsindən  bir  adam  olsun  belə,  itirmək  istəmirdi.  O, 

Migeli  yanına  çağıraraq  vəziyyəti  ona  izah  etdi.  Cavan 

zadəgan da tərəddüd etmədən komandiri ilə razılaşdı. Lakin 

onlar  kəndi  hansı  istiqamətdə  tərk  etməliydilər?  Necə  olsa 

da, bütün ətraf hindularla dolu idi. Qərara alındı ki, vadinin 

şimal  hissəsi  təhlükəsiz  sayıldığı  üçün  dəstə  kəndi  həmin 

istiqamətdə tərk etsin. Dərhal bu haqda bütün dəstəyə xəbər 

verildi.  Yerdəyişmədən  və  daimi  hərəkətdən  təngə  gələn 

bəzi konkistadorlar yaralıları bəhanə gətirərək, öz narazılıq-

larını  bildirdilər.  Leytenant  Andre  zabit  olduğu  üçün  özü 

kapitana yaxınlaşaraq təşəxxüslə dedi: 

-  Sinyor  Xuan,  bizim  yaralıların  vəziyyəti  açınaçaqlı 

olduğu  üçün  buranı  tərk  etməyin  heç  bir  əhəmiyyəti 

yoxdur.  Onsuz  da  araukanlar  bu  ərazini  tərk  edib  buradan 

uzaqlaşıblar.  Mənə  elə  gəlir,  bizim  kənddə  qalmağımız 



                                                     

 

  



                                                                            

                                                    

44 

məsləhətdir.  Bu  vadidə  artıq  təpik  döyməyimiz,  bizim 



hamımızı yorur. 

-  Məni  ilk  növbədə  döyüşçülərin  yorğunluğu  yox,  onla-

rın  təhlükəsizliyi  maraqlandırır.  -  deyə  kapitan  Xuan  üst-

başını çırpa-çırpa həvəslə dilləndi. 

-  Elə  burda  da  qalmaq  təhlükəsizdir.  -  deyə  leytenant 

Andre kapitanı razı salmaq istədi. 

-  Leytenant,  hindular  ertədən  bilirlər  ki,  biz  bu  kənddə 

mövqe  tutmuşuq  və  hər  an  buranı  mühasirəyə  alıb  bizim 

üstümüzə  hücum  edə  bilərlər.  -  deyə  kapitan  aludəliklə 

dilləndi. - Bizdən şimalda hündür olmayan dağlar və dağla-

rın  ətəyində  sıx  meşə  yerləşir.  Həmin  meşədə  gecələmək 

bizim  üçün  təhlükəsiz  olar.  900  və  ya  1000  addım  piyada 

yol getmək lazımdır ki, özümüzü təhlükəsiz yerə çatdıraq. 

Kapitanla  söz  güləşdirmək  əbəs  yerə  idi,  çünki  o,  bir 

komandir kimi düzgün məsləhət verirdi. Onlar həqiqətən də 

özlərini  meşədə  təhlükəsiz  hiss  edə  bilərdilər.  Həddindən 

artıq  zəifləmiş  və  sırası  seyrəlmiş  bu  dəstə,  harada  olursa-

olsun  hinduların  hucumuna  uzun  müddət  tab  gətirə 

bilməyəcəkdi. 

Vadinin ətrafını əhatə edən hündür olmayan dağların bir 

çox  yerlərində  işıq  görünürdü.  Bu  mövqe  tutmuş  arau-

kanların yandırdığı tonqallar idi. Dəstə şimala gedərək işıq 

gəlməyən  yerdə  mövqe  tutmağa  çalışdı.  Lakin  bəzi 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə