Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə30/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   26   27   28   29   30   31   32   33   ...   45

 
139 
cərgəsinə aid edənlərin sayı şeirlərinin sayından azdır. Ancaq 
bu heç də onun böyük şair olmadığına dəlalət eləmir. Çünki 
bəzən  böyük  şairlər  zamanlarından  qabağa  getdikləri  üçün 
elə  gələcək  zamanda  da  doğru,  düzgün  qiymətlərini  alırlar. 
Mən  də  Elçin  İsgəndər  poeziyasının  nə  vaxtsa  həqiqi 
qiymətini  alacağına  inanıram.  Ona  görə  ki,  belə  poetik 
nümunələrin insan qəlbini fəth etməməsi mümkün deyil.  
 
 
140 
POEZİYA ÇİNARINDAN YEDDİ YARPAQ 
 
 
                     İstanbulda Şuşa yuxuma girdi 
 
İstanbulda Şuşa yuxuma girdi – 
Köhnə məhəlləmiz... dəmir darvaza... 
Bu necə yuxudu, ah bu nə sirdi – 
Boz dağlar təzəcə çıxmışdı yaza. 
 
Xanın səsi gəldi Qala tərəfdən, 
Buludlar axırdı – bəyaz buludlar... 
Bir qaya üstündə dayanmışdım mən, 
Gözümdə könlümdə böyük umudlar. 
 
Yuxudan oyandım, -  gecə yarıydı, 
Quyruqlu bir ulduz düşdü dənizə. 
Həsrət ürəyimi sancan arıydı, – 
Şuşa ilğım kimi göründü gözə. 
 
Dəniz sahilində poyraz əsirdi, 
İstanbul yuxusuz, İstanbul oyaq. 
Bogazda qərib bir xəyal gəzirdi, 
Qız qülləsi yaxın... Şuşa çox uzaq... 
 
 
 
 


 
141 
Səttar Bəhlulzadənin “Kəpəzin göz                            
yaşları” tablosunun önündə 
 
Dağlar da ağlayar, bilirəm indi, 
Kəpəzin göz yaşı axır kətandan. 
Mənim fələk ilə aram sərindi 
Qarabağın qara bəxti yatandan. 
 
Kəpəz ağlayırdı... könül pərişan, 
Göy Gölün aynası yaşıla çalır. 
Qıy vurub havada uçan quş bu an 
Bulud karvanında qalxır, alçalır. 
 
Bir tərəfdə matəm, bir yanda düyün, 
Ömür qovğasına qarışıb başım. 
Sehirli fırçaya əl vurma bu gün, 
Ağlatma dağları, rəssam qardaşım... 
 
 
 
142 
                    Gülhanə parkında 
 
Gülhanə parkında bir yaz axşamı, 
Gülhanə parkında hər tərəf işıq. 
Bir ceviz ağacı... şair ilhamı... 
Gülhanə parkında qafam qarışıq. 
 
Şair yada düşdü, qəlbim alışdı, 
Fərqində deyiləm axan zamanın. 
Bu ceviz ağacı mənə tanışdı, 
Burda xatirəsi yaşar hər anın. 
 
Şairə daş atar bəzən bir nadan, 
Özündən bixəbər o daşa dönər. 
Nazim əl eləyər uzaq Varnadan, 
Həsrət gözlərimdə qan-yaşa dönər. 
 
Bilirəm, görünmür həsrətin sonu, 
İstanbul axşama qərq olur indi. 
Gülhanə parkında aradım onu, 
Gülhanə parkında Nazim yox idi... 


 
143 
         Türkanda yağış  
 
Bağla pəncərəni – yağış yağacaq, 
Gözəl bir lövhədi Türkanda səhər. 
Bağla pəncərəni – şimşək çaxacaq, 
Dalğalı dənizdə batacaq kədər. 
 
Ağaclar yuyunar gürşad yağışda, 
Ağaclar qol-qanaq açacaq indi. 
Bu doğma torpaqda, bu yad yağışda 
Ağaclar elə bil uçacaq indi. 
 
Könüldə bir iz yox ağrı-acıdan, 
Yağış döyəcləyər bəyaz damları. 
Əl-ayaq kəsilər həyət-bacadan, 
Evlərə tələsər kənd adamları. 
 
Yağış damlaları yuyar qəlbimi, 
Sən də pəncərədən baxıb gülərsən. 
Gülərsən bir yağmur mələyi kimi, 
Sən bu bağ evini cənnət bilərsən...    
 
144 
                      Təbriz xatirəsi 
 
Təbriz axşamlarını 
xatırlayıram yenə. 
Bir gün mən bu şəhəri 
bağışlayacam sənə. 
 
Sənin sevdan könlümdə 
bir Təbriz laləsidi. 
Bu sevdanı hifz edən 
Gümüş Ay haləsidi. 
 
Elə bil ki, haçansa 
burda yaşamışam mən. 
Təbriz qoxuyur gülüm, 
bax bu yaşıl yasəmən. 
 
 


 
145 
                     Sevdalanmış Ay 
 
Gecə quşları susub, 
göy üzündə axır Ay. 
Qərib pəncərələrdən 
boylanaraq baxır Ay. 
 
Yolçu yolunda gərək,- 
Ay gedər biz gedərik. 
Bir salavat çevirib 
durub dua edərik. 
 
Seyr et bu mənzərəni, 
ulduzlar şam tək yanır. 
Sabaha ümidim var – 
Ay doğub sevdalanır. 
 
 
 
146 
                           Samanyolu 
 
Ovsunlayıb qəlbimi 
bu gecə samanyolu. 
Samanyolundan keçir 
qəribin güman yolu. 
 
Qürbət gecələrində, 
Mövlanə neyi çaldım, 
Ayrılıq gəldi yenə, 
yenə tək-tənha qaldım. 
 
Tək-tənhayam, yanımda 
dostum, sirdaşım yoxdu. 
Bu gecə samanyolu 
gümüş kimi soyuqdu...    
 
 
 
 


 
147 
 
 
 
 
 
SON SÖZ YERİNƏ 
VƏ YAXUD BƏNZƏRİ OLMAYAN İNSAN 
 
İnsan  ömrünün  müəyyən  həddinə  gəlib  yetişəndə  bir 
anlıq  dayanıb  nəfəs  dərir.  Nar  çiçəyinin  gülümsər  ləçəkləri 
ətrafında dayanıb, yanından axan qoşa çayın sehrinə dalaraq, 
uca  və  qoca  dağlarla  söhbətləşib  ömrünün  bu  anına  qədər 
olan zaman sürəsinə qiymət verməyə çalışır. Və çox vaxt da 
insan  özünü  o  dağın  müxtəlif  cığırında,  səthində,  ucalığında 
görür.  O  insan  ki,  ömrün  görünən  və  seçilən  yaş  həddində 
özünü  ətrafında  dayandığı  dağın  zirvəsində  görə  bilir  və 
başqaları  da  buna  öz  möhrünü  vurursa,  mən  o  adamı 
Tanrının bəxtəvər bəndələri sırasına aid edirəm. Baxmayaraq 
ki,  böyük  insanlar  çox  zaman  zirvədə  olduqlarını  duymur, 
bunun  fərqinə  varmırlar.  Ancaq  mən  qətiyyən  tərəddüd 
eləmədən Elçin İsgəndəri dağın zirvəsini fəth edən ucalardan 
biri sayıram. Təkcə bir faktı desəm, Elçin İsgəndərin zirvədə 
olduğuna  tərəddüdlə  yanaşanlar  fikirlərində  düzəliş  edər, 
mənim  fikrimlə  razılaşarlar.  Mən  dünyada  elə  bir  insan 
tanımıram  ki,  bir-birinə  tamamilə  əks  qütbdə  dayanan  iki 
sahənin  eyni  zamanda  bilicisi  olsun.  Elçin  İsgəndər  bunu 
bacarıb.  Həm  texnika  elmləri  sahəsində,  həm  də  poeziya 
kəhkəşanında, sözün həqiqi mənasında özünü təsdiq edib. Bu 
sahələri  müqayisə  edəndə  çiçəklə  dəmirin  bir-biri  ilə  qoşa 
yol getdiyini nəzərimdə canlandırıram. Və onun əlində çiçək 
nə  qədər  gözəl,  lətif  görünürsə,  dəmir  də  öz  dəmir 
əzəmətində  qalır,  bərkliyinə,  möhkəmliyinə  xələl  gəlmir. 
 
148 
İsdedadlı  şair  Qulu  Ağsəs  onun  haqqında  danışanda  belə 
deyirdi:  “Hərdən  istəmişəm,  yanında  bir  pis  söz  deyim, 
görüm onun da arsenalında oxşar kəlmə var, ya yox. Əlbəttə, 
yoxdu.  Hər  şey  bir  adamda  olmaz  ki  –  karyera,  elm,  nüfuz, 
şöhrət,  qələm,  pul...  Elçin  İsgəndərzadənin  bir  ayağı 
yerdədirsə,  biri  göydədi.  Nə  vaxt  zəng  vurursan,  “bu 
nömrəyə zəng çatmır”. Elçin  müəllim yerimir, qaçmır, uçur. 
Onun  təyyarələrdə,  hava  limanlarındakı  nüfuzu  iş  yerindən 
çox  olar.  Göydə  olanda  bəlkə  də,  ona  elədiyim  alxışları 
eşidir.  Amma  səsimi  tanımır.  Tanısaydı,  ən  azı,  zəng  vurub 
təşəkkür eləyərdi.” 
Başqa bir görkəmli qələm əhlimiz Elçin Hüseynbəyli də 
onun  haqqında  maraqlı  fikirlər  söyləyir.  Deyir,  o,  göy 
adamıdır,  yerlə  işi  yoxdur.  Təyyarənin  trapından  bir  addım 
yerə  atanda,  iki  addım  da  göyə  atır...  Tanrı  bu  adamın 
ruzusunu  ürəyincə  verib.  Alqışlar  adaşımı  ucaldır  və  o,  bu 
ucalığa layiqdir. 
O,  bu  ucalığa  gedən  yolda  Vereşaqinlə  qiyabi  yarışda 
ona  qalib  gələ  bilməsə  də,  Lomonosov  kimi  dahi  bir 
şəxsiyyətlə  “yarışda”  uduzmadı.  Əksinə,  ondan  daha  güclü 
olduğunu  sübuta  yetirdi.  Baxmayaraq  ki,  Lomonosov 
müsəlman  olmadığına  görə  daha  geniş  kütləyə  tanıdıldı. 
Amma 
bütün 
tərəfləri 
ilə 
mən 
Elçin 
İsgəndəri 
Lomonosovdan daha güclü alim və şəxsiyyət hesab edirəm.    
Əbülfət  Mədətoğlu  onun  haqqında  duyğularını  poetik 
ifadələrlə  belə  təqdim  edir.  Və  elə  bilirəm  ki,  dediklərində 
qətiyyən yanılmır. 
 
Yaşı 
və boy-buxunu 
O qədər də 
Görünmür. 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə