Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə136/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   130   131   132   133   134   135   136   137   138

                                                     

 

  



                                                                            

                                                    

541 

yavaş-yavaş  həmin  üsul  ilə  cənuba  doğru  irəliləməliyik. 



Mən  İspaniyanı  tərk  etməmişdən  əvvəl  orada  bu  mühari-

bənin iştirakçısı və səlnaməçisi olan don Alonso Ersiliya-i-

Sunyiqa  ilə  müəyyən  məsləhətləşmələr  aparmışam.  O, 

araukanların  tam  məğlubiyyətinə  inanmasa  da,  lakin  belə 

bir taktikaya üstünlük verir. 

Alonsonun  izahatı  kral  nümayəndəsini  qane  etdiyindən 

o, təqdiredici tərzdə başını tərpədirdi. Çilinin hakimi isə bu 

izahata  laqeydliklə  yanaşaraq,  polkovnikə  tərəf  belə  nəzər 

salmaq istəmirdi. Daha doğrusu o, sərkərdəyə bəslədiyi kin-

küdurəti açıqdan-açığa biruzə verirdi. Kral məmuru izahat-

dan  tam  məmnun  olduğunu  sifətindəki  çizgilərlə  ifadə 

edərək,  bəzi  nüansları  aydınlaşdırmaqdan  ötrü  təmkinlə 

soruşdu: 

- Don Alonso, çaşdırıcı manevr dedikdə siz nəyi nəzərdə 

tutursunuz? Mən nə isə bunu tam anlaya bilmədim. 

-  Yəni,  mobil  qüvvələr  hücuma  keçməmişdən  əvvəl  biz 

araukanların  fikrini  başqa  bir  istiqamətə  yönəltməliyik. 

Araukanlar  bizim  ekspedisiyaların  1590  və  1591-ci  illərdə 

Anqud  körfəzi  tərəfindən  hücuma  keçdiyini  heç  də 

unutmayıblar. Biz həmin taktikaya üstünlük verməliyik. Bu 

məsələyə  tam  aydıqlıq  gətirmək  üçün  bildirməliyəm  ki, 

şimalda  döyüş  əməliyyatlarına  başlamazdan  əvvəl  Anqud 

körfəzinə  iki  gəmi  göndərməliyik.  Həmin  gəminin 



                                                     

 

  



                                                                            

                                                    

542 

komandaları  hissə-hissə  sahilə  çıxmalı  və  oradakı  fortda 



mövqe  tutmalıdırlar.  Araukanlar  bu  dəfə  də  elə  biləcəklər 

ki,  körfəzin  şimal  sahilindən  ölkənin  içərilərinə  yürüş 

hazırlanır və əsas qüvvələrini həmin ərazidə yerləşdirməyə 

məcbur  olacaqlar.  Hinduların  başı  Anqud  körfəzi  sahilinə 

qarışandan sonra biz şimal istiqamətində bütün cəbhə xətti 

boyu  hücuma  keçərik  və  istədiyimiz  mövqeləri  asanlıqla 

zəbt  edərik.  Bunun  üçün  heç  olmasa  100  nəfərdən  ibarət 

olan  süvari  dəstəsi,  araukanların  arxa  cəbhəsində  düşmənə 

sarsıdıcı zərbə endirməlidir. 

-  Uğurlu  nəticə  əldə  etmək  üçün  düşmən  üzərinə 

gözlənilmədən,  ildırım  sürətilə  hücum  edilməlidir?  -  deyə 

kral məmuru tələsik halda dilləndi. 

- Əlbətdə! - deyə Alonso ehtirasla təsdiqlədi. 

General-kapitan  masanın  arxasında  dayanaraq  Çilinin 

xəritəsini  diqqətlə  nəzərdən  keçirdi.  Oradakı  yaşayış 

məntəqələrinin  necə  yerləşdiyinə  baxa-baxa  daxilində  nə 

isə  götür-qoy  edirdi.  Sanki  o,  öz  beynində  hansısa  hücum 

planını  cızırdı.  Alonso  izahatını  başa  çatdırandan  sonra 

Onyes üzünü kral məmuruna tərəf tutaraq narazı halda: 

-  Siz  burada,  yalnız  düşmənə  qarşı  gözlənilməz  hücum 

əməliyyatı  barəsində  düşünürsünüz.  Lakin  bildirmək 

istəyirəm  ki,  Çilidə  vəziyyət  başqa  cürdür.  Araukanlar 

demək  olar  ki,  bütün  strateji  yüksəkliklərə  sahiblik  edir, 



                                                     

 

  



                                                                            

                                                    

543 

Arauko,  La-İmperial  və  Valdiviya  şəhərlərini  mühasirə 



altında  saxlayır,  Kosepsion  və  ona  yaxın  olan  yaşayış 

məntəqələrinə  nadir  hallarda  olsa  da,  hücumlar  təşkil 

edirlər.  İlk  növbədə  biz  araukanları  həmin  mövqelərdən 

vurub çıxarmalıyıq. 

-  Don  Onyes,  mən  Çiliyə  ayaq  basan  kimi  öz  yaxın 

adamlarımdan  buradakı  hərbi  durum  haqqında  bütün 

məlumatları  toplamışam.  -  Alonso  dilləndi.  -  Gəmilər 

Anqud  körfəzinə  daxil  olandan  sonra,  araukanlar  adı  çəki-

lən  məntəqələrdə,  dəstələrin  bir  çoxunu  ölkənin  cənubuna 

aparmalı  olacaqlar.  Yəni,  onların  şimaldakı  tutduqları 

mövqelər  xeyli  zəiflədiləcək.  Biz  də  fürsətdən  istifadə 

edərək,  düşmənin  oradakı  dəstələrini  gözlənilməz  hücum 

nəticəsində  darmadağın  edəcəyik.  Lakin  indidən  bildirmək 

istəyirəm  ki,  nəzərdə  tutduğum  plan  həyata  keçirilsə,  yəni 

araukanlar, bizim üçün təhlükəli olan məntəqələrdən vurub 

çıxarılandan  sonra,  mən  kralımızın  növbəti  əmrini  yerinə 

yetirməkdən ötrü, Qızıl Kastiliya sahillərinə yollanacağam. 

Mənə  elə  gəlir  ki,  don  Onyes  de  Loyola  mənsiz  də  həmin 

məntəqəni  əldə  saxlaya  biləcək  və  hətta  Araukaniyanın 

mərkəzinə  qədər  ölkənin  işğalını  davam  etdirəcək.  Necə 

olsa da, onun ixtiyarında kifayət qədər döyüşçü qüvvəsi var 

ki,  əlahəzrət  II  Filipp  üçün  lazım  olan  qələbəni  əldə  edə 

bilsin.  Onsuz  da  son  illər  ərzində  gedən  qanlı  döyüşlər 



                                                     

 

  



                                                                            

                                                    

544 

nəticəsində  araukanlar  xeyli  canlı  qüvvə  itiriblər.  Mən 



əminəm  ki,  biz  İspaniya  və  kral  II  Filipp  üçün  lazım  olan 

şad xəbəri Pireney yarmadasına aparıb çıxaracayıq. 

-  Don  Alonso,  tam  arxayınlıqla  sizə  söz  verirəm  ki, 

Çilinin şimalında strateji mövqeləri don Onyes de Loyolaya 

təhvil verəndən sonra, siz növbəti tapşırığı yerinə yetirmək 

üçün  Qızıl  Kastiliyaya  yollana  bilərsiniz.  Lakin  hücum 

əməliyyatları tezliklə başlanmalıdır. 

Həmin  diskussiyadan  sonra  Alonso  vaxtı  ilə  tabeliyində 

olan  bütün  döyüşçüləri  Valdiviyaya  toplamağa  başladı. 

Çilinin  şəhərlərində  qalan  əsgərlər  çağırış  xəbərini  eşidən 

kimi böyük bir canfəşanlıqla Valdiviyaya axışırdılar. 

 

 



 

 

 



      XXIV fəsil. Araukaniaydakı qanlı döyüşlər  

       səngisə də, müharibə hələ də başa çatmır 

 

Polkovnik  Alonsonun  gəlişi  ilə  Valdiviyada  konkista-



dorlar  arasında  böyük  canlanma  baş  verdi.  Əsasən  köhnə 

döyüşçülər (birinci ekspedisiyanın iştirakçıları) sərkərdənin 

ətrafında  sıx  birləşir  və  cavan  silahdaşlarına  təsəlli 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə