120
Q LO BA LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
kifayət qədər sabit inkişafını təmin edə bilmir. Məsələn,
məlumdur ki, müstəmləkəçiliyin tüğyan etdiyi dövrdə
hindular (Amerika) yalnız süni yaradılmış rezervasiyalar
hesabına əvvəlki həyat tərzlərini və etnik mədəniyyət
lərini mühafizə edə bilmişlər.
Mədəniyyətlərin qarşılıqlı təsirinin müsbət məcraya
yönəlməsini şərtləndirən amillər mövcuddur. Onların
sırasında:
- təsiri qəbul edən mədəniyyətin diferensiasiya
dərəcəsini vurğulamaq lazımdır. Cəmiyyət kifayət qədər
inkişaf etmiş hüquq, əxlaq, mənəvi-mədəni dəyərlər,
fəlsəfi dünyagörüş və s. sisteminə malikdirsə, özünün
təməl mədəni kök və dayaqlarını laxlatmadan yeni
məqbul sayılan innovasiyalara uyğunlaşdırmaq iqtidarında
olur;
- qarşılıqlı təsir və əlaqələrin tədrici, uzunmüddətli
formaları, qəfil hərbi-işğalçı təzyiqlərə nisbətən daha çox
müsbət nəticəli olur. Tədrici təsirlər sarsıntı və münaqişə
deyil, bir-birini tanımağa və alışmağa şərait yaradır;
- qarşılıqlı təsirin mədəni şərtlərə və prinsiplərə
dayaqlanan fonnaları siyasi diktə və ideoloji çərçivədən
azad olmalıdır.1
,
Siyasi ağalıq və hökmranlıq mədəni ünsiyyətin
məzmununu dəyişir. Asılılıq vəziyyəti ünsiyyət və
dialoqdan çox qarşı tərəfin etiraz və üsyana qalxmasını
şərtləndirir. Kolonializm siyasətinin fəth edilmiş ölkələrin
mədəniyyətinə təsirini xatırlamaq kifayətdir.
Mədəniyyətlərarası ünsiyyətin elmi-obyektiv prin
sipləri və formalarına dair, XX əsrin 70-ci illərindən
qərbin bir çox elm mərkəzlərində geniş araşdırmalar
aparılır. Çünki, qeyd etdiyimiz kimi, Qərb və “qeyri-
Qərb” mədəniyyətləri arasında əlaqələr” probleminə yeni
yanaşma da məhz bu dövrə təsadüf edir. Məlum olur ki,
siyasət və iqtisadiyyatla bahəm mədəniyyət də həm
1 Bax: Лотман 10.M. Типология культуры. Взаимное воздействие
культуры. М, 1992.
Fosil 1. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində 121
xalqlar arasında, həm də hər bir cəmiyyət
daxilində nizam
və sabitliyin formalaşmasının ən mühüm amillərindən
biridir. Elə həmin vaxtdan da “inkişaf və mədəniyyət”
adlı daimi nəşrlər işıq üzü görür, mədəniyyətlərarası
kommunikasiyanın praktiki problemlərinə dair, ünsiyyət
və dialoq vərdişlərinə yiyələnmə metodikasına dair
çoxsaylı tədqiqatlar aparılır, konkret tövsiyələr verilir.
Qarşılıqlı təsir və anlaşmaya dair tədqiqatlarda ən çox
diqqət mədəni müxtəlifliyə, mədəni spesifikaya ayrılır.
Çünki bunlar qarşılıqlı təsirdə iştirak edən ən sabit
formalardır. Qarşılıqlı ünsiyyətin ən mühüm şərti də elə
məhz bu səpkili idi: Qərbin inkişaf yolu və mədə
niyyətinin universallığı ideyasının inkar edilməsi və
mədəni müxtəlifliyin obyektiv-elmi fakt kimi qəbul
edilməsi.
Mədəniyyətlərin qarşılıqlı təsiri keçid dövrü cəmiy
yətlərinin mədəni və siyasi təkamülünün ən mühüm
göstəricisi və amilidir.
Qarşılıqlı ünsiyyət probleminə elmi yaçaşmalar
müxtəlif cürdür. Ən ümumi şəkildə iki mövqe yanaşma
göstərmək olar. Bunlar
praktiki-adaptiv və
nəzəri-
təkamül mövqeləridir.1
Praktiki-adaptiv (instrumental) yanaşma əsasən etnik-
miqrantların dünyanın hər yerindən Qərb ölkələrində,
yaxud Qərbdən olan alim, biznesmen və turistlərin -
Şərqdə
yaşadığı
zaman
yeni
mühitdə,
naməlum
mədəniyyətlə qarşılaşması və ünsiyyətinin mahiyyətini
üzə çıxarmağı diqqətə çəkir.
Müxtəlif mədəniyyətlərə - dil, mənəvi dəyər və
stereotiplərə
malik
insanların
kommunikasiya
və
adaptasiya
mexanizmlərinin
nəzəri
və
metodiki
xüsusiyyətləri “kultur şok”, “mədəni toqquşma” kimi
təqdim edilən konsepsiyada əksini tapmışdır. Qarşılıqlı
ünsiyyətin nəticəsi, mədəniyyəti qəbul edən resipiyent
1 Механизмы культуры. M, 1990. c.81.